Bu Şərtlər "Lotereyalar haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Kollegiyasının 2022-ci il 5 dekabr tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş "Stimullaşdırıcı lotereyaların təşkili və keçirilməsi Qaydası"na (bundan sonra – "Qaydalar") uyğun olaraq hazırlanmışdır və "Azercell Telekom" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilən "30 il səninlə" adlı stimullaşdırıcı lotereyanın (bundan sonra – "Lotereya") təşkili və keçirilməsi qaydalarını, iştirak şərtlərini, uduş fondunu, iştirak şanslarının formalaşdırılması mexanizmini, qaliblərin müəyyən edilməsi qaydasını, uduşların verilməsi prosedurunu və Lotereya ilə bağlı digər əlaqəli məsələləri tənzimləyir.
Lotereya iki abunəçi seqmenti – fakturasız xətt abunəçiləri (bundan sonra – "fakturasız") və fakturalı xətt abunəçiləri (bundan sonra – "fakturalı") üzrə ayrı-ayrı iştirak şərtləri, ayrı-ayrı iştirak şansı formalaşdırma qaydaları və ayrı-ayrı tirajlarla təşkil olunur. Hər iki seqmentin iştirakçıları Lotereyanın yekun mərhələsi olan birgə Meqa tirajda birlikdə iştirak edəcək.
1.1. Lotereyanın Təşkilatçısı "Azercell Telekom" Məhdud Məsuliyyətli Cəmiyyətidir (bundan sonra – "Təşkilatçı" və ya "Azercell"). Təşkilatçı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təsis edilmiş, dövlət qeydiyyatından keçmiş və mobil telekommunikasiya xidmətləri sahəsində fəaliyyət göstərən hüquqi şəxsdir.
1.2. Təşkilatçının rekvizitləri aşağıdakı kimidir:
1.3. Təşkilatçı mobil rabitə operatoru statusunda Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərir və müvafiq lisenziya və icazələr əsasında telekommunikasiya xidmətləri göstərir.
1.4. Təşkilatçı Lotereyanın hazırlanması, təşkili, keçirilməsi, uduş fondunun formalaşdırılması, qaliblərin müəyyən edilməsi və uduşların verilməsi ilə bağlı bütün proseslərə görə tam məsuliyyət daşıyır və bu Şərtlərdə nəzərdə tutulmuş öhdəlikləri öz hesabına və öz adından yerinə yetirir.
1.5. Təşkilatçı Lotereyanın həyata keçirilməsi üçün zəruri olan təşkilati, texniki, proqram təminatı və maliyyə resurslarına malikdir və Lotereyanın şəffaf, ədalətli, obyektiv və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada keçirilməsini təmin edir.
1.6. Təşkilatçı Lotereya ilə bağlı bütün suallar, müraciətlər və şikayətlər üzrə yuxarıda qeyd olunan əlaqə vasitələri, habelə rəsmi internet səhifəsi vasitəsilə iştirakçılarla əlaqə saxlayır və müraciətlərə qanunvericilikdə nəzərdə tutulmuş müddətlərdə cavab verir.
2.1. Lotereyanın adı: "30 il səninlə ".
2.2. Lotereyanın forması: stimullaşdırıcı lotereya.
2.3. Lotereya elektron formatda, Qaydaların 6-cı bölməsinə uyğun olaraq, yalnız tirajlı formada təşkil olunur və keçirilir. Lotereya çərçivəsində iştirak şansları kağız üzərində fiziki bilet şəklində deyil, Təşkilatçının fərdi məlumatların informasiya sistemləri tələblərinə cavab verən informasiya sistemində elektron kod formasında yaradılır, saxlanılır və uçota alınır.
2.4. Lotereya kommersiya mənfəəti əldə etmək məqsədi daşımayan stimullaşdırıcı xarakterli tədbirdir. Qaydaların 2.4-cü bəndinə uyğun olaraq, Lotereyada iştirak etmək üçün Təşkilatçının müvafiq xidmət və məhsullarının adi bazar qiymətindən əlavə heç bir haqq tələb olunmur.
2.5. Lotereya iki abunəçi seqmenti – Fakturasız və Fakturalı seqment üzrə ayrı-ayrı iştirak şərtləri, ayrı-ayrı iştirak şansı formalaşdırma qaydaları və ayrı-ayrı tirajlarla təşkil olunur. Hər iki seqmentin udulmamış iştirak şansları Lotereyanın yekun mərhələsi olan birgə Meqa tirajında (mənzil uduşu) birləşdirilir.
2.6. Təşkilatçı “Lotereyalar haqqında” Azərbaycan Respublikası Qanununun 8.8-ci bəndinə uyğun olaraq, Lotereyanı keçirmək hüququnu əldə etdikdən sonra Lotereyanın başlanmasından əvvəl onun haqqında mediada elan olunur və Təşkilatçının rəsmi internet səhifəsində (www.azercell.com) tam mətn şəklində dərc olunur.
3.1. Lotereyaya qoşulmaq hüququ fakturalı xətt abunəçiləri üçün 2026-cı il 25 sentyabr, fakturasız xətt abunəçiləri üçün 2026-ci il 28 Sentyabr tarixindən başlayır. Qeyd olunan tarixlərdən etibarən hər iki seqmentə aid abunəçilər Təşkilatçının rəsmi rəqəmsal kanalları (Azercell mobil tətbiqi və ya qısa nömrəyə SMS göndərilməsi) vasitəsilə lotereyaya qoşula bilərlər.
Fakturasız seqment üzrə müddətlər
3.2. Fakturasız xətt abunəçilərinin iştirak şansları 2026-cı il 19 Oktyabr tarixindən 2026-cı il 15 dekabr tarixinədək formalaşdırılır. Yekun Meqa tiraj üçün iştirak şanslarının toplanma dövrü də məhz bu tam müddətdir – yəni 2026-cı il 19 Oktyabr – 15 dekabr tarixləri arasında formalaşan bütün iştirak şansları Yekun Meqa tirajda (bu Şərtlərin 7.9-cu bəndi) iştirak edir.
Fakturalı seqment üzrə müddətlər
3.3. Fakturalı xətt abunəçilərinin iştirak şansları aşağıda göstərilən dörd (4) hesablaşma dövrü üzrə formalaşdırılır:
3.4. Fakturalı xətt abunəçiləri üzrə iştirak şansları yalnız müvafiq hesablaşma dövrünə aid faktura tam ödənildikdən sonra aktivləşdirilir. Faktura müvafiq dövr üzrə tam ödənilmədiyi halda, həmin dövrə aid iştirak şansları formalaşdırılmır və müvafiq tirajlarda iştirak etmir.
Tirajların keçirilmə tarixləri
3.5. Tirajlar aşağıdakı tarixlərdə keçirilir:
3.6. Fakturasız seqment üzrə hər bir tirajda paylanılan hər iki hədiyyə növünün (iPhone 17 Pro 256GB və Toyota Corolla Cross) dəqiq bölgüsü bu Şərtlərin 6-cı və 7-ci bölmələrində göstərilir və tiraj cədvəlinə əsasən rəsmi internet səhifəsində əlavə şəklində dərc olunur.
