Fakturasız xətt sistemində son yüklənilən ümumi danışıq kartının istifadə dövrü bitdikdən sonra 180 gün ərzində yeni danışıq kartı yüklənmədiyi təqdirdə nömrə ləğv edilir.
Fakturalı xətt sistemində isə nömrənin xətti borcdan birtərəfli bağlandıqda və ya abunəçinin istəyi əsasında ikitirəfli bağlandıqdan 6 ay ərzində xətt bərpa edilməyən halda nömrə sistemdən ləğv edilir.
Fakturasız xətt nömrələrinin bərpası əməliyyatının həyata keçirilməsi üçün abunəçilər öz (bərpa olunacaq nömrələrinin) hesablarını 5 AZN məbləğində kart təqdim etməklə artırmalıdırlar. Bu zaman 2 AZN (ƏDV daxil) xidmət haqqı tətbiq ediləcək.
ƏtraflıMüraciət üçün xanaları doldur
Sizinlə ən qısa zamanda əlaqə saxlayacağıq!
Abunəlik uğurla tamamlanmışdır