Xidmətdən smartfonda , planşetdə və ya kompyuterdə istifadə etdiyinizdən asılı olmayaraq Azerellin təklif etdiyi İnternet paketlərindən Sizə uyğununu seçin və xidmətdən sərfəli şərtlərlə yararlanın.
İnternet paketlərin növləri haqda ümumi məlumatın əldə edilməsi üçün acar sözünü 2525 nömrəsinə göndərə bilərsiniz.
Mobil internet paketini yeniləmək üçün müvafiq açar sözü 2525 nömrəsinə göndərilməlidir və ya *100*sifariş ediləcək açar sözü # Yes kodu telefonun ekranında yığılmalıdır.
2525 nömrəsinə göndərilən SMS Fakturasız xətt abunəçiləri üçün ödənişsizdir, Fakturalı xətt abunəçiləri üçün isə qiymət - 0.01 AZN.
İnternet ayarları 9595 üzərindən və ya manual olaraq quraşdırıla bilər.
ᅠ
ᅠ
Android, Apple İOS platformalı və Xiaomi markalı telefonlarda ayarların quraşdırılması:
Android: Parametrlər>Digər ayarlar (Digər şəbəkələr, Daha çox)>Mobil şəbəkələr>Giriş Nöqtə Adları>Yeni APN>Ad> Azercell Internet, APN>Internet və Saxla seçilməlidir.
İOS: Ayarlar > Mobil şəbəkə > Mobil məlumat şəbəkəsi > Apn: Internet yazın və telefonu söndürüb yandırın.
ᅠ
Xiaomi : Ayarlar > Sim kart və Mobil şəbəkələr > Sim kart tənzimləmələri > Azercell > Müraciət nöqtəsi adları > Yeni apn-də: ad yerinə azercell, apn yerinə internet.
Nömrənin hansı slotda olduğunu yoxlayın. Daha sonra Sim İdarəedicisi > Məlumat xidmət şəbəkəsi bölümünə daxil olun və nömrənin yerləşdiyi SIM kartı seçin.
Planşetlər (Android) üçün internet ayarları:
Parametrlər >Daha çox parametrlər >Mobil şəbəkələr >Giriş nöqtəsinin adları
Yeni APN yaratmaq
Name: Azercell internet
APN: internet
APN type: default,hipri/default supl/default
Konfiqurasiyalar cihazın yaddaşında saxlanıldıqdan sonra Azercell interneti və Mobil şəbəkələr aktiv edilməlidir.
Günlük 100MB İNTERNET paketi sifariş etmək üçün 2525 qısa nömrəsinə 100 açar sözü SMS ilə göndərilməlidir.
Günlük 100MB paketini həmçinin telefonun ekranında *100*100#YES kodunu yığmaqla aktiv etmək mümkündür.
100 MB-lıq İnternet dərhal ləğv etmək və ya abunəliyi dayandırmaq üçün 2525 nömrəsinə STOP100 göndərilməlidir (2525-ə göndərilən SMS-in qiyməti 0.01 AZN fakturalı xətt abunəçiləri üçün).
Paketdən istifadəni dərhal dayandırmaq üçün stop ay sözü və ya 0 2525 nömrəsinə göndərilməlidir (Fakturalı xətt abunəçiləri üçün 2525 nömrəsinə göndərilən SMS-in qiyməti - 0.01 AZN) həmçinin ekranda *100*0#YES kodu yığıla bilər (bu halda nömrənin balansındakı internet trafiki dərhal ləğv olunacaq) .
Nömrədə internet paketi aktiv olmadıqda 1MB üçün hesablama cari tarifə uyğun aparılır.
İnternet trafikin balansını öyrənmək üçün 2525-ə boş SMS göndərmək və ya telefonun ekranında *100#YES yığmaq lazımdır (bu halda məumat pulsuz təqdim olunur).
Cavab olaraq göndərilən mesajda nömrədə aktiv olan internet paket, qalıq internet trafiki, paketin yenilənəcəyi tarix kimi məlumatda əksini tapır.
«Kabinetim» mobil tətbiqi üzərindən nömrədə mövcud olan mobil internet paketinə dair bir çox məlumatı yoxlamaq, digər internet paketinə qoşulmaq, mobil internet xidmətinin statusunu dəyişmək, avtomatik internet ayarlarını telefona göndərmək və digər əməliyyatları həyata keçirmək mümkündür.
*110# kodunu yığmaqla Kabinetim Mobil Tətbiqini yükləmək üçün linki əldə etmək mümkündür.
4G Sim kartını əldə etdikdən sonra xidmətdən Bakı və Abşeron, Sumqayıt, Xırdalan, Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Ağsu, Astara, Balakən, Bərdə, Beyləqan, Biləsuvar, Cəlilabad, Füzuli, Gəncə, Gədəbəy, Goranboy, Göyçay, Göygöl, Hacıqabul, İmişli, İsmayıllı, Kürdəmir, Lənkaran, Lerik, Masallı, Mingəçevir, Naftalan, Neftçala, Oğuz, Qax, Qazax, Qəbələ, Qobustan, Quba, Qusar, Saatlı, Sabirabad, Səlyan, Şamaxı, Samux, Şəki, Şabran, Şəmkir, Şirvan, Siyəzən, Tərtər, Tovuz, Ucar, Xaçmaz, Xızı, Yardımlı, Yevlax, Zaqatala, Zərdab (bölgənin bəzi kənd və qəsəbələrdə) istifadə etmək mümkündür.
![]() |