Siz ərazisindəsiniz
Fakturasız xətt nömrələrinin bərpası əməliyyatının həyata keçirilməsi üçün abunəçilər öz (bərpa olunacaq nömrələrinin) hesablarını 5 AZN`lik kart təqdim etməklə artırmalıdırlar. Bu zaman 1 AZN (ƏDV daxil) xidmət haqqı tətbiq ediləcək.
ᅠ
Fiziki şəxs:
Nömrəni bərpa etmək üçün abunəçi şəxsiyyət vəsiqəsi ilə Müştəri Xidmətləri ofislərinə yaxınlaşmalıdır.
ᅠ
Xarici vətəndaş isə qeyd edilən əməliyyatın aparılması üçün aşağıdakı sənədləri təqdim etməlidir:
vətəndaşı olduğu ölkənin pasportu (diplomatik, xarici və ya ölkədaxili pasport; diplomatik vəsiqə və ya Xüsusi pasport/vəsiqə)və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbinin qeydiyyata alınması haqqında vəsiqəsi yaxud da əcnəbiyə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi.
Qeyd: Abunəçi Müştəri Xidmətləri ofisinə gələ bilmirsə, əməliyyat etibarnamə əsasında həyata keçirilə bilər.
Bu halda nömrə sahibindən etibarnamədən əlavə edilən əməliyyat üçün tələb olunan müvafiq şəxsiyyətini təsdiq edən sənədin surəti istənilir.
ᅠ
Hüquqi şəxs:
Əməliyyatın aparılması üçün öz istəyini açıqlayan və hüquqi şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış və möhürlə təsdiqlənmiş istək məktubu ilə etibarlı şəxs Müştəri Xidmətləri ofislərinə müraciət etməlidir. Etibarlı şəxs həmçinin müvafiq etibarnaməni və öz şəxsiyyət vəsiqəsini təqdim etməlidir.
Qeyd: Fakturalı xətt nömrəsinin bərpası zamanı nömrədə borc olmamalıdır.
Hər iki şəxs müvafiq sənədlər ilə Azercell Müştəri Xidmətlərinə yaxınlaşmalıdır. Şəxslərdən biri/və ya hər ikisi Müştəri Xidmətləri ofisinə gələ bilmirsə, əməliyyat etibarnamə əsasında həyata keçirilə bilər.
Ətraflı
Fakturasız xətt nömrələrinin bərpası əməliyyatının həyata keçirilməsi üçün abunəçilər öz (bərpa olunacaq nömrələrinin) hesablarını 5 AZN`lik kart təqdim etməklə artırmalıdırlar. Bu zaman 1 AZN (ƏDV daxil) xidmət haqqı tətbiq ediləcək.
Ətraflı
Hər bir Fakturasız xətt abunəçisi onun istifadəsində olan nömrəni dəyişmədən Fakturalı xəttə keçirə bilər
ƏtraflıMüraciət üçün xanaları doldur
Sizinlə ən qısa zamanda əlaqə saxlayacağıq!
Ən çox axtarılanlar
Heç bir nəticə tapılmadı: ""
Abunəlik uğurla tamamlanmışdır