get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Siz ərazisindəsiniz

Stressin idarə edilməsi

Stressin idarə edilməsi

Təlim haqqında:

Stressin tənzimlənməsi kursu stressin yaratdığı böhranlı emosional durumla daha səmərəli və yaradıcı şəkildə mübarizə aparmaq istəyən hər bir şəxs üçün – inzibati rəhbər şəxslərdən ümumi menecerlərə qədər bütün əməkdaşlar üçün nəzərdə tutulmuşdur.

İşdə və ya şəxsi həyatımızda hər gün stresslə üzləşməli oluruq. Onun səhhətimizə və fəaliyyət qabiliyyətimizə vurduğu zərərləri necə minimalizə edirik? Stressli durumlarda özünəinamı necə bərpa etmək olar? Əgər sizin və komandanızın bu suallara cavabı yoxdursa, deməli, stressin tənzimlənməsi təliminə ehtiyacınız var. Bizim yardımımızla stressli situasiyaları daha yaxşı idarə etməyi və emosiyalarınıza nəzarəti gücləndirməyi öyrənəcəksiniz.

Proqram:

  • Stress anlayışı
  • İbtidai və modern stress anlayışları
  • Stressə reaksiya
  • Stressin əsas xarakteristikaları və doğurduğu nəticələr
  • Psixoloji özünütənzimləmənin əsasları
  • Emosional və intellektual özünütənzimləmə
Azercell Akademiyası haqqında

Azercell Akademiyası 2003-cü ildə təsis edildiyi vaxtdan etibarən böyük yol qət edib

Azercell Akademiyasının ilk proqramları yalnız “Azercell”in əməkdaşları üçün nəzərdə tutularaq işlənib hazırlanmışdır. Lakin onların böyük uğuru Azərbaycanın korporativ pərakəndə satış, sığorta, bank işi, dövlət xidmətləri və digər sektorlarında oxşar təlimlərə tələb yaratdı. Bu çağırışı hərtərəfli tədris planı və genişləndirilmiş imkanlarla cavablandırdıq.