3.7. Hər bir tiraj üzrə uduşlu elektron lotereya biletlərinin Təşkilatçı tərəfindən qəbulu müddəti (İştirakçının qalib elan edilmiş iştirak şansı ilə bağlı sənədləşməni başlada biləcəyi müddət) Qaydaların 8.7-ci bəndinə uyğun olaraq müvafiq tirajın keçirildiyi tarixdən sonra 7 (yeddi) iş günündən gec olmayaraq başlayır və 90 (doxsan) iş günündən az olmayaraq davam edir. Bu müddət bu Şərtlərin 7-ci bölməsində ətraflı izah olunur.
4.1. Lotereya Azərbaycan Respublikasının bütün ərazisini əhatə edir.
4.2. Lotereyada Azərbaycan Respublikasının ərazisində Təşkilatçının mobil rabitə xidmətlərindən istifadə edən və bu Şərtlərdə göstərilən tələblərə cavab verən Fakturasız və Fakturalı seqmentlərin abunəçiləri iştirak edə bilərlər.
4.3. Lotereyanın nəticələri, o cümlədən qaliblərin müəyyən edilməsi, uduşların verilməsi və digər əlaqəli proseslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilir.
5.1. Lotereya Qaydaların 1.5-ci bəndinə və 6-cı bölmələsinə uyğun olaraq elektron kod formasında təşkil olunduğundan, İştirakçılara fiziki (kağız) lotereya biletləri təqdim edilmir.
5.2. Hər bir iştirak şansı Təşkilatçının informasiya sistemində unikal identifikasiya nömrəsinə malik elektron lotereya bileti kimi qeydə alınır. Abunəçiyə tətbiqdə yalnız ümumi iştirak şanslarının sayı göstərilir.
5.3. Hər bir elektron lotereya bileti Qaydaların 1.5-ci bəndinə uyğun olaraq aşağıdakı məlumatları özündə əks etdirir: Lotereyanın adı və forması, müvafiq tirajın keçirilmə tarixi, biletin identifikasiya nömrəsi, habelə tiraj keçirildikdən sonra həmin biletin uduşlu olub-olmaması və uduşlu olduğu halda uduşun adı haqqında məlumat.
5.4. Bu Şərtlərin 5.3-cü bəndində göstərilən məlumatlar tətbiqdə tam əks etdirilmədiyi hallarda, İştirakçının tələbi əsasında həmin məlumatlar Qaydaların 3.2-ci bəndinə uyğun olaraq ona elektron poçt ünvanına və ya mobil nömrəsinə SMS vasitəsilə göndərilməklə təqdim edilir.
5.5. Elektron lotereya biletləri Təşkilatçının informasiya sisteminin daxili audit mexanizmləri vasitəsilə izlənilə bilən (auditə cəlb oluna bilən) formada saxlanılır, bu da Lotereyanın şəffaflığını və tirajların düzgünlüyünün yoxlanılması imkanını təmin edir.
5.6. Təşkilatçının informasiya sistemində Qaydaların 6.3-cü bəndinə uyğun olaraq hər bir İştirakçının şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və FİN kodu, habelə mobil nömrəsi saxlanılır. Təşkilatçı mobil rabitə operatoru olduğundan, bu məlumatlar Abunəçinin mobil nömrəsinin qeydiyyatı zamanı artıq Təşkilatçının abunəçi məlumat bazasında mövcuddur və Lotereyaya qoşulma zamanı təkrarən tələb olunmur. Elektron poçt ünvanının təqdim edilməsi İştirakçı üçün məcburi deyil.
5.7. Elektron lotereya biletləri Təşkilatçı tərəfindən heç bir formada satılmır, verilmir və ya digər şəxslərə ötürülmür. Elektron lotereya biletləri yalnız bu Şərtlərdə müəyyən edilmiş qaydada, müvafiq əməliyyatların həyata keçirilməsi nəticəsində avtomatik yaradılır.
6.1. Lotereyanın uduş fondu aşağıdakı hədiyyələrdən ibarətdir:
| Seqment | Tiraj növü | Hədiyyə | Say |
|---|
| Fakturasız | Tiraj tarixləri: 27.10, 03.11, 11.11, 17.11, 24.11, 01.12, 08.12, 15.12.2026 (8 tiraj) | iPhone 17 Pro 256GB | 58 ədəd (hər tirajda əvvəlki tirajdan bəri keçən hər gün üçün ayrıca 1 ədəd) |
| Fakturasız | Tiraj tarixləri: 27.10, 03.11, 11.11, 17.11, 24.11, 01.12, 08.12, 15.12.2026 (8 tiraj) | Toyota Corolla Cross | 8 ədəd (hər tirajda 1 ədəd) |
| Fakturalı | 30.11.2026-cı il tarixli tiraj | iPhone 17 Pro 256GB | 6 ədəd |
| Fakturalı | 30.11.2026-cı il tarixli tiraj | Toyota Corolla Cross | 1 ədəd |
| Fakturalı | 30.11.2026-cı il tarixli tiraj | iPhone 17 Pro 256GB | 6 ədəd |
| Fakturalı | 30.11.2026-cı il tarixli tiraj | Toyota Corolla Cross | 1 ədəd |
| Fakturasız + Fakturalı (birgə) | Yekun Meqa tiraj (30.12.2026) | 2 otaqlı təmirli mənzil | 1 ədəd |
6.2. Fakturasız seqment üzrə tirajlar 2026-cı il 27 oktyabr, 3, 11, 17 və 24 noyabr, 1, 8 və 15 dekabr tarixlərində olmaqla cəmi 8 (səkkiz) dəfə keçirilir. Hər bir tirajda əvvəlki tirajdan bəri keçən hər bir təqvim günü üçün ayrıca 1 (bir) ədəd iPhone 17 Pro 256GB hədiyyəsi (cəmi 58 ədəd), habelə hər həftə yığılmış şanslar əsasında 1 (bir) ədəd Toyota Corolla Cross hədiyyəsi (cəmi 8 ədəd) paylanılır.
6.3. Fakturalı seqment üzrə keçirilən iki (2) tiraj nəticəsində cəmi 12 (on iki) ədəd iPhone 17 Pro 256GB (hər tirajda 6 ədəd) və 2 (iki) ədəd Toyota Corolla Cross hədiyyəsi paylanılır.
6.4. Beləliklə, Lotereyanın uduş fonduna hər iki seqment üzrə cəmi 70 (yetmiş) ədəd iPhone 17 Pro 256GB, 10 (on) ədəd Toyota Corolla Cross və 1 (bir) ədəd 2 otaqlı mənzil daxildir.
6.5. Yekun Meqa tirajda verilən hədiyyə Bakı şəhərində yerləşən 28 Residence yaşayış kompleksində, təmirli 2 otaqlı mənzildən ibarətdir. Mənzilin təxmini bazar qiyməti ƏDV xaric 340 000 (üç yüz qırx min) manat təşkil edəcək.
