Fakturalı xətt abunəçiləri 650 xidməti vasitəsi ilə faktura borcu, cari borc, avansınızda olan məbləğ və balans haqqında digər məlumatları ala bilərlər.
Bunun üçün 650-yə zəng etmək və ya 650-yə boş SMS göndərmək və ya telefonun ekranında *650#YES kodu yığılmalıdır.
650 qısa nömrəsindən gələn SMS görə 0.02 AZN (ƏDV xaric) xidmət haqqı tutulur.
Fakturasız xətt abunəçiləri balans öyrənmək üçün 2112 qısa nömrəsi zeng edib və ya SMS göndərə bilərlər.
Balansda olan məbləğ, bu məbləğin son istifadə tarixi və abunəliyin bitməsi tarixi haqda məlumat əldə etmək üçün üçün 2112-yə zəng edilməlidir və ya boş SMS göndərilməlidir. 1 SMS/zəng qiyməti 0,02 AZN.
Həmçinin balansınızda olan məbləğ, bu məbləğin son istifadə tarixi və abunəliyin bitməsi tarixi haqda məlumatları telefonun ekranında *111*1*7#YES yığaraq öyrənə bilərsiniz. Xidmət pulsuzdur.
Balans haqqında məlumatı həmçinin «Kabinetim» mobil tətbiqi üzərindən öyrənmək mümkündür. *110# kodunu yığmaqla Kabinetim Mobil Tətbiqini yükləmək üçün linki əldə etmək mümkündür.
Aşağıda qeyd edilən nominallarda olan ümumi ödəmə kartlarını rəsmi satış nöqrələrindən əldə etmək mümkündür:
Nominal |
İstifadə müddəti (yükləndiyi gündən etibarən) |
1 AZN |
7 gün |
2 AZN |
7 gün |
3 AZN |
30 gün |
5 AZN |
60 gün |
10 AZN |
90 gün |
25 AZN |
180 gün |
50 AZN |
180 gün |
100 AZN |
180 gün |
Mövcud Ödəniş üsulları və ümumi ödəmə kartları haqqında məlumat üçün bu link-ə daxil olun.
![]() |