get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Siz ərazisindəsiniz

arrow-back Ödəmə və balans

Balans məlumatı (2112/650)

Nömrənin balans məlumatlarını, abunəlik detallarını və son istifadə tarixini yoxlamaq üçün 

images-phone

Fakturasız xətt abunəçiləri üçün

Fakturasız xətt nömrəsinin balans məlumatlarını, abunəlik detallarını və son istifadə tarixini yoxlamaq üçün 2112-ə zəng etmək və ya 2112 nömrəsinə boş SMS göndərmək kifayətdir. Hər bir SMS üçün xidmət haqqı 0.02 AZN təşkil edir.

İstifadəçilər həmçinin *111*1*7#YES kodunu yığmaqla balanslarının son istifadə tarixi və abunəlik müddətləri haqqında məlumat əldə edə bilərlər. Xidmət pulsuzdur.

Abunəçilər hər dəfə zəng etdikdə, SMS göndərdikdə və ya internet tariflərindən istifadə etdikdə balansdakı müvafiq dəyişiklilər haqqında məlumatı avtomatik bildirişlər vasitəsilə əldə edirlər.

Tarif planı və Rominq xəttinin statusu haqqında ətraflı məlumat almaq üçün 1005 nömrəsinə boş SMS göndərmək kifayətdir. Hər bir SMS üçün xidmət haqqı 0.02 AZN təşkil edir.

Fakturalı xətt abunəçiləri üçün

Fakturalı xətt abunəçiləri balans məlumatlarını (ödəniş məbləği, cari balans, ilkin ödəniş və s.) 4 üsulla yoxlaya bilərlər:

  •       650 nömrəsinə zəng etməklə. Bu zaman balans haqqında məlumat səsləndirilir.
  •       650 nömrəsinə boş SMS göndərməklə. Bu zaman abunəçi balans məlumatları haqqında SMS əldə edir.
  •       *650#YES yığmaqla.
  •       Onlayn xidmətlər bölməsindən istifadə etməklə.

Balans məlumatlarına başqa bir abunəçinin çıxışını təmin etmək üçün “+” yazıb 650 nömrəsinə göndərmək kifayətdir. Bu xidməti ləğv etmək üçün “-” yazıb 650-ə göndərmək lazımdır.

650 nömrəsinə göndərilən hər bir SMS üçün xidmət haqqı 0.0236 AZN təşkil edir.

Nəzərə almaq lazımdır ki, ödənişlər hər ayın 4-ü və 24-ü arası saat 11-dən sonra balansdan çıxılır. Bu müddət ərzində göndərilən müraciətlər növbəti ödəniş günü icra edilir.

Qeyd:

Danışıq kartının yüklənib-yüklənilməməsi haqda məlumat əldə etmək uçün kartın 10-rəqəmli seriya nömrəsini SMS vasitəsilə 1003 nömrəsinə göndərmək lazımdır. Hər bir SMS üçün xidmət haqqı 0.02 AZN təşkil edir.

Xidmətdən həm fakturalı, həm fakturasız xətt abunəçiləri yararlana bilər.

Əlavə məlumat

Standart zənglər zamanı hesablama intervalı 30 saniyə təşkil edir. Bu zaman qısa nömrələrə zənglər, rominq zamanı zənglər və ya xüsusi bir tarif paketindən istifadə zamanı edilən zənglər nəzərə alınmır. Hesablanan rəqəm bütöv olmadıqda, həmin rəqəm tam rəqəm alınana qədər yuvarlaqlaşdırılır.

Əgər kəsr dəyəri 0.5-dən azdırsa, məbləğ növbəti daha aşağı tam rəqəm alınana qədər yuvarlaqlaşdırılır. Əgər kəsr dəyəri 0.5 və ya daha çoxdursa, məbləğ növbəti daha yuxarı tam rəqəm alınana qədər yuvarlaqlaşdırılır

 

Balans haqqında məlumatlar Azərbaycan, ingilis və rus dillərində təqdim olunur. Bunun üçün dil seçimi vasitəsilə arzuolunan dili seçmək lazımdır.

Balans mesajları avtomatik olaraq yaddaşda saxlanılmır, lakin onları manual qaydada yaddaşda saxlamaq mümkündür.

Hər istifadədən sonra telefona daxil olan avto-məlumat xidmətini Dinamik IVR, Kabinetim və ya Müştəri Xidmətlərinə müraciət edərək deaktiv etmək mümkündür.