get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Siz ərazisindəsiniz

Layihə idarə edilməsinin əsasları

Layihə idarə edilməsinin əsasları

Təlim haqqında:

Bu proqram layihə menecmenti sahəsinə daxil olmaq istəyən şəxslər və ya layihə idarəetmə bacarıqları və texnikalarını inkişaf etdirmək istəyən hazırkı layihə menecerləri üçün uyğundur.

Sözügedən kursa müxtəlif şirkətlərin struktural mühitini və layihələndirmənin fəlsəfəsini öyrənmək üçün lazım olan  bacarıqlar, alətlər, texnikalar və iqtisadi prinsiplər daxildir. Kurs müasir layihə menecerlərinin ehtiyac duyduğu əsas ‘praktik’ alətlər və texnikalar ilə əlaqədardır. Təlimin mərkəzində layihə menecmentinə nəzəri baxımdan yanaşmadan daha çox onu praktiki şəkildə öyrənmək dayanır. Təlim iştirakçıları layihə menecmentinin “hiylələri”ni, ən faydalı tövsiyələri, tələb olunan əsas bacarıqları və ‘partizan müharibəsi’ taktikaları öyrənəcəklər. Kurs həmçinin layihə menecementinin iqtisadiyyatını və ümumilikdə strateji işgüzar qərar qəbulu prosesini də əhatə edir.

Proqram:

  • Layihə menecmenti nədir və nə üçün ona ehtiyacınız var?
  • Qiymətləndirmə sənəti
  • Qiymətləndirmə elmi
  • Layihələr barədə danışıqlar aparmalıyıq?
  • Necə və nə üçün layihə sənədləri hazırlayırıq?
  • Layihənin miqyasını necə müəyyənləşdirməli
  • Layihənin miqyasını və müştərilərin gözləntilərini niyə tənzimləməli
  • Layihələrə necə nəzarət etməli? Risklər, kommunikasiyalar, nəzarət və digər vacib məsələlər
  • Nə üçün mənfi hadisələrdən dərs çıxarmalı?
Azercell Akademiyası haqqında

Azercell Akademiyası 2003-cü ildə təsis edildiyi vaxtdan etibarən böyük yol qət edib

Azercell Akademiyasının ilk proqramları yalnız “Azercell”in əməkdaşları üçün nəzərdə tutularaq işlənib hazırlanmışdır. Lakin onların böyük uğuru Azərbaycanın korporativ pərakəndə satış, sığorta, bank işi, dövlət xidmətləri və digər sektorlarında oxşar təlimlərə tələb yaratdı. Bu çağırışı hərtərəfli tədris planı və genişləndirilmiş imkanlarla cavablandırdıq.