get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Siz ərazisindəsiniz

Vaxtın idarə edilməsi

Vaxtın idarə edilməsi

Təlim haqqında:

Bu təlim vasitəsilə iştirakçılar iş bölgüsü və planlaşdırmasının daha yaxşı klassifikasiyası və vaxtın səmərəli təşkili haqqında ən geniş yayılmış və ən effektik metodlarla tanış olacaqlar. Vaxtın idarə olunması bacarıqlarını təzələmək və ya sıfırdan inkişaf etdirmək istəyən hər bir şəxs bu təlimdən yararlana bilər. Təlimə evdə və ya iş mühitində əsas mənbələrin idarə olunması bacarıqları, zamanın daha yaxşı idarə olunması, fəaliyyətin planlaşdırılması və tapşırıqların öhdəsindən uğurla gəlməyin metodları daxildir. Kursda həmçinin işgüzar prioritetləri müəyyənləşdirmək və iş yükünü düzgün şəkildə planlaşdırmaq da öyrədilir. Təlim iştirakçıları vaxta qənaət etmək üsulları ilə tanış olacaq və işdən yayınma və arzuolunmaz fasilələrin öhdəsindən gəlmək üçün lazımi strategiyalara bələd olmaqla öz vaxtlarını daha yaxşı idarə etməyi öyrənəcəklər.

Proqram:

  • Vaxtın idarə olunması nədir?
  • Vaxtın idarə olunmasının ümumi üsulları
  • Məqsəd və hədəflərin müəyyənləşdirilməsi
  • “SMART” məqsədlər
  • Paretto prinsipləri və Eyzenhauer matriksi
  • Vaxt istehlakçıları. İstehlakçı nümunələri
  • Biznes etiketi baxımından istehlakçılar
  • İstehlakçı ilə mübarizə aparmaq üçün texnikalar
  • Kayros və Xronos. Fərdi gündəlik və Kayros tapşırıqları
  • Günün planlaşdırılması. Planlaşdırmada tapşırıqların 3 növü
  • Təmsilçilik. Uğurlu təmsilçiliyin 4 mərhələsi
  • Monitorinq metodları
  • İstirahət və özünüyeniləmə
Azercell Akademiyası haqqında

Azercell Akademiyası 2003-cü ildə təsis edildiyi vaxtdan etibarən böyük yol qət edib

Azercell Akademiyasının ilk proqramları yalnız “Azercell”in əməkdaşları üçün nəzərdə tutularaq işlənib hazırlanmışdır. Lakin onların böyük uğuru Azərbaycanın korporativ pərakəndə satış, sığorta, bank işi, dövlət xidmətləri və digər sektorlarında oxşar təlimlərə tələb yaratdı. Bu çağırışı hərtərəfli tədris planı və genişləndirilmiş imkanlarla cavablandırdıq.