6.6 Uduş fondunun ümumi dəyəri bu Şərtlərin 9-cu bölməsində göstərilən qaydada müəyyən edilir.
6.7. Uduş fondunda göstərilən hədiyyələrin sayı və növü yalnız qanunvericiliyə uyğun qaydada dəyişdirilə bilər.
7.1.1. Lotereyada iştirak könüllülük prinsipi əsasında həyata keçirilir. Heç bir Abunəçi Lotereyada iştirak etməyə məcbur edilə bilməz.
7.1.2. Qaydaların 6.4-cü bəndinə uyğun olaraq, Lotereyada yalnız 18 (on səkkiz) yaşına çatmış və könüllü şəkildə iştirak etmək niyyətində olan Abunəçilər iştirak edə bilər.
7.1.3. Lotereyaya qoşulmaq istəyən Abunəçi Təşkilatçının rəsmi rəqəmsal kanalları – Azercell mobil tətbiqi və ya qısa nömrəyə açar söz göndərilməsi (SMS) – vasitəsilə Lotereyaya qoşulmalı və Şərtlərlə tanışlığını və razılığını təsdiqləməlidir.
7.1.4. Lotereyada yalnız fiziki şəxs adına rəsmiləşdirilmiş Fakturasız və Fakturalı xətt abunəçiləri iştirak edə bilər. Hüquqi şəxs adına rəsmiləşdirilmiş nömrələrə Lotereyada iştirak hüququ verilmir.
7.1.5. İştirak şansları yalnız hesabı aktiv olan, borc və ya digər səbəbdən bloklanmamış Abunəçilər üçün formalaşdırılır. Abunəçinin hesabının bloklanmış olduğu dövrdə həyata keçirdiyi əməliyyatlar iştirak şansı yaratmır.
7.2.1. Aşağıda göstərilən şəxslər Lotereyada iştirak edə bilməzlər:
7.2.2. Yuxarıda göstərilən kateqoriyalara aid şəxslərin təsadüfən Lotereyada iştirak şansı əldə etməsi halında, Təşkilatçı həmin şansları etibarsız hesab etməli və müvafiq şəxsi Lotereyadan kənarlaşdırmalıdır.
7.3.1. İştirak şansları Lotereya dövründə Abunəçinin Təşkilatçının müvafiq xidmətlərindən və məhsullarından ödənişli əsasda istifadəsi nəticəsində formalaşdırılır:
7.3.2. İştirak şanslarının hesablanması qaydası, əhatə dairəsinə daxil olan və olmayan məhsul və xidmətlərin siyahısı, həftəlik tapşırıqlar və onların şərtləri Təşkilatçının mobil tətbiqində əks olunur və bu Şərtlərin tərkib hissəsi hesab olunur.
7.3.3. Bir Abunəçinin əldə edə biləcəyi iştirak şanslarının sayı məhdudlaşdırılmır və Abunəçinin uyğun əməliyyatlarının həcminə uyğun olaraq artır.
7.3.4 İştirak şanslarının hesablanması Təşkilatçı tərəfindən müəyyən edilmiş kəsr ədədlərin yuvarlaqlaşdırılması qaydası nəzərə alınmaqla həyata keçiriləcək.
7.4.1. İştirak şansları Lotereya dövründə Abunəçinin Təşkilatçının müvafiq xidmətlərindən ödənişli əsasda istifadəsi nəticəsində, aşağıdakı mənbələr üzrə formalaşdırılır:
7.4.2. Bu Şərtlərin 7.4.1-ci bəndində göstərilən bütün mənbələr (o cümlədən balans artırılması, xərcləmə və dəqiqə paketləri) üzrə iştirak şansının hesablanması qaydası, vurma əmsallarının tətbiqi qaydası və bilet paketlərinin siyahısı Təşkilatçının rəsmi internet səhifəsində (www.azercell.com) dərc olunur və bu Şərtlərin tərkib hissəsi hesab olunur.
7.4.3. İştirak şansları yalnız müvafiq dövrə aid faktura tam ödənildikdən sonra aktivləşdirilir; faktura tam ödənilmədiyi təqdirdə həmin hesablaşma dövrü üzrə şanslar (o cümlədən balans artırma, xərcləmə və dəqiqə paketləri üzrə formalaşan şanslar) formalaşdırılmır və tirajlarda iştirak etmir.
7.4.4. Fakturalı seqment üzrə həftəlik tapşırıq mexanizmi tətbiq olunmur; iştirak şansları yalnız bu Şərtlərin 7.4.1-ci bəndində göstərilən mənbələr əsasında formalaşdırılır.
7.4.5 İştirak şanslarının hesablanması Təşkilatçı tərəfindən müəyyən edilmiş kəsr ədədlərin yuvarlaqlaşdırılması qaydası nəzərə alınmaqla həyata keçiriləcək.
7.5. İştirak şansı yaratmayan (istisna olunan) xidmətlər
7.5.1. Aşağıda göstərilən xidmətlər üzrə edilən ödənişlər iştirak şansı yaratmır: seçilmiş tərəfdaş xidmətləri üzrə ödənişlər, xeyriyyəçilik və ianə məqsədli ödənişlər, balans köçürmələri, kredit xidmətləri üzrə ödənişlər və Təşkilatçının müəyyən etdiyi digər istisna xidmətlər. İstisna xidmətlərin tam siyahısı rəsmi internet səhifəsində dərc olunur.
7.5.2. Təşkilatçı tərəfindən edilən balans artırması (adjustment) və geri qaytarılan (refund) məbləğlər heç bir halda hesab artırılması və ya xərcləmə hesab edilmir və iştirak şansı yaratmır. Artıq hesablanmış iştirak şansları geri qaytarılmış əməliyyatlara görə ləğv edilə bilər.
7.6.1. Hər bir iştirak şansı üçün Təşkilatçının informasiya sistemi avtomatik qaydada unikal identifikasiya nömrəsinə malik elektron lotereya bileti yaradır.
7.6.2. Elektron lotereya biletləri sistem daxilində xronoloji ardıcıllıqla qeydə alınır və hər bir tirajdan əvvəl həmin tirajda iştirak etməli olan bütün etibarlı elektron lotereya biletlərinin siyahısı formalaşdırılır.
7.6.3. Qaydaların 6.5-ci bəndinə uyğun olaraq, Təşkilatçı Nazirliyə öz informasiya sisteminə (admin panelə) baxış rejimində birbaşa çıxış təmin edə bilər. Bu çıxış Nazirliyə Lotereyanın adı, forması, tirajın nömrəsi, uduş fondunun oynanılması tarixi, lotereya biletinin identifikasiya nömrəsi və Qaydaların 6.3-cü bəndində göstərilən şəxsi məlumatlar üzrə axtarış aparmaq imkanı verir.
7.7.1. Fakturasız seqment üzrə 2026-cı il 27 oktyabr, 3, 11, 17 və 24 noyabr, 1, 8 və 15 dekabr tarixlərində olmaqla cəmi 8 (səkkiz) tiraj keçirilir.
