get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Siz ərazisindəsiniz

arrow-back Nömrələr və əməliyyatlar

Asan İmza xidmətini necə aktiv edə bilərəm?

Asan İmza xidmətini necə aktiv edə bilərəm?

  • Abunəçi Asan İmza xidmətini həm öz nömrəsində həmdə yeni nömrə almaqla həmin nömrədə aktiv edə bilər. Abunəçi öz nömrəsində xidməti aktiv edirsə, o zaman SIM kart Asan İmza-nı dəstəkləyən SIM kart ilə əvəz edilməlidir.
  • Asan İmza xidmətini həm Azercell fakturalı xətt həm fakturasız xətt nömrələrində aktiv etmək mümkündür.
  • Asan İmza xidmətini aktiv etmək üçün abunəçi Azercell Eksklüziv ofislərin birinə müraciət etməlidir.

Fiziki şəxs:

Abunəçi şəxsiyyət vəsiqəsi ilə Azercell Eksklüziv ofislərinə yaxınlaşmalıdır.

Xarici vətəndaş isə Azərbaycan Respublikasının ərazisində müvəqqəti/daimi yaşamaq üçün icazə vəsiqəsini və xarici pasportunu təqdim etməlidir.

Qeyd: Abunəçi Azercell Eksklüziv ofisinə gələ bilmirsə, əməliyyat etibarnamə əsasında həyata keçirilə bilər. Bu halda səlahiyyətli şəxsdən etibarnamədən əlavə nömrə sahibinin şəxsiyyət vəsiqəsinin sürəti istənilir.

Hüquqi şəxs:

Mövcud şirkət:

Əməliyyatın aparılması üçün öz istəyini açıqlayan və hüquqi şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış və möhürlə təsdiqlənmiş istək məktubu ilə etibarlı şəxs Azercell Eksklüziv ofislərinə müraciət etməlidir.

Yeni şirkət: Abunəçi olmaq üçün zəruri sənədlər

Qeyd: Etibarlı şəxs həmçinin müvafiq etibarnaməni və öz şəxsiyyət vəsiqəsini təqdim etməlidir.

  • Mövcud nömrənin SIM kart dəyişikliyi haqqı – 3.54 AZN
  • SIM kart dəyişikliyi zamanı yaddaşda olan nömrələr yeni SIM karta keçirilmir.
  • Asan İmza xidməti nömrədə aktiv ediləndən sonra abunəçi Vergilər Nazirliyinə müraciət etməlidir (Asan Xidmət Mərkəzlərinə də müraciət edilə bilər).