get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Konfliktlərin idarə edilməsi

Konfliktlərin idarə edilməsi

Təlim haqqında:

Bu təlim çox geniş insan qrupu üçün nəzərdə tutulmuşdur, çünki hər növ komandada münaqişələrin baş verməsi mümkündür və/və ya qaçılmazdır. Kurs münaqişlərin ümumi səbəbləri, növləri və münaqişə vəziyyətlərinin qarşısının alınmasına dair bilikləri əhatə edir. Kurs iştirakçıları bu təlimdə qazandıqları biliklərdən gələcək münaqişələri vaxtından əvvəl müəyyənləşdirmək və onları idarə etmək üçün istifadə edə bilərlər.

Proqram:

  • Təməl anlayışlar – münaqişlərin tipologiyası haqqında biliklər
  • Anti-konflikt situasiyalarının təşviqi üçün kommunikasiya üsulları
  • Münaqişə həlli üsulu kimi danışıqlar
  • Münaqişələrdə vasitəçilik
  • Münaqişəli durumlarda davranış strategiyaları
  • Fərdi inkişaf ehtiyacları anlayışı
Azercell Akademiyası haqqında

Azercell Akademiyası 2003-cü ildə təsis edildiyi vaxtdan etibarən böyük yol qət edib

Azercell Akademiyasının ilk proqramları yalnız “Azercell”in əməkdaşları üçün nəzərdə tutularaq işlənib hazırlanmışdır. Lakin onların böyük uğuru Azərbaycanın korporativ pərakəndə satış, sığorta, bank işi, dövlət xidmətləri və digər sektorlarında oxşar təlimlərə tələb yaratdı. Bu çağırışı hərtərəfli tədris planı və genişləndirilmiş imkanlarla cavablandırdıq.