Azercell Akademiyasının ilk proqramları yalnız “Azercell”in əməkdaşları üçün nəzərdə tutularaq işlənib hazırlanmışdır. Lakin onların böyük uğuru Azərbaycanın korporativ pərakəndə satış, sığorta, bank işi, dövlət xidmətləri və digər sektorlarında oxşar təlimlərə tələb yaratdı. Bu çağırışı hərtərəfli tədris planı və genişləndirilmiş imkanlarla cavablandırdıq.
Akademiyanın sertifikatlı mütəxəssislər qrupu öz bilik və təcrübələrini onlayn və oflayn rejimdə effektiv təlimatdırma üsulu ilə bölüşür.
Yüksək səviyyəli təcrübəli ekspertlər hədəflərə nail olmaq və maneələri dəf etmək barədə yeni işçi və mütəxəssislərə istiqamət göstərərək məsləhətlər verir.
Akademiya müştəriləri Telefon Mərkəzinin yaradılması, işçilərin dəyərləndirilməsi sistemi, İnsan qaynaqları və s. kimi müxtəlif sahələrdə konsaltinq xidmətləri ilə təmin edir.
Akademiyanın nəhəng rəqəmsal və ənənəvi kitabxanası biliklərinizin gücləndirilməsinə töhfə verəcək.
Kitabxanamızdakı kitabların sayı
Akademiyada mövcud olan təhsil proqramları
Azercell Akademiyasının təlimçi və mentor heyəti
2020-ci ildə keçirilən təlimlər və inkişaf tədbirləri
İnanırıq ki, əsaslı iş tərəqqisinə yalnız proaktiv inkişaf tədbirləri sayəsində nail olmaq mümkündür.
“MTİ” məktəbimizin tələbələri bu arenada müştəri təcrübəsinin idarəetmə proseslərini necə quracaqlarını və idarə edəcəklərini, hansı formada inkişaf etdirəcəklərini, həmçinin bu sahənin beynəlxalq standartlarını və ən yaxşı təcrübə keyslərini öyrənəcəklər.
"LİE" vasitəsilə həm başlanğıc səviyyəli, həm də professional şəxslərin ehtiyaclarını qarşılayan fərqli layihə menecmenti proqramları tədris olunur. Rəqəmsal təlim, mentorluq və real keyslər vasitəsilə iştirakçılar öz sahələrində daha da ixtisaslaşırlar.