get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Siz ərazisindəsiniz

arrow-back Nömrələr və əməliyyatlar

Nömrənin xəttini necə bağlamaq olar?

Nömrənin xəttini necə bağlamaq olar?

Fiziki şəxs əməliyyatın aparılması üçün:

  • Şəxsiyyət vəsiqəsi ilə Azercell Eksklüziv ofislərinə yaxınlaşmalıdır.
  • Fiziki şəxsə aid nömrənin Əlaqə Mərkəzi tərəfindən qısa müddətə bağlanılması üçün abunəçi *1111 nömrəsinə zəng etməlidir.

Qeyd: Bütün Azercell abunəçiləri üçün davamiyyətindən asılı olmayaraq *1111 nömrəsinə edilən bir zəngin qiyməti ƏDV daxil 10 qəpik təşkil edir.

Xarici vətəndaş isə qeyd edilən əməliyyatın aparılması üçün aşağıdakı sənədləri təqdim etməlidir:

  • Azərbaycan Respublikasının ərazisində müvəqqəti/daimi yaşamaq üçün icazə vəsiqəsi;
  • Xarici passport.

Qeyd: Abunəçi Azercell Eksklüziv ofisinə gələ bilmirsə, əməliyyat etibarnamə əsasında həyata keçirilə bilər. 

Hüquqi şəxs əməliyyatın aparılması üçün:

  • Öz istəyini açıqlayan və hüquqi şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış və möhürlə təsdiqlənmiş istək məktubu ilə Müştəri Xidmətləri ofislərinə müraciət etməlidir.
  • Hüquqi şəxsə aid nömrənin xəttinin Əlaqə Mərkəzi tərəfindən qısa müddətə bağlanılması üçün abunəçi *1111 nömrəsinə zəng etməlidir.

Qeyd: Bütün Azercell abunəçiləri üçün davamiyyətindən asılı olmayaraq *1111 nömrəsinə edilən bir zəngin qiyməti ƏDV daxil 10 qəpik təşkil edir.

  • Nömrənin xəttinin uzun müddətə bağlanılması üçün müraciət https://support.azercell.com/ portalı vasitəsilə göndərilməlidir. Bu halda abunəçinin istəyi açıqlanan və hüquqi şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış, möhürlə təsdiqlənmiş firma blankında (əgər varsa) istək məktubunun (skanlaşdırılmış halda) qeydiyyatı da həmin portal vasitəsilə həyata keçirilir.

Nömrənin bağlanılması fiziki və hüquqi şəxslər üçün həmçinin Kabinetim üzərindən də mümkündür.