Rouminq internet paketlərinin aktiv olduğu ölkə və operatorlar haqqında ətraflı məlumatı buradan əldə etmək olar.
Azercell abunəçilərə rouminqdə internet paketini SMS, USSD kod və ya Kabinetim vasitəsilə əldə etmək imkanını yaradır.
Cari rouminq paketində trafik qalığı olduğu təqdirdə yeni rouminq internet paketini əldə etmək mümkün olmayacaq.
BALANS sözünü 2525 qısa nömrəsinə göndərməklə və ya *100#YES yığmaqla paket çərçivəsində təqdim edilən balans haqqında məlumat əldə etmək olar.
Həmçinin balans məlumatlarını "Kabinetim" vasitəsilə də öyrənmək mümkündür.
Fakturalı xətt abunəçilərinin rouminqdə cari borcu barədə məlumat onlara xidməti göstərən xarici operatordan daxil olduğuna görə hesablarında gecikmə ilə əks oluna bilər.
Təqdim edilmiş internet paketinin həcmi bitdikdə mobil internet xidmətinin istifadəsi cari tarifə uyğun hesablanır.
Abunəçinin xətti bir və ya ikitərəfli bağlandıqda rouminq internet paketindən istifadə avtomatik olaraq dayandırılır.