get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Siz ərazisindəsiniz

Təqdimat bacarıqları

Təqdimat bacarıqları

Təlim haqqında:

Yaxşı təqdimat bacarıqları yaşdan və təcrübə sahəsindən asılı olmayaraq hər bir şəxs üçün üstünlükdür. Təqdimat zamanı auditoriyanın reaksiyası və qarşılıqlı təsir prosesi əsasən təqdimatçının peşəkarlıq səviyyəsindən asılıdır. Təqdimata necə hazırlaşırsan? Auditoriyanın diqqətini cəlb etmək üçün hansı üsullardan istifadə edirsən? Bu təlim kursu təqdimat təcrübəsi olan, habelə, ünsiyyət üslubunu təkmilləşdirmək və təqdimatlarının daha təsirli olmasını təmin etmək istəyən şəxslər üçün nəzərdə tutulmuşdur. Təlim kursu, həmçinin, daxili komandaları və xarici müştəriləri üçün təqdimat hazırlamaq istəyən şəxslər üçün də uyğundur. Kurs boyunca təqdimat hazırlama bacarıqları ilə birlikdə fərqli təqdimatları cəlbedici etməyin üsulları da iştirakçılara öyrədilir.

Proqram:

  • Təqdimatın əsas komponentləri və onların formalaşdırılması
  • Təqdimatın hazırlıq strukturunun formalaşdırılması
  • Qısa təqdimatlar üçün videoların çəkilməsi
  • Qeyri-verban ünsiyyət metodları
  • Video çəkilişinin analiz edilməsi
  • Auditoriya ilə interaktiv əlaqənin qurulması
  • Fərqli iştirakçılarla iş mexanizmləri
Azercell Akademiyası haqqında

Azercell Akademiyası 2003-cü ildə təsis edildiyi vaxtdan etibarən böyük yol qət edib

Azercell Akademiyasının ilk proqramları yalnız “Azercell”in əməkdaşları üçün nəzərdə tutularaq işlənib hazırlanmışdır. Lakin onların böyük uğuru Azərbaycanın korporativ pərakəndə satış, sığorta, bank işi, dövlət xidmətləri və digər sektorlarında oxşar təlimlərə tələb yaratdı. Bu çağırışı hərtərəfli tədris planı və genişləndirilmiş imkanlarla cavablandırdıq.