get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back 0 balans imkanları

SimKredit

Balansda kifayət qədər vəsait olmadıqda SimKredit xidmətindən yararlan

images-phone

Ümumi məlumat

Təcili zəng etmək və ya SMS göndərmək lazımdır, lakin balansda kifayət qədər vəsait yoxdursa, SimKredit xidməti vasitəsilə kredit götürmək mümkündür.

SimKredit xidmətindən yararlanmaq üçün göndərilən hər bir SMS-in qiyməti 0.12 AZN təşkil edir.

SimKredit borcunu öyrənmək üçün  “info”  yazıb müvafiq SimKredit nömrələrinə göndərmək kifayət edir.

Əgər abunəçi kredit götürmək üçün *150-dən sonra hər hansı bir rəqəm/kod yığarsa, sistem onu kredit sorğusu kimi qəbul edəcək. Bu əməliyyatdan sonra abunəçiyə kredit təqdim olunacaq.

SimKredit xidmətindən mümkün olan ən yüksək məbləğdə kredit əldə etmək üçün *200#YES yığın və ya KREDIT sözünü 9600 nömrəsinə SMS-lə göndərin.

“Azercell Telekom” MMC müvafiq sorğunu göndərən abunəçiyə verilə biləcək maksimum kredit məbləğini öz mülahizəsinə əsasən avtomatik müəyyən edir. Kredit məbləği 4 AZN-dən 10 AZN-dək dəyişə bilər.

Kredit məbləğinə uyğun xidmət haqları:

Kredit məbləği

Kreditdən istifadə haqqı

4 AZN

1,20 AZN

5 AZN

1,50 AZN

6 AZN

1,80 AZN

7 AZN

2,10 AZN

8 AZN

2,40 AZN

9 AZN

2,70 AZN

10 AZN

3,00 AZN

 

Qeyd: SimKredit xidməti üzrə mövcud 1–3 AZN kredit məbləğləri dəyişilməz olaraq qalır. Bu məbləğlərdə kredit əldə etmək üçün müvafiq USSD kod və ya açar sözündən istifadə edilməlidir. 

SimKredit xidmətindən yalnız Fakturasız xətt abunəçiləri istifadə edə bilərlər.

Təcili hallar üçün əlavə kredit

Kredit limiti bitdikdə "Ekstra Kredit" xidmətindən faydalanmaq mümkündür:

Hər bir "Ekstra Kredit" mesajı üçün xidmət haqqı 0.12 AZN təşkil edir.

 

*Abunəçi “Simkredit” xidmətlərindən istifadə etməklə bu xidmətlərin təqdim və təklif edilməsi, çeşid və keyfiyyətinin artırılması məqsədi ilə özü barəsində istənilən fərdi və digər məlumatların (trafikin) tam və ya qismən avtomatlaşdırılmış üsullarla emalına, o cümlədən toplanılmasına, istifadəsinə, işlənilməsinə, habelə qanunvericilikdə müəyyən edilmiş şərtlərə riayət edilməklə verilməsinə müqavilə müddəti ərzində razılıq verir.

Əlavə məlumat

Hər bir istifadəçinin götürə biləcəyi “SimKredit” miqdarı fərqlidir. Bu zaman balans artırma tarixçəsi və xəttin aktiv qalma müddəti də nəzərə alınır.

Götürülə biləcək maksimum “SimKredit” məbləği haqqında məlumatı öyrənmək üçün *200*7#YES yığmaq lazımdır.

“SimKredit” borcu və bu borcla əlaqəli bütün əlavə məbləğlər növbəti balans artırılması zamanı nömrənin balansından çıxılır və ya "PayCell" bonusları vasitəsilə ödənilir.

Balansda kifayət qədər vəsait olduqda “SimKredit” borcunun tam məbləği balansdan dərhal çıxılır. Balansda kifayət qədər vəsait olmadıqda isə, balansda olan məbləğ hesabdan silinir. 

2 AZN "SimTaksit" əldə etdikdə (9155-ə zəng etməklə və ya *155#YES yığmaqla), kreditin istifadə olunmağa başladığı andan etibarən növbəti 31 gün müddətində hər gün balansdan 0.08 AZN çıxılır, 32 gün isə 0.12AZN çıxılır.

32 gündən sonra balansda qalıq məbləğ olduğu təqdirdə, həmin məbləğ 32-ci gündə balansdan çıxılır. 32-ci gündə balansda kifayət qədər məbləğ olmadığı təqdirdə isə kredit borcu növbəti balans artırma zamanı hesabdan avtomatik olaraq çıxılır.

BORC yazıb 9155-ə göndərməklə 2 AZN-lik kredit borcunu bütöv şəkildə ödəmək mümkündür.

Maksimum “SimKredit” məbləğini götürmək üçün *200#YES yığmaq lazımdır.

DostKredit xidməti çərçivəsində bir abunəçi digər abunəçi üçün maksimal məbləğdə kredit sifariş etmək istədikdə *200*mobil nömrəsinə (xx-xxx-xx-xx) müvafiq USSD kodlu sorğu göndərməlidir. Göndərilən SMS üçün xidmət haqqı pulsuzdur.

Məbləğlər üzrə müvafiq USSD kodlar:

  • 1 AZN: *150* xx-xxx-xx-xx # 1  
  • 2 AZN: *250* xx-xxx-xx-xx # 2  
  • 3 AZN: *290* xx-xxx-xx-xx # 3  
Back Onlayn dəstək
Full view