get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Satışın əsasları

Satışın əsasları

Təlim haqqında:

Bu təlim satış dünyasına yeni daxil olan şəxslər və bu sahədə karyerasını inkişaf etdirərək yeni praktiki bacarıqlar öyrənmək istəyən hər bir şəxs üçün nəzərdə tutulmuşdur. Kurs müddətində iştirakçılar satış anlayışı, satış bacarıqlarının təkmilləşdirilməsi və satışın əsas prinsipləri ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Proqram:

  • Satış nədir?
  • Qarşılama və ünsiyyətqurma
  • Satış ləvazimatları
  • Satış təcrübəsi/qabiliyyəti
  • Düzgün məqsədləri müəyyənləşdirmək
  • Vaxtın idarə olunması
  • Müştəri məmnuniyyəti
  • Satış növləri
  • Satış zamanı yarana biləcək problemlər
  • Yeni müştəri axtarışı
Azercell Akademiyası haqqında

Azercell Akademiyası 2003-cü ildə təsis edildiyi vaxtdan etibarən böyük yol qət edib

Azercell Akademiyasının ilk proqramları yalnız “Azercell”in əməkdaşları üçün nəzərdə tutularaq işlənib hazırlanmışdır. Lakin onların böyük uğuru Azərbaycanın korporativ pərakəndə satış, sığorta, bank işi, dövlət xidmətləri və digər sektorlarında oxşar təlimlərə tələb yaratdı. Bu çağırışı hərtərəfli tədris planı və genişləndirilmiş imkanlarla cavablandırdıq.