get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Nömrələr və əməliyyatlar

Nömrəmi fakturalı xəttdən fakturasız xəttə necə keçirə bilərəm?

Nömrəmi fakturalı xəttdən fakturasız xəttə necə keçirə bilərəm?

  • Fakturalı xəttdən fakturasız xəttə keçid etmək üçün nömrədə borc olmamalıdır.
  • Keçid ödənişlidir – 5 AZN (ƏDV daxil).
  • Fakturasız xətt sistemindən fakturalı xəttə keçid əməliyyatı zamanı mövcud xidmətlər deaktiv edilir.
  • Fakturasız xətt sistemindən fakturalı xəttə keçid əməliyyatı zamanı SİM kart dəyişdirilir və SİM kart yaddaşında olan nömrələr yeni SİM karta keçirilmir.

Fiziki şəxs: 

Nömrəni fakturasız xəttdən fakturalı xəttə keçirmək ücün abunəçi şəxsiyyət vəsiqəsi ilə Azercell Eksklüziv ofislərinə yaxınlaşmalıdır.

Xarici vətəndaş isə qeyd edilən əməliyyatın aparılması üçün Azərbaycan Respublikasının ərazisində müvəqqəti/daimi yaşamaq üçün icazə vəsiqəsini təqdim etməlidir.

Qeyd: Abunəçi Müştəri Xidmətləri ofisinə gələ bilmirsə, əməliyyat etibarnamə əsasında həyata keçirilə bilər. Etibarlı şəxs etibarnamə, nömrə sahibinin şəxsiyyət vəsiqəsinin sürəti və öz şəxsiyyət vəsiqəsi ilə müraciət etməlidir.

Hüquqi şəxs: 

Əməliyyatın aparılması üçün etibarlı şəxs öz istəyini açıqlayan və hüquqi şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış və möhürlə təsdiqlənmiş istək məktubu və öz şəxsiyyət vəsiqəsi ilə Azercell Eksklüziv ofislərinə müraciət etməlidir.

Back Onlayn dəstək
Full view