*Hesablama intervalı: zəng üçün – 60 saniyə, internet üçün – 51 KB.
“Bolge” yazıb SMS vasitəsilə 7575-ə göndər və ya *750*4*4#YES yığ.
"Bölgə" tarifinə həmçinin “Kabinetim” tətbiqi vasitəsilə də qoşulmaq mümkündür. *110# kodunu yığ və tətbiqi yükləmək üçün birbaşa keçid əldə et.
Balansı yoxlamaq üçün telefonda *111*1*7#YES yığmaq kifayətdir.
Qeyd: 4 Noyabr 2022-ci il tarixindən etibarən, “Azercell Telekom” MMC-nin fakturasız (SimSim) xətt sistemində abunəçilərə təqdim edilən “Bölgə” tarif paketi çərçivəsində “Limitsiz danışıq” kampaniyasının xidmət haqqı 0,45 AZN təşkil edəcək.
Hər bir SMS üçün xidmət haqqı 0.05 AZN təşkil edir.
*12.02.2019-cu il tarixindən etibarən “Azercellim”, “Bizimkilər”, “Hər yerə”, “GəncSim”, “Bölgə” və “Tələbə Birliyi” fakturasız xətt tarif planlarına göndərilən SMS-lərin hər biri 0.05 AZN-dən hesablanacaq. “GəncOL” və “Kombo” tarif paketlərindən göndərilən hər bir SMS də 0.05 AZN-dən hesablanacaq.
Qısa nömrələrə zənglər pulsuz zənglərə daxil deyil və həmçinin, bu zənglərin hər biri 15 dəqiqə ilə məhdudlaşdırılır.
Bakı və Abşeronda yaşayan abunəçilər tərəfindən edilən zənglərin dəqiqəsi 0.10 AZN təşkil edir. Bu abunəçilər “3-cü dəqiqədən sonra pulsuz” kampaniyasından yararlana bilməzlər.
“Zəngimi ödə” xidməti ilə edilən zənglərin hər bir dəqiqəsi 0.10 AZN-dan hesablanır.
Tarifin qeyd olunan qiymətləri xüsusi kodlu (* ilə yığılan) və qısa nömrələrə edilən zəngləri əhatə etmir.
Cari tarifdən “Bölgə” tarifinə keçmək üçün müvafiq açar sözü SMS vasitəsilə göndərmək və yaxud *750*4*4#YES yığmaq kifayət edir. Xidmət haqqı isə 1 AZN-dir.
“Kabinetim” tətbiqi vasitəsilə tarif dəyişdirildikdə isə xidmət haqqı 0.99 AZN təşkil edir.
Ətraflı məlumatı bu linkdən əldə edə bilərsiniz.