Azercell fəaliyyətə başladığı 1996-cı ildən etibarən Azərbaycanın mobil kommunikasiya sektorunda yeni səhifə açmışdır. Azərbaycanın ən böyük mobil operatoru olan Azercell həmçinin ölkənin qeyri-neft sektorundakı ən böyük vergi ödəyicisidir. Azercell olaraq daim özümüzü inkişaf etdirməyə inanmışıq, buna görə də dünyanın ən qabaqcıl şəbəkə sistemlərindən olan 5G şəbəkəsinin pilot layihəsini Azərbaycanda ilk dəfə biz öz abunəçilərimizə təqdim edirik.
Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkətdir
Ölkənin müştəri yönümlü və innovativ rəqəmsal həllər təqdim edən lider şirkəti olmaq.
Yeni nəsil rəqəmsal həllərlə sizi dünyaya bağlamaqdır.
Biz müştəri yönümlü, çevik və yaradıcıyıq. Fərdi liderliyə inanır, dürüstlüyü təbliğ edirik.
Coğrafi əhatə dairəmiz
Əhali üzrə əhatə dairəmiz
Bazar payımız
Müştəri bazamız
Ən yaxşı müştəri təcrübəsi təklif etmək! Biz müştərilərlə etibarlı və şəffaf münasibətlər qururuq. Abunəçilərimiz üçün fərdi yanaşma təcrübəsini tətbiq edərək, onların həyatının bir hissəsinə çevrilməyə çalışırıq.
Biz şöbələr arası prosesləri sadələşdirir və bir-birinə uyğunlaşdırırıq. Məhsul və platformalara investisiya portfelimiz ciddi səmərəlilik meyarları əsasında həyata keçirilir. Fəaliyyətimiz “Ağıllı” meyarlar əsasında dəyərləndirilir.
Biz həm müştərilərimiz, həm də tərəfdaşlarımızla rəqəmsal kanallar vasitəsilə əlaqə qururuq. Şirkətdaxili və şirkətxarici proseslər ən son rəqəmsal həllər vasitəsilə avtomatlaşdırılıb.
Uzunmüddətli dayanıqlılığa nail olmaq üçün işgüzar fəaliyyətimizi ətraf mühit və cəmiyyətə qarşı məsuliyyətli davranmaqla inkişaf etdiririk.
Biz əsas fəaliyyət sahəmiz olan kommunikasiya dünyasında yeni imkanları araşdırırıq. Biz mobil interneti təmin edən məhsullara sərmayə qoyur, tərəfdaşlarımızla birlikdə Əşyaların İnterneti (IoT) və “Big Data” sahəsində yeni məhsullar hazırlayırıq.
İnfrastrukturumuzu qurarkən ən son texnologiyadan istifadə edirik. Şəbəkələrimiz mobil data üçün qurulub. Səmərəlilik və etibarlılığı təmin etmək məqsədilə şəbəkə funksiyalarını virtuallaşdırır, Xidmətlərin Baza Birləşməsi (BSS) və şəbəkə dairəsindəki boşluqları aradan qaldırmaq üçün sərmayə yatırırıq.
Biz işçilərimizə səlahiyyət verir və etibar edirik. Şirkətdaxili mədəniyyətimiz və mühitimiz innovasiya, fərdi liderlik və çevik düşüncə tərzini təşviq edir.
Proaktiv inkişaf həlləri tətbiq etməklə iş fəaliyyətlərimizin hər istiqamətində fəaliyyətimizi davamlı olaraq artırırıq.
Azercell olaraq komanda üzvlərimizin ehtiyaclarını anlamaq və gözləntilərini qarşılamaq üçün ən müasir texnologiyadan istifad edirik.
Hər bir əməkdaşımızın çalışdığı sahədə özünü maksimum ifadə edə bilməsi və inkişaf etdirməsi üçün balanslı iş yerləri yaradırıq.
Əldə etdiyimiz təcrübələrdən öz komandamızı davamlı şəkildə inkişaf etdirmək və onları mükafatlandırmaq üçün istifadə edirik.
Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G texnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s.
Sosial layihələrin həyata keçirilməsi dayanıqlılıq strategiyamızın əsas hissəsidir. Layihələrimiz təhsil, ətraf-mühit, sosial rifah, iqtisadi inkişaf və s. kimi bir çox sahələri əhatə edir.
Platin sertifikat (MDB məkanında ilk dəfə)
ISO 10002:2018 Keyfiyyətin İdarə Olunması /Müştəri Məmnuniyyəti
“İlin telekommunikasiya şirkəti” üzrə qızıl mükafat
Yenilikçi olmaqla yanaşı ətraf aləmin qeydinə qalırıq. Bütün fəaliyyət göstərdiyimiz ərazilərdə daim daha yaxşı bir dünya üçün çalışırıq.
Azercell yarandığı gündən etibarən Azərbaycan iqtisadiyyatına sərmayə qoymaqda davam edir və hazırda qeyri-neft sektorunda ən böyük vergi ödəyicisidir.
Biz ətraf mühitə qayğı ilə yanaşırıq və “yaşıl” şirkət olmaq üçün səylərimizi əsirgəmirik.
Düşüncələri dəyişdirmək və ekoloji şüuru yüksəltmək üçün insan kapitalının gücündən istifadə edirik.
Azercell şirkəti öz fəaliyyətini qanunlara və etik standartlara riayət üzərində qurur.
Məlumatlarınızın gizli qalmasını təmin etməklə məxfiliyinizə dəyər verir və bu sahədə ciddi standartlar tətbiq edirik
Azercell ölkənin telekommunikasiya sektorunun inkişafına və sosial rifahının artırılmasına yönəlmiş layihələrin həyata keçirilməsinə 1 mlrd. ABŞ dollarından artıq sərmayə qoyub