get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Siz ərazisindəsiniz

arrow-back Nömrələr və əməliyyatlar

Fakturalama tarixini necə dəyişə bilərəm?

Fakturalama tarixini necə dəyişə bilərəm?

Fakturalama tarixini Onlayn Müştəri Xidmətlərinə və ya Azercell Eksklüziv ofislərindən birinə müraciət etməklə,həmçinin 650 xidməti üzərindən dəyişmək mümkündür.

650 xidməti üzərindən fakturalama tarixinin dəyişdirilməsi:

Abunəçi 650 qısa nömrəsinə "1" və ya "2" yazıb göndərərək fakturalama tarixini dəyişdirə bilər.

Fakturalama tarixinin dəyişdirilməsi qaydası:

  • Əgər abunəçi 1-ci fakturalama dövründədirsə, müvafiq sorğunu ayın 6-dan 23-nə kimi göndərərsə, fakturalama tarixinin dəyişdirilməsi prosesi dərhal icra olunacaq. Müvafiq sorğu qeyd edilən tarix çərçivəsində göndərilməzsə, o zaman fakturalama tarixinin dəyişdirilməsi növbəti fakturalama dövründə yerinə yetiriləcək.
    Əgər abunəçi 2-ci fakturalama dövründədirsə, müvafiq sorğunu ayın 26-dan 3-nə kimi göndərərsə, fakturalama tarixinin dəyişdirilməsi prosesi dərhal icra olunacaq. Müvafiq sorğu qeyd edilən tarix çərçivəsində göndərilməzsə, o zaman fakturalama tarixinin dəyişdirilməsi növbəti fakturalama dövründə yerinə yetiriləcək.
    Xidmət yalnız fiziki şəxslər üçün (“Hər yerə” tarif abunəçiləri daxil olmaqla) nəzərdə tutulub.
  • Faktura kəsilən gün (hər ayın 4-ü və 24-ü) fakturalama tarixinin dəyişdirilməsi əməliyyatını icra etmək mümkün deyil.
  • İlk fakturası kəsilməmiş nömrələrdə fakturalama tarixinin dəyişdirilməsi əməliyyatı icra edilmir. Bu hal bərpa edilmiş nömrələrə şamil edilmir.
  • Rabitə xətti bağlı olan və ya ləğv edilmiş nömrə üçün fakturalama tarixinin dəyişdirilməsi əməliyyatı icra edilmir.

Tariflər:

• 650 qısa nömrəsinə göndərilən SMS pulsuzdur.
• 650 qısa nömrəsindən gələn SMS bildirişə görə 0.02 AZN məbləğində (ƏDV xaric)  xidmət haqqı tutulur.

Onlayn Müştəri Xidmətləri vasitəsi ilə fakturalama tarixinin dəyişdirilməsi:

Fiziki şəxslər:

Fiziki şəxsin adına rəsmiləşdirilmiş nömrənin fakturalama tarixinin dəyişdirilməsi sorğusunun icra edilməsi üçün customercare@azercell.com və ya musterixidmetleri@azercell.com elektron poçt ünvanına göndərilən məktuba abunəçinin istəyini açıqlayan ərizə (abunəçinin imzası ilə) və sistemdə qeyd olunan sənədin fotonüsxəsi əlavə edilməlidir.

Qeyd:

  • Məktubda sorğuya müvafiq əməliyyatın adı, mobil nömrə, abunəçinin adı və soyadı, tarix qeyd olunmalıdır. Həmçinin ərizə abunəçi tərəfindən imzalanmış şəkildə göndərilməlidir.
  • Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin hər iki tərəfinin fotonüsxəsi göndərilməlidir.
  • Xarici vətəndaşın müvafiq dövlət sistemdə qeyd edilən sənədinin fotonüsxəsi göndərilməlidir.

Hüquqi şəxslər:

Hüquqi şəxsin adına rəsmiləşdirilmiş nömrədə müvafiq əməliyyatın icra edilməsi üçün abunəçi tərəfindən müraciətin https://support.azercell.com/ portalı vasitəsilə göndərilməsi tövsiyə olunur. Bu halda, abunəçinin sorğusunu açıqlayan və hüquqi şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış, həmçinin möhürlə təsdiqlənmiş firma blankında (əgər varsa) istək məktubunun (skan versiyasının) qeydiyyatı da həmin portal vasitəsilə həyata keçirilir.

Azercell Eksklüziv ofislərinə müraciət etməklə fakturalama tarixinin dəyişdirilməsi:

Fiziki şəxslər:

Fiziki şəxs müvafiq əməliyyatın icrası üçün şəxsiyyət vəsiqəsi ilə yaxınlaşaraq fakturalama tarixini dəyişdirə bilər.

Özü şəxsən yaxınlaşa bilmədikdə isə onun əvəzinə müvafiq etibarnamə ilə etibar edilən şəxs müraciət edə bilər.

Xarici vətəndaş:

Xarici vətəndaş fakturalama tarixinin dəyişdirilməsi əməliyyatını xarici pasport, diplomatik pasport, müvəqqəti yaşayış izni vəsiqəsi (MYİ), daimi yaşayış izni vəsiqəsi (DYİ) kimi sənədlərdən birini təqdim etməklə həyata keçirə bilər. 

Özü şəxsən yaxınlaşa bilmədikdə isə onun əvəzinə müvafiq etibarnamə ilə etibar edilən şəxs müraciət edə bilər

Hüquqi şəxslər:

Hüquqi şəxs fakturalama tarixinin dəyişdirilməsi əməliyyatını həyata keçirmək məqsədilə sorğusunu açıqlayan və hüquqi şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış, həmçinin möhürlə təsdiqlənmiş istək məktubu ilə müraciət etməlidir.