get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

İST (İş yerində sağlamlıq və təhlükəsizlik)

İST (İş yerində sağlamlıq və təhlükəsizlik)

Təlim haqqında:

Bütün işəgötürənlər qanunla işçilərinin təhlükəsizliyini təmin etməklə yanaşı sağlamlıqlarının və iş yerlərində rifahlarının qorunmasını da mümkün qədər təmin etməyə borcludurlar. İstehsalatda yaralanmaların və sağlamlığa xələl gəlməsinin qarşısını almaq üçün Azercell Akademiyası modern iş dünyasında praktiki şəkildə tətbiq oluna bilən İST təlimi təşkil edir.

Proqram:

  • İş yerində sağlamlıq və təhlükəsizlik qaydaları
  • Peşəkar tibbi yardımdan əvvəlki ilk yardım
  • Sürətli yanğınsöndürmə bacarıqları
Azercell Akademiyası haqqında

Azercell Akademiyası 2003-cü ildə təsis edildiyi vaxtdan etibarən böyük yol qət edib

Azercell Akademiyasının ilk proqramları yalnız “Azercell”in əməkdaşları üçün nəzərdə tutularaq işlənib hazırlanmışdır. Lakin onların böyük uğuru Azərbaycanın korporativ pərakəndə satış, sığorta, bank işi, dövlət xidmətləri və digər sektorlarında oxşar təlimlərə tələb yaratdı. Bu çağırışı hərtərəfli tədris planı və genişləndirilmiş imkanlarla cavablandırdıq.