7.7.2. Toyota Corolla Cross: hər bir tirajda, əvvəlki tirajdan (ilk tiraj üçün – 2026-cı il 19 oktyabr tarixindən) sonrakı tiraj tarixinədək olan 7 günlük dövr ərzində formalaşmış bütün iştirak şansları arasından 1 (bir) nəfər qalib müəyyən edilir. Bütün 8 tiraj üzrə cəmi 8 (səkkiz) ədəd Toyota Corolla Cross hədiyyəsi paylanılır.
7.7.3. iPhone 17 Pro 256GB: eyni tirajda, 2026-cı il 19 Oktyabr tarixindən hər bir təqvim günü üçün ayrıca 1 (bir) ədəd qalib müəyyən edilir; bu seçim yalnız həmin konkret günə aid (yəni məhz həmin gün formalaşmış) iştirak şansları arasından aparılır, əvvəlki və ya sonrakı günlərin iştirak şansları həmin günün iPhone qalibinin müəyyənləşdirilməsində iştirak etmir. Bütün dövr (2026-cı il 19 oktyabr – 15 dekabr) üzrə cəmi 58 (əlli səkkiz) ədəd iPhone 17 Pro 256GB hədiyyəsi paylanılır.
7.8.1. Fakturalı seqment üzrə 2026-cı il 30 noyabr və 2026-cı il 30 dekabr tarixlərində olmaqla 2 (iki) tiraj keçirilir.
7.8.2. Hər bir tirajda 6 (altı) ədəd iPhone 17 Pro 256GB və 1 (bir) ədəd Toyota Corolla Cross hədiyyəsi paylanılır. Bütün 2 tiraj üzrə cəmi 12 (on iki) ədəd iPhone 17 Pro 256GB və 2 (iki) ədəd Toyota Corolla Cross hədiyyəsi paylanılır.
7.9.1. Yekun Meqa tiraj 2026-cı il 30 dekabr tarixində, Fakturalı seqment üzrə sonuncu tirajdan sonra keçirilir.
7.9.2. Yekun Meqa tirajda aşağıdakı iştirak şansları birgə iştirak edir:
7.9.3. Yekun Meqa tirajın hədiyyəsi Bakı şəhərində yerləşən 2 otaqlı təmirli mənzildir.
7.9.4. Yekun Meqa tiraj da digər tirajlarla eyni qaydada, Təşkilatçının daxili elektron təsadüfi seçim sistemi vasitəsilə həyata keçirilir.
7.10.1. Qaliblər Təşkilatçının daxili elektron təsadüfi seçim sistemi vasitəsilə elektron lotereya biletləri arasından təsadüfi seçim prinsipi əsasında müəyyən edilir.
7.10.2. Seçim prosesi qərəzsizlik və şəffaflıq prinsiplərinə uyğun həyata keçirilir və hər bir etibarlı elektron lotereya biletinin uduş şansı bərabərdir.
7.10.3. Hər bir tirajın nəticələri Təşkilatçı tərəfindən protokollaşdırılır və zəruri hallarda Nazirliyə təqdim edilə bilər.
7.11.1. Hər bir elektron lotereya bileti Lotereya kampaniyası ərzində yalnız bir dəfə uduş üçün seçilə bilər. Bir tirajda uduşlu seçilmiş elektron lotereya bileti sonrakı heç bir tirajda (o cümlədən yekun Meqa tirajda) təkrar iştirak etmir.
7.11.2. Bu məhdudiyyət konkret elektron lotereya biletinə tətbiq olunur, İştirakçıya deyil. Bir Abunəçiyə aid müxtəlif elektron lotereya biletləri ayrı-ayrı tirajlarda uduşlu seçilə bilər; bu səbəbdən bir Abunəçi Lotereya kampaniyası ərzində bir neçə dəfə, müxtəlif elektron lotereya biletləri ilə, müxtəlif hədiyyələr qazana bilər.
7.11.3. Hər bir tiraj yalnız həmin tiraja aid olan, hələ uduşlu seçilməmiş elektron lotereya biletləri arasından keçirilir. Uduşlu seçilmiş elektron lotereya biletləri istisna olmaqla, Fakturasız və Fakturalı seqmentlərin bütün digər elektron lotereya biletləri Lotereyanın yekun Meqa tirajında birləşdirilir və bu tirajda iştirak edir.
7.12.1. Bu Şərtlərdə qeyri-pul uduşunun pul ekvivalenti ilə əvəz edilməsi imkanı nəzərdə tutulmur.
7.12.2. Lotereya çərçivəsində verilən hədiyyələr pul vəsaiti və ya digər hədiyyələrlə əvəz oluna bilməz.
7.13.1. Qaydaların 8.4-cü və 8.5-ci bəndlərinə uyğun olaraq, hər bir tirajın nəticələri, onlara düşən uduşlar tirajın keçirildiyi tarixdən sonra 5 (beş) iş günü ərzində mediada elan edilir.
7.13.2. Qaliblər haqqında məlumat Təşkilatçının rəsmi internet səhifəsində və/və ya rəsmi kommunikasiya kanallarında (o cümlədən canlı yayım platformalarında) elan oluna bilər. Elan zamanı qalibin adı, soyadı və mobil nömrəsi (son iki rəqəmi maskalanmış formada) dərc oluna bilər.
7.13.3. Lotereyaya qoşularaq iştirak edən hər bir Abunəçi bu cür qismən açıqlamaya razılıq vermiş hesab edilir.
7.14.1. Qaydaların 8.6-cı və 8.7-ci bəndlərinə uyğun olaraq, Təşkilatçı uduşların verilməsi üçün uduşlu elektron lotereya biletlərini İştirakçının ilk tələbi ilə qəbul etməlidir. Uduşlu elektron lotereya biletlərinin qəbulu müddəti müvafiq tirajın keçirildiyi tarixdən sonra 7 (yeddi) iş günündən gec olmayaraq başlayır və 90 (doxsan) iş günündən az olmamaqla davam edir.
7.14.2. Qalib bu müddət ərzində Təşkilatçının müəyyən etdiyi qaydada tələb olunan sənəd və məlumatları (ad, soyad, şəxsiyyəti təsdiq edən sənədin məlumatları, öz adına rəsmiləşdirilmiş mobil nömrə, əlaqə vasitələri və ya etibarnamə sənədini ehtiyac yarandığı təqdirdə ölüm haqqında şəhadətnamə və vərəsəlik hüququnu təsdiq edən sənəd, şəxsin fəaliyyət qabiliyyətini itirdiyini və himayəçinin təyin olunduğunu təsdiq edən müvafiq sənədlər) təqdim etməlidir.
Qaydaların 8.8-ci bəndinə uyğun olaraq, uduş Təşkilatçı tərəfindən uduşlu elektron lotereya bileti qəbul edildiyi (yəni qalibin tələb olunan sənədləri təqdim etdiyi və uyğunluğunun təsdiqləndiyi) tarixdən etibarən 30 (otuz) iş günündən gec olmayaraq verilir.
