get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Karyeranı “Azercell” ilə qur

Ölkənin və regionun telekommunikasiya sahəsində yeniliklər edən peşəkar və dinamik komandamıza qoşul.

Karyeranı “Azercell” ilə qur

Müraciət prosesi

  1. CV-ni yarat

    Uğurlu CV yarat və bizə göndər

  2. Onlayn müraciət et

    Onlayn müraciət formasını tamamla

  3. İntervyu mərhələlərini keç

    Bu, özünü dəyərli bir Azercell komandasının üzvü kimi təqdim etmək üçün bir fürsətdir

  4. İş təklifi al

    Təbrik edirik! Müsahibələri uğurla keçdikdən sonra sənə iş təklifimizi təqdim edirik

Azercell ailəsinin bir hissəsi ol, #Bizdənbiriol!

Bu günün və sabahın rəqəmsal dünyasını yaradanları üzdən tanı! Biz məqsədyönlüyük, yaradıcıyıq, həvəsliyik, Azercell-liyik!

Azercell Akademiyasında öyrən və bacarıqlarını inkişaf etdir

Azercell-in təməl dəyəri innovasiyadır, innovasiya isə yalnız güclü iradə və ardıcıl özünü inkişafla əldə edilir. Azercell Akademiyasına qoşul və özünü inkişaf etdir.

Azercell Akademiyasının portfoliosu

Ətraflı
Ən yaxşı təlimlərin siyahısı

Üzbəüz Müştəri Xidmətləri

Sənə müraciət edən hər bir müştərinin məmnuniyyətini və şirkətdən razı qalmasını təmin et.

Telefon üzərindən müştəri xidmətləri

Bu ənənəvi, lakin, mükəmməl xidmət üsulunu necə təkmilləşdirə biləcəyini öyrən.

Müştəri Xidmətlərinin idarə edilməsi

Müştərilərlə möhkəm və dayanıqlı əlaqə qurmağın əsas qaydalarına dair icmal.

Müştəriyönümlü Xidmətlər Mədəniyyəti

Rəqibləri qabaqla və onlardan əvvəl müştərilərin gözləntisini qarşıla.

Təqdimat bacarıqları

Effektiv və yaddaqalan təqdimatlar hazırlamaq üçün təməl və təkmil texnikalar

Ünsiyyət bacarıqları

Qarşı tərəfin də razı qalacağı və üstün mövqeyini qoruyan biznes əlaqələri yarat

Strategiyamız

Niyə Azercell?

Ən yaxşı müştəri təcrübəsi təklif etmək! Biz müştərilərlə etibarlı və şəffaf münasibətlər qururuq. Abunəçilərimiz üçün fərdi yanaşma təcrübəsini tətbiq edərək, onların həyatının bir hissəsinə çevrilməyə çalışırıq.

Vizyon

Ölkənin müştəri yönümlü və innovativ rəqəmsal həllər təqdim edən lider şirkəti olmaq.

Missiya

Yeni nəsil rəqəmsal həllərlə sizi dünyaya bağlamaqdır.
Dəyərlərimiz

Sənin də dəyərlərin eynidirsə karyeranı Azercell-də qur!

Müştəri yönümlüyük

Yenilikçi və yaradıcıyıq

Dürüstlüyü təbliğ edirik

Fərdi Liderliyə inanırıq

Çevikik

"Investors in People" mükafatının qalibi

Azercell-də karyeran heç vaxt statik olmayacaq. Şirkət olaraq əməkdaşlarımızın həm professional, həm də işdən kənar şəxsi inkişaflarını daim diqqət mərkəzində saxlayırıq.

Ətraflı
Tələbələr üçün proqramlar

Tələbə və məzunlar üçün inkişaf proqramları

Proqramlarımız həm tələbələr, həm də məzunlar üçün açıqdır və nəzəri bilikləri real iş şəraitində tətbiq etmək üçün əla bir fürsət yaradır. Uğurlu namizədlər Azercell-də təcrübə keçmək imkanı qazanmaq üçün qısa siyahıya alınırlar.