Azercell Kids aylıq və ya gündəlik paketlərinə abunə ol və zövq al!
Gündəlik və ya aylıq abunəlik paketindən birini seç
Telefonunda gündəlik abunəlik üçün *304#YES, aylıq abunəlik üçün *305#YES kodunu yığ
Azercell Kids-i mobil telefonuna yüklə və şəxsi hesabına daxil ol.
Təbriklər! Artıq övladlarınız əylənərək öyrənirlər
Azercell Kids-lə oyunlar oynayaraq öyrənmək daha əyləncəlidir. Tətbiqdə yerləşdirilən hər bir oyunun öyrədici aspektləri mövcuddur.
Uşaqlarınızın sevimli proqramları və Winx, TEO və Sandra kimi sevimli personajları indi bir tətbiqdə. Hər biri xüsusi əyləncə və öyrənmə kombinasiyası əsasında seçilmişdir.
Azercell Kids tətbiqindən istifadə zamanı xüsusi xidmətlərdən də yararlanmaq mümkündür. Bütün bu ödənişli xidmətlər öncədən bloklanmışdır və beləliklə övladlarınız nəzarətiniz olmadan heç nə ala bilməz. Bu xüsusiyyətin aktivləşdirilməsi üçün uşaqlar mürəkkəb riyazi məsələləri həll etməlidirlər.
Azercell kids tətbiqi fərqli cihazlarda mövcuddur. Şəxsi hesab bütün cihazlarda sinxronizasiya edilir və beləcə balaca abunəçilər tətbiqdən istifadəyə qaldıqları yerdən davam edə bilirlər.
Evdə istifadə üçün
İstənilən yerdə, istənilən zaman öyrənmək üçün
Mini kompyüterin
Hər zaman yanında
Gündəlik və ya aylıq – seçim sənindir.
Abunə olmağın 2 asan üsulu var:
Kids.azercell.com vebsaytı istisna olmaqla, Azercell kids hazırda yalnız Android platformasında mövcuddur. Yaxın gələcəkdə tətbiqin iOS versiyasının da hazırlanması planlaşdırılır.
SMS vasitəsilə abunə olduqda abunəçinin cihazına təsdiq mesajı və aktivasiya linki göndərilir. Həmçinin, Azercell Kids tətbiqindən istifadə etməklə də abunəliyi aktivləşdirmək mümkündür. Tətbiqi yüklədikdən sonra şəxsi hesabı mobil nömrə vasitəsilə tətbiqdə və ya vebsaytda aktivləşdirmək mümkündür. Bunun üçün “Abunə ol” düyməsinə basmaq lazımdır.
Azercell Kids internet əsaslı mobil tətbiqdir. Tətbiqdən istifadə etmək üçün internet xəttinin açıq olması şərtdir.
Azercell Kids abunəliyini dayandırmaq üçün “STOP” yazıb SMS-lə 3344-ə göndər.