7.16.1. Təşkilatçı aşağıdakı hallarda hədiyyənin verilməsindən imtina etmək hüququna malikdir:
7.16.2. Bu Şərtlərin 7.16.1-ci bəndində göstərilən hallarda müvafiq hədiyyə başqa şəxsə verilmir; həmin hədiyyə udulmamış hesab edilir və bu Şərtlərin 10-cu bölməsində göstərilən qaydaya uyğun tənzimlənir.
7.17.1. Təşkilatçı Lotereya çərçivəsində hər hansı fırıldaqçılıq, manipulyasiya və ya sistemin sui-istifadəsi hallarının qarşısını almaq üçün zəruri texniki və təşkilati tədbirlər görür.
7.17.2. Süni (qeyri-təbii) qaydada, sistem boşluqlarından istifadə etməklə və ya digər qeyri-qanuni yolla iştirak şansı əldə edən şəxslərin bu cür şansları etibarsız hesab edilir və həmin şəxslər Lotereyadan kənarlaşdırılır.
Təşkilatçı istənilən mərhələdə İştirakçının Abunəçi statusunu, mobil nömrənin onun öz adına rəsmiləşdirilməsini və digər müvafiq məlumatları yoxlamaq hüququna malikdir. Yoxlama nəticəsində uyğunsuzluq aşkar edildikdə, Təşkilatçı müvafiq İştirakçını Lotereyadan kənarlaşdırır və/və ya hədiyyənin verilməsindən imtina edir.
Təşkilatçının informasiya sistemində, mobil şəbəkədə və ya digər texniki infrastrukturda yaranan nasazlıqlar nəticəsində iştirak şanslarının formalaşdırılmasında və ya tirajların keçirilməsində gecikmə yarandıqda, Təşkilatçı bu barədə İştirakçıları məlumatlandırır və zəruri tədbirləri görür.
Təbii fəlakətlər, fövqəladə hallar, dövlət orqanlarının qərarları, epidemiya/pandemiya, kibertəhlükəsizlik hücumları və digər qarşısıalınmaz hallar (force majeure) nəticəsində Lotereyanın keçirilməsi qismən və ya tam mümkün olmadıqda, Təşkilatçı Lotereyanı təxirə salmaq, dayandırmaq və ya şərtlərinə düzəlişlər etmək hüququna malikdir.
7.21.1. Lotereyada iştirak etməklə, Abunəçi öz şəxsi məlumatlarının Təşkilatçı tərəfindən Lotereyanın təşkili, keçirilməsi, qaliblərin müəyyən edilməsi, uduşların verilməsi və qanunvericiliyin tələb etdiyi digər məqsədlər üçün işlənilməsinə razılıq vermiş hesab edilir.
7.21.2. İştirakçıların şəxsiyyət vəsiqəsi seriyası, nömrəsi, FİN kodu və mobil nömrə məlumatları Təşkilatçının, Qaydaların 6.3-cü bəndinə uyğun olaraq, mobil rabitə operatoru kimi mövcud abunəçi qeydiyyat bazasında saxlanılan məlumatlardan əldə edilir və Lotereyaya qoşulma zamanı təkrarən toplanmır.
7.21.3. Təşkilatçı şəxsi məlumatların işlənməsi, saxlanılması və mühafizəsi zamanı "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanununun və digər müvafiq normativ hüquqi aktların tələblərinə əməl edir. Şəxsi məlumatlar yalnız Lotereya ilə bağlı məqsədlər üçün istifadə olunur və qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, üçüncü şəxslərə ötürülmür.
İştirakçılar Lotereya ilə bağlı şikayət və müraciətlərini Təşkilatçının bu Şərtlərin 1-ci bölməsində göstərilən əlaqə vasitələri ilə təqdim edə bilərlər. Təşkilatçı daxil olan şikayətlərə qanunvericilikdə nəzərdə tutulmuş müddətlərdə baxır və əsaslandırılmış cavab verir.
Təşkilatçı uduşların verilməsi prosesində "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununun, habelə "Hədəfli maliyyə sanksiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə əməl edir.
Uduşlarla bağlı vergi və digər icbari ödənişlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada müəyyən edilir və tətbiq olunur.
Təşkilatçı İştirakçının mobil cihazı, internet bağlantısı və ya digər texniki vasitələrinin nasazlığı nəticəsində yaranan risklərə görə, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, məsuliyyət daşımır.
7.26.1. Bu Şərtlərə əlavə və (və ya) dəyişikliklər yalnız Qaydaların 5-ci bölməsinə uyğun olaraq edilə bilər.
7.26.2. Təsdiq edilmiş əlavə və (və ya) dəyişikliklər dəyişilmiş şərtlərlə keçiriləcək ilk tirajın tarixinə azı 3 (üç) iş günü qalmış mediada elan olunur və Təşkilatçının rəsmi internet səhifəsində dərc olunur.
7.27.1. Qaydaların 8.13-cü bəndinə uyğun olaraq, uduşlu elektron lotereya biletlərinə aid məlumatlar Təşkilatçının informasiya sistemində 3 (üç) il müddətində saxlanılır və bu məlumatlar müvafiq dövlət orqanlarının qanuni tələbi əsasında onlara təqdim edilə bilər.
Lotereya ilə bağlı bütün reklam materialları "Lotereyalar haqqında" və "Reklam haqqında" Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olmalıdır.
7.29.1. Bu Şərtlər “Lotereyalar haqqında” Azərbaycan Respublikası Qanununun 8.8-ci bəndinə uyğun olaraq, Lotereyanı keçirmək hüququ əldə edildikdən sonra, Lotereyanın başlanmasından əvvəl mediada elan olunur və Təşkilatçının rəsmi internet səhifəsində tam mətn şəklində dərc olunur.
8.1. Lotereya elektron formatda təşkil olunduğundan, uduşlu elektron lotereya biletləri İştirakçı tərəfindən fiziki şəkildə təqdim edilmir. Uduşlu elektron lotereya biletləri Təşkilatçının informasiya sistemi tərəfindən avtomatik müəyyən edilir.
8.2. Hər bir tirajın nəticələrinə əsasən müəyyən edilmiş qalib(lər) haqqında məlumat Təşkilatçının informasiya sistemində qeydə alınır və müvafiq daxili proseslər başladılır.
8.3. Təşkilatçı qalib(lər) ilə mobil nömrə, mobil tətbiq bildirişi, SMS və/və ya digər əlaqə vasitələri ilə əlaqə saxlayır və qalibə uduşu haqqında məlumat verir.
8.4. Qaydaların 8.6-cı və 8.7-ci bəndlərinə uyğun olaraq, Təşkilatçı uduşların verilməsi üçün uduşlu elektron lotereya biletlərini İştirakçının ilk tələbi ilə qəbul edir. Bu qəbul müddəti müvafiq tirajın keçirildiyi tarixdən sonra 7 (yeddi) iş günündən gec olmayaraq başlayır və 90 (doxsan) iş günündən az olmamaqla davam edir.
