get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Siz ərazisindəsiniz

arrow-back Nömrələr və əməliyyatlar

Asan İmza xidmətini necə deaktiv edə bilərəm?

Asan İmza xidmətini necə deaktiv edə bilərəm?

Asan İmza xidmətini deaktiv etmək üçün abunəçi Azercell Eksklüziv ofislərin birinə müraciət etməlidir.

Fiziki şəxs:

Abunəçi şəxsiyyət vəsiqəsi ilə Azercell Eksklüziv ofislərinə yaxınlaşmalıdır.

Xarici vətəndaş isə Azərbaycan Respublikasının ərazisində müvəqqəti/daimi yaşamaq üçün icazə vəsiqəsini və xarici pasportunu təqdim etməlidir.

Qeyd: Abunəçi Azercell Eksklüziv ofisinə gələ bilmirsə, əməliyyat etibarnamə əsasında həyata keçirilə bilər. Bu halda səlahiyyətli şəxsdən etibarnamədən əlavə nömrə sahibinin şəxsiyyət vəsiqəsinin sürəti istənilir.

Hüquqi şəxs:

Əməliyyatın aparılması üçün öz istəyini açıqlayan və hüquqi şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış və möhürlə təsdiqlənmiş istək məktubu ilə etibarlı şəxs Azercell Eksklüziv ofislərinə müraciət etməlidir.

Qeyd: Etibarlı şəxs həmçinin müvafiq etibarnaməni və öz şəxsiyyət vəsiqəsini təqdim etməlidir.

Asan İmza xidmətini Azercell Eksklüziv ofisində deaktiv etdikdən sonra abunəçi sertifikatı ləğv etmək üçün Vergilər Nazirliyinə müraciət etməlidir (Asan Xidmət Mərkəzlərinə də  müraciət edilə bilər).