Bu təlim uğurlu ünsiyyət qurmaq və danışıqlar aparmaq üçün lazımi bacarıq və texnikaları inkişaf etdirmək istəyən şəxslər üçün nəzərdə tutulmuşdur. Təlim vasitəsilə iştirakçılar qarşı tərəflə səmərəli və davamlı ünsiyyət qurmağın incəliklərini öyrənəcəklər.
Azercell Akademiyasının ilk proqramları yalnız “Azercell”in əməkdaşları üçün nəzərdə tutularaq işlənib hazırlanmışdır. Lakin onların böyük uğuru Azərbaycanın korporativ pərakəndə satış, sığorta, bank işi, dövlət xidmətləri və digər sektorlarında oxşar təlimlərə tələb yaratdı. Bu çağırışı hərtərəfli tədris planı və genişləndirilmiş imkanlarla cavablandırdıq.