8.5. Qalib bu müddət ərzində tələb olunan sənəd və məlumatları (ad, soyad, şəxsiyyəti təsdiq edən sənədin məlumatları, öz adına rəsmiləşdirilmiş mobil nömrə, əlaqə vasitələri) Təşkilatçıya təqdim etməlidir.
8.6. Təqdim edilən sənədlər və məlumatlar Təşkilatçı tərəfindən yoxlanılır. Yoxlama zamanı qalibin bu Şərtlərdə göstərilən bütün tələblərə (o cümlədən mobil nömrənin onun öz adına rəsmiləşdirilməsi) cavab verdiyi müəyyən edilir.
8.7. Qaydaların 8.8-ci bəndinə uyğun olaraq, qalibin uyğunluğu təsdiqləndikdən və tələb olunan sənədlər tam qəbul edildikdən sonra, hədiyyə 30 (otuz) iş günü müddətində qalibə təqdim edilir.
8.8. Toyota Corolla Cross və 2 otaqlı mənzil kimi hədiyyələrin verilməsi qanunvericiliklə nəzərdə tutulmuş mülkiyyət hüququnun rəsmiləşdirilməsi və nəqliyyatın dövlət qeydiyyatı prosedurlarına uyğun qaydada, müvafiq sənədləşmə əsasında həyata keçirilir.
8.9. Uduşların verilməsi zamanı Təşkilatçı tərəfindən bu Şərtlərin 7.23-cü bəndində göstərilən maliyyə monitorinqi tələblərinə əməl olunur.
8.10. Əgər qalib bu Şərtlərin 7.16-cı bəndində göstərilən hallardan hər hansı birinə düçar olarsa, Təşkilatçı hədiyyənin verilməsindən imtina edir; bu halda müvafiq hədiyyə başqa şəxsə verilmir və udulmamış hədiyyə hesab edilərək bu Şərtlərin 10-cu bölməsinə uyğun tənzimlənir.
8.11. Uduşların verilməsi prosesi Təşkilatçı tərəfindən sənədləşdirilir və bu sənədlər bu Şərtlərin 7.27-ci bəndinə uyğun müddətdə saxlanılır.
9.1. Lotereyanın uduş fondunun elan edilmiş həcmdə tam formalaşdırılması və bütün elan edilmiş hədiyyələrin İştirakçılara çatdırılmasının təmin edilməsi məqsədilə, zərurət yarandığı halda, Təşkilatçı öz vəsaiti hesabına uduş fonduna əlavə vəsait qoya bilər.
9.2. Əlavə vəsaitin qoyulması Lotereyanın elan edilmiş şərtlərini, o cümlədən hədiyyələrin növü və sayını dəyişdirmir, yalnız uduş fondunun tam və vaxtında formalaşdırılmasını təmin etmək məqsədi daşıyır.
9.3. Qaydaların 8.3-cü bəndinə uyğun olaraq, bir tirajın uduş fondunun udulmamış hissəsi bu Şərtlərdə göstərilən qaydada (o cümlədən Fakturasız və Fakturalı seqmentlərin udulmamış iştirak şansları üzrə Yekun Meqa tirajda) növbəti tirajda oynanılır.
9.4. Təşkilatçının uduş fonduna qoyduğu əlavə vəsaitin udulmamış hissəsi, Lotereyanın bütün tirajları və uduşlu biletlərin qəbulu üçün nəzərdə tutulmuş müddətlər (bu Şərtlərin 7.14-ci bəndi) başa çatdıqdan sonra, Təşkilatçı tərəfindən geri götürülür.
9.5. Udulmamış hədiyyələrin sonrakı taleyi Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun qaydada müəyyən edilir.
9.6. Uduş fonduna əlavə vəsaitin qoyulması və udulmamış hissənin geri götürülməsi prosesləri Təşkilatçı tərəfindən sənədləşdirilir və şəffaflığın təmin edilməsi məqsədilə daxili uçotda əks etdirilir.
Əlavə Məlumat
İştirak hüququ
Bir şəxsin bir neçə mobil nömrə ilə iştirak etməsi mümkündür. Bu zaman hər nömrə ayrıca iştirakçı kimi öz şanslarını qazanır.
Bir şəxsin bir neçə nömrə ilə iştirak etməsi onun yalnız bir dəfə uduş qazana biləcəyi demək deyil. Təsadüfi seçim nəticəsində eyni şəxs müxtəlif nömrələri ilə bir neçə dəfə uduş qazana bilər.
Aşağıda göstərilən kateqoriyalar heç bir halda Lotereyada iştirak edə bilməz. Bu, qoşulmanın hansı kanaldan həyata keçirilməsindən asılı olmayaraq tətbiq olunur:
İştirak hüququ olmayan Abunəçi heç bir əsasla iştirak şansı əldə edə bilməz və onun məlumatları mükafatlandırma prosesinə ötürülmür. Belə bir şəxs təsadüfən şans əldə etsə belə, Təşkilatçı həmin şansı etibarsız hesab etmək və şəxsi Lotereyadan kənarlaşdırmaq hüququna malikdir.
Qoşulma qaydası
Qoşulma tarixi hesablama dövrünü (fakturalı seqmentdə) qısaltmır. Fakturalı seqmentdə müəyyənləşdirilmiş hesablaşma dövrü ərzində qoşulan Abunəçinin bütün dövrü onun ilk günündən etibarən hesablanır — qoşulmadan əvvəl edilmiş xərc, balans artırma və şans paketi əməliyyatları da daxil olmaqla.
Nömrənin rabitə xəttinin statusu ilkin qoşulmaya icazə verilib-verilməməsini və yeni iştirak şansının hesablanıb-hesablanmamasını müəyyən edir:
| Status | İzahı | Yeni qoşulma | Mövcud şanslara təsir |
|---|
| Aktiv | Xətt aktivdir | Bəli, digər şərtlər ödənildikdə | İştirak fasiləsiz davam edir |
| Borclu | Hesab-faktura ödənilməyib, xətt hələ fəaliyyətdə (güzəşt müddəti bitməyib) | Xeyr, əvvəlcə borc bağlanmalıdır | Digər ödənilmiş dövrlərin şanslarına təsir etmir |
| Kredit limiti üzrə dayandırma | Kredit limiti aşıldığına görə birtərəfli məhdudlaşdırma | Xeyr | Mövcud şanslar saxlanılır və iştirak edir, dayandırma müddətində yeni şans hesablanmır |
| Nəzarət səbəbli dayandırma | Daxili nəzarət qərarına əsasən dayandırma | Xeyr | Mövcud şanslar saxlanılır, dayandırma müddətində yeni şans hesablanmır |
| Birtərəfli bağlanma | Güzəşt müddətində ödəniş edilmədiyinə görə | Xeyr | Faktura Lotereya ödəniş müddətinədək tam ödənilərsə, həmin dövrün şanslar hesablanır |
| İkitərəfli bağlanma | Davamlı ödənişsizliyə görə, müqavilə qüvvədə qalır | Xeyr | Ödəniş şərtini keçməyən dövrlər üçün şans hesablanmır |
| İnzibati bağlanma | Təşkilatçının sərəncamı ilə | Xeyr | Dayandırma müddətində yeni şans hesablanmır |
| Abunəçinin tələbi ilə bağlanma | Abunəçinin öz müraciətinə əsasən | Xeyr | Dayandırma müddətində yeni şans hesablanmır |
| Deaktivasiya | Xəttin geri dönməz deaktivasiyası | Xeyr | Bütün şanslar ləğv olunur, heç bir tirajda (Mega tiraj daxil) iştirak etmir |
Yuxarıdakı dayandırma hallarında mövcud (artıq formalaşmış) şanslar ləğv edilmir və növbəti tirajlarda iştirak etməyə davam edir, ancaq dayandırma müddətində yeni şans formalaşdırılmır. Yalnız Deaktivasiya statusu bütün şansların ləğvinə səbəb olur.
