Siz ərazisindəsiniz
Fiziki şəxs:
Fiziki şəxslər üçün nömrənin açılması həmçinin Kabinetim vasitəsilə mümkündür.
Nömrənin açılması üçün abunəçi şəxsiyyət vəsiqəsi ilə Müştəri Xidmətləri ofislərinə yaxınlaşmalıdır.
ᅠ
Xarici vətəndaş isə qeyd edilən əməliyyatın aparılması üçün aşağıdakı sənədləri təqdim etməlidir:
vətəndaşı olduğu ölkənin pasportu (diplomatik, xarici və ya ölkədaxili pasport; diplomatik vəsiqə və ya Xüsusi pasport/vəsiqə) və ya Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbinin qeydiyyata alınması haqqında vəsiqəsi yaxud da əcnəbiyə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi.
Qeyd: Abunəçi Müştəri Xidmətləri ofisinə gələ bilmirsə, əməliyyat etibarnamə əsasında həyata keçirilə bilər.
ᅠ
Fiziki şəxsə aid nömrənin Əlaqə Mərkəzi tərəfindən açılması:
Qısa müddətə Əlaqə Mərkəzinə şifahi müraciət, “Onlayn çat” ilə olan müraciət əsasında və ya Kabinetim xidməti üzərindən bağlanılan xəttin açılması üçün şifahi olaraq müvafiq məlumatlar təqdim edilməlidir.
Uzun müddətə bağlanılan xəttin açılması (xətt yazılı müraciət əsasında bağlanılmışdırsa) üçün
istəyi açıqlayan ərizənin və müvafiq sənədinin fotonüsxəsi customercare@azercell.com (və ya musterixidmetleri@azercell.com) elektron poçt ünvanına göndərilməlidir.
ᅠ
Hüquqi şəxs:
Əməliyyatın aparılması üçün öz istəyini açıqlayan və hüquqi şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış və möhürlə təsdiqlənmiş istək məktubu ilə Müştəri Xidmətləri ofislərinə müraciət etməlidir.
ᅠ
Hüquqi şəxsə aid nömrənin Əlaqə Mərkəzi tərəfindən açılması:
Qısa müddətə Əlaqə Mərkəzinə şifahi müraciət və ya “Onlayn çat” ilə olan müraciət əsasında bağlanılan xəttin açılması üçün şifahi olaraq müvafiq məlumatlar təqdim etməlidir.
Uzun müddətə bağlanılan (xətt yazılı müraciət əsasında və ya Kabinetim xidməti üzərindən bağlanılmışdırsa) açılması üçün müraciət https://support.azercell.com/ portalı vasitəsilə göndərilməlidir. Bu halda abunəçinin istəyi açıqlanan və hüquqi şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış, möhürlə təsdiqlənmiş firma blankında (əgər varsa) istək məktubunun (skanlaşdırılmış halda) qeydiyyatı da həmin portal vasitəsilə həyata keçirilir.
ᅠ
Qeyd: Bütün Azercell abunəçiləri üçün davamiyyətindən asılı olmayaraq *1111 nömrəsinə edilən bir zəngin qiyməti ƏDV daxil 10 qəpik təşkil edir.
Hər iki şəxs müvafiq sənədlər ilə Azercell Müştəri Xidmətlərinə yaxınlaşmalıdır. Şəxslərdən biri/və ya hər ikisi Müştəri Xidmətləri ofisinə gələ bilmirsə, əməliyyat etibarnamə əsasında həyata keçirilə bilər.
Ətraflı
Fakturasız xətt nömrələrinin bərpası əməliyyatının həyata keçirilməsi üçün abunəçilər öz (bərpa olunacaq nömrələrinin) hesablarını 5 AZN`lik kart təqdim etməklə artırmalıdırlar. Bu zaman 1 AZN (ƏDV daxil) xidmət haqqı tətbiq ediləcək.
Ətraflı
Hər bir Fakturasız xətt abunəçisi onun istifadəsində olan nömrəni dəyişmədən Fakturalı xəttə keçirə bilər
ƏtraflıMüraciət üçün xanaları doldur
Sizinlə ən qısa zamanda əlaqə saxlayacağıq!
Ən çox axtarılanlar
Heç bir nəticə tapılmadı: ""
Abunəlik uğurla tamamlanmışdır