get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Danışıq

Günlük bölgə paketi

Bölgələrdə olanlar üçün xüsusi təklif

images

Ümumi məlumat

Bölgələrdə olanlar üçün xüsusi təklif – günlük bölgə paketinə qoşulun və Azercell-lilərlə gün boyu istədiyiniz qədər danışın və internetdə onlayn olun!

Qoşulma

Qoşulmaq üçün 2552START (istək pulsuzdur) və ya telefon ekanında *252*1#YES yığ.

Kampaniyadan günlük istifadə haqqı - 0.59 AZN təşkil edir.

Əlavə məlumat

Günlük bölgə paketi eksklüziv olaraq Bölgə tarifi abunəçiləri üçün nəzərdə tutulmuşdur.

Bölgə tarifi abunəçisi olmayan şəxslər SMS və USSD kod vasitəsilə bu paketə abunə olmaq istədikdə dərhal Bölgə tarifinə keçirilir. Tarif dəyişdirilməsi pulsuz həyata keçirilir.

Aktivasiya üçün 0.59 AZN dəyərində gündəlik istifadə haqqı dərhal balansdan çıxılır.

Paket istək göndərildikdən dərhal aktiv edilir və hər günün sonunadək istifadə oluna bilər (23:59:59-dək). Yalnız ilk qoşulma zamani paket növbəti gündən sonra yenilənəcək (00:00-dan sonra).
Abunəçilər bu paketi gündə yalnız bir dəfə aktivləşdirə bilər. Sözügedən əməliyyatın tamamlanması üçün balansda minimum 0.59 AZN məbləğ olmalıdır.
Paketdən gündəlik istifadə üçün xidmət haqqı 0.59 AZN təşkil edir.
Günlük Bölgə paketi aktivləşdiriləndə 50 MB həcmində internet data balansa köçürülür.

Bu zaman abunəçi yeni bir paket almaq üçün avtomatik şəkildə internet.azercell.com saytına yönləndirilir.

Paket aktivləşdirilən zaman gündəlik istifadə üçün şəbəkədaxili 500 dəqiqə balansa köçürülür. Bu bonuslar Bakı və Abşeron ərazisində edilən zənglər üçün istifadə oluna bilməz.
Zənglər üçün faktura intervalı 1 dəqiqə təşkil edir.
Bonus dəqiqələri yalnız şəbəkədaxili zənglər zamanı istifadə olunmaq üçün nəzərdə tutulmuşdur. Bonus dəqiqələrindən qısa nömrələrə edilən zənglər zamanı da istifadə edilə bilməz.

Paketdən kənar xidmətlər “Bölgə” tarifinə müvafiq hesablanır.

Deaktivasiya etmək və ya abunəliyi dayandırmaq üçün “STOP” yazıb SMS vasitəsilə 2552-ə göndərmək və ya *252*0#Yes kodunu yığmaq kifayətdir. Deaktivasiya üçün xidmət haqqı 0.50 AZN təşkil edir.

Abunəçi paketi deaktivasiya etdikdə, tarif planını və ya nömrəni dəyişdikdə bütün bonus dəqiqələri dərhal ləğv olunur.

Paket çərçivəsində təqdim olunan 50MB-lıq internet paketi yalnız ölkədaxili istifadə üçün nəzərdə tutulub.

Paket daxilində təqdim edilən internet paketindən bölgələrdən əlavə Bakı və Abşeron ərazisində də istifadə edilə bilər.