Hesablama qaydası
Fakturasız seqment üzrə iştirak şanslarının formalaşdırılması
Balans artırma
Hər əməliyyat ayrılıqda hesablanır — bir gün ərzində edilən bir neçə balans artırma əməliyyatı toplanıb sonra qiymətləndirilmir. Məsələn, 4 manat və 4 manat olan iki ayrı əməliyyat heç biri 5 manat həddinə çatmadığından şans yaratmır, halbuki 4 manat və 6 manat olan iki əməliyyatdan yalnız 6 manatlıq olanı şans yaradır.
Yuvarlaqlaşdırma qaydası: kəsr hissəsi 0.00–0.89 olduqda aşağı, 0.90–0.99 olduqda yuxarı yuvarlaqlaşdırılır. Məsələn, 4.90 manat 5 manata yuvarlaqlaşdırılır və 5 şans, 6.90 manat isə 7 manata yuvarlaqlaşdırılıb 7 şans yaradır.
Yuvarlaqlaşdırılmış hər 1 manat üçün 1 şans hesablanır, əlavə vurma əmsalı tətbiq edilmir. Vaucher yükləmə də balans artırma hesab olunur.
Money transfer (Paycell vasitəsilə abunələr arasında pul köçürməsi), simkredit əməliyyatları nə göndərən, nə də alan tərəf üçün şans yaratmır.
Xərcləmə
Əhatə dairəsinə daxil olan xidmətlər üzrə gündəlik toplam xərcləmə şans yaradır. Diqqət: bir gün ərzində etdiyiniz bütün uyğun xərclər (istənilən sayda kiçik əməliyyat daxil olmaqla) toplanaraq bir gündəlik məbləğ təşkil edir. Məsələn, gün ərzində 0.30 manatlıq məhsul alışı və 0.70 manatlıq danışıq xərci etdiyiniz halda, bu iki məbləğ toplanaraq 1 manat təşkil edir və sizə uyğun şans qazandırır.
Yuvarlaqlaşdırma balans artırmadakı ilə eynidir (0.00–0.89 aşağı, 0.90–0.99 yuxarı).
Vurma əmsalı cədvəli:
|
Yuvarlaqlaşdırılmış gündəlik xərc |
Əmsal |
|
0 manat |
Şans hesablanmır |
|
1–5 manat |
1 dəfə |
|
6 manat və yuxarı |
2 dəfə |
Misal: 5.90 manatlıq gündəlik xərc 6 manata yuvarlaqlaşdırılır və 2 dəfə əmsalı ilə 12 şans yaradır.
Aşağıdakı əməliyyatlar xərcləmə hesabına daxil edilmir və şans yaratmır: Paycell əməliyyatları, SIM kartın əvəzlənməsi, nömrənin yenidən aktivləşdirilməsi, nömrə sahibliyinin başqasına keçirilməsi (adan-ada), Sim Kredit və digər kredit xidmətləri, müxtəlif ianə fondları (Yaşat Fondu, Qarabağ Dirçəliş Fondu, Nərgiz Fondu və s.), Asan İmza, Wingz skuter, AzParking və şans paketlərinin özünün dəyəri.
Həftəlik tapşırıqlar
Təşkilatçı hər həftə üçün müəyyən məhsulları (məsələn, konkret data paketi və ya digər xidmət) "Həftəlik Tapşırıq" elan edə bilər. Bu, yalnız fakturasız seqmentə aiddir; fakturalı seqmentdə tətbiq olunmur.
Məhsul həmin həftə üçün aktiv Həftəlik Tapşırıq elan edildikdə, onun dəyəri adi xərcləmə əmsalı əvəzinə 5 (beş) dəfə vurma əmsalı ilə hesablanır. Eyni məhsul aktiv Həftəlik Tapşırıq elan edilmədiyi həftələrdə isə adi xərcləmə qaydası (Maddə 6.3) tətbiq olunur.
Bir Həftəlik Tapşırıq həmin həftə ərzində məhsulun təkrar alınması mümkün olduğu bütün hallarda bir neçə dəfə yerinə yetirilə və hər dəfə üçün ayrıca şans qazandıra bilər.
Fakturalı seqment üzrə iştirak şanslarının formalaşdırılması
Fakturalı seqment üzrə şanslar abunəçinin fakturasının kəsildiyi tarixdən etibarən 21 gün ərzində faktura borcu tam ödənildiyi təqdirdə hesaba əlavə olunur. Əks halda, şanslar hesablanmır və abunəçinin tirajda iştirakı mümkün olmur.
Balans artırma
Balans artırma əməliyyatı xərcdən ayrı hesablanır. Hər əməliyyat, ödənilmiş vəsaitin sonradan hansı borc, cari hesab-faktura və ya qalıq üçün istifadə olunmasından asılı olmayaraq, əməliyyatın həyata keçirildiyi tarixə uyğun müəyyənləşdirilmiş hesablaşma dövrünə aid edilir.
Əməliyyatlar toplandıdan sonra yuvarlaqlaşdırılır. Yuvarlaqlaşdırılmış məbləğ 5 manatdan az olduqda şans hesablanmır; 5 manat və daha çox olduqda hər 1 manat üçün 1 şans hesablanır. Əlavə vurma əmsalı tətbiq edilmir.
Balans artırma əməliyyatı yalnız aid olduğu dövr öz ödəniş şərtini yerinə yetirdikdən sonra şansa çevrilir. Bir ödəniş həm əvvəlki dövrün borcunu bağlaya, həm də ayrıca özünün aid olduğu dövrün balans artırma mənbəyi ola bilər — bu iki rol bir-birindən asılı deyil.
Mövcud qalığın (avansın) sonradan istifadə edilməsi yeni balans artırma əməliyyatı yaratmır.
Uyğun xərc hər müəyyənləşdirilmiş hesablaşma dövrü üçün ayrılıqda hesablanır. Hesablamaya daxil olmadan əvvəl istisna xidmətlərin məbləğləri çıxılır. Yekun uyğun xərc heç vaxt sıfırdan aşağı ola bilməz.
Yuvarlaqlaşdırma qaydası: kəsr hissəsi 0.00–0.89 olduqda aşağı, 0.90–0.99 olduqda yuxarı yuvarlaqlaşdırılır.
Faktura borcu üzrə yaranmış şansların vurma əmsalı cədvəli:
|
Uyğun xərc |
Əmsal |
|
0.90–4.89 manat |
1 dəfə |
|
4.90–19.89 manat |
2 dəfə |
|
19.90–49.89 manat |
3 dəfə |
|
49.90 manat və yuxarı |
5 dəfə |
Misal: 6.90 manat xərc 7 manata yuvarlaqlaşdırılır, 2 dəfə əmsalı tətbiq olunur, nəticədə 14 şans hesablanır.
Faturasız və fakturalı xətt abunəçiləri aşağıdakı dəqiqə paketlərini əldə etməklə lotereya şərtlərinə uyğun şans əldə edə və telekommunikasiya xidmətlərindən daha rahat yararlana bilərlər:
| Paket | Qiyməti (AZN) | Paket çərçivəsində təqdim edilən şəbəkədaxili dəqiqə (həcmi) | Paketin istifadə müddəti (təqvim günü) | Paket çərçivəsində əldə edilən lotereyada iştirak şansı |
|---|
| Şans paketi 3 | 1 | 10 | 1 | 3 |
| Şans paketi 10 | 3 | 30 | 3 | 10 |
| Şans paketi 25 | 5 | 50 | 5 | 25 |
| Şans paketi 60 | 10 | 100 | 7 | 60 |
| Şans paketi 150 | 20 | 200 | 7 | 150 |
| Şans paketi 250 | 30 | 400 | 10 | 250 |
| Şans paketi 500 | 50 | 1000 | 15 | 500 |
| Şans paketi 1200 | 100 | 2000 | 20 | 1200 |
Şans paketi şəbəkədaxili dəqiqələr və sabit sayda şans daxil olan paketdir və onun dəyəri xərcləmə hesabına daxil edilmir. Şans paketini əldə etmək üçün 2425 qısa nömrəsinə INFO yazıb göndərməklə bütün paketlərin kodlarını əldə edə, sonra istədiyiniz paketin kodunu 2425 qısa nömrəsinə göndərməklə paketi əldə edə bilərsiniz. Bundan əlavə, paketi USSD kodu vasitəsilə və ya Azercell tətbiqinin Lotereya bölməsindən birbaşa aktivləşdirə bilərsiniz.
Paket etibarlılıq müddəti alış saatından etibarən başlayır və son gün saat 23:59-da bitir. Paket verdiyi şanslar hesablanır və paketin etibarlılıq müddətindən asılı olmayaraq müvafiq tirajlarda iştirak edir.
Eyni paket təkrar və ya digər paketlər eyni anda alına bilər; təkrar alışda paketin dəqiqələri və qazanılmış şanslar toplanır.
Şans paketləri üçün geri qaytarma (bərpa) tətbiq olunmur.
Fakturalı seqmentin şans paketlər əsasında hesablanmış şansları yalnız faktura vaxtında ödənildiyi tədqirdə hesaba əlavə olunur.
Əgər uduşlu mobil nömrə qalibin öz adına deyil, başqa bir şəxsin adına qeydiyyatdadırsa, mükafat yalnız nömrənin rəsmi sahibinə verilir. Əgər qalib mükafatı əldə etmək üçün Təşkilatçının xidmət mərkəzinə şəxsən gələ bilmirsə, o, etibar etdiyi bir şəxsə notarial qaydada təsdiqlənmiş etibarnamə verə bilər; həmin şəxs qalibin şəxsiyyət vəsiqəsinin surəti və öz şəxsiyyət vəsiqəsi ilə mükafatı təhvil ala bilər.
Etibarnamə üçün tələb olunan sənədlər: notarial qaydada təsdiqlənmiş etibarnamə, etibarnaməni verən şəxsin (qalibin) şəxsiyyət vəsiqəsinin surəti və mükafatı təhvil alacaq şəxsin öz şəxsiyyət vəsiqəsi.
Nömrənin rəsmi sahibi ilə əlaqə saxlamaq mümkün olmadıqda, Müştəri Xidmətləri ilə əlaqə saxlanılaraq konkret vəziyyətə uyğun addımlar müəyyənləşdirilir.
Qoşulmadan sonra aşağıdakı hallar baş verdikdə Abunəçinin mövcud iştirakına xitam verilir:
| Hal | Nəticə |
|---|
| Nömrə sahibliyinin dəyişməsi | İştirak xitam olunur; yeni sahib ayrıca qoşulma tələbi göndərməlidir; mövcud şanslar yeni sahibə keçmir və ləğv edilir. |
| Nömrənin başqa operatora keçirilməsi (MND) | İştirak xitam olunur; şanslar ləğv edilir. Nömrə şəbəkəyə qayıtdıqdan sonra yenidən qoşulma tələb olunur. |
| Fakturasızdan fakturalıya (və ya əksinə) keçid | Əvvəlki seqmentdəki iştirak xitam olunur; yeni seqmentdə yenidən qoşulma tələb olunur; şanslar yeni seqmentə keçmir və yenidən hesablanmır. |
| Xüsusi imtiyazlı (VIP) statusa keçid | İştirak dərhal xitam olunur; şanslar istisna statusu ilə işarələnir və gələcək çəkilişlərdə, Mega tiraj daxil, iştirak etmir. |
| Qadağan (blacklist) siyahısına daxil edilmə | Abunəçi sonrakı iştirak üçün hüquqa malik olmur; mövcud şanslar çəkilişdə iştirak etmir. Siyahıdan çıxarılma əvvəlki şansları bərpa etmir. |
| Müqavilənin xitamı / nömrənin deaktivasiyası | İştirak xitam olunur; şanslar cari və gələcək çəkilişlərdən istisna edilir.[E |
| İştiraka qapalı tarifə keçid | İştirak həmin tarifdə olduğu müddətdə dayanır; şanslar silinir və münasib tarifə qayıtdıqdan sonra yenidən qoşulma tələb olunur. |
Artıq bir tirajda iştirak etmiş (uduşlu və ya uduşsuz nəticələnmiş) şanslar tarixi nəticə kimi qalır və geriyə dəyişdirilmir.
Hesablaşma dövrünün dəyişdirilməsi, geri qaytarmalar və düzəlişlər
Hesablaşma dövrünün dəyişdirilməsi artıq qazanılmış şansları ləğv etmir. Mövcud şanslar etibarlı qalır və yalnız dövr dəyişikliyinə görə sıfırlanmır və ya yenidən hesablanmır. Keçid dövrü öz faktiki hesab-faktura tarixi və ödəniş şərti ilə emal olunur.
Lotereya dövrü ərzində edilmiş balans artırma, xərcləmə və şans paketi əməliyyatları üçün geri qaytarma (bərpa) tətbiq olunmur. Lotereya müddəti ərzində hər hansı əməliyyat üzrə xərclənmiş məbləğlər geri qaytarılmır.