Siz ərazisindəsiniz
Azercell balansını istədiyin SimSim abunəçisi ilə paylaşmaq indi olduqca asandır.
Paycell-dən istifadə etmək üçün istənilən SimSim abunəçisinin nömrəsini (operatorun kodu ilə birlikdə) aşağıdakı cədvəldə qeyd olunan müvafiq Paycell nömrəsinə göndərmək kifayətdir.
Paycell nömrəsi
Xidmət haqqı
Paycell nömrəsi
Xidmət haqqı
Paycell nömrəsi
Xidmət haqqı
Paycell nömrəsi
Xidmət haqqı
Paycell nömrəsi
Xidmət haqqı
Balans payı | Paycell nömrəsi | Xidmət haqqı |
---|---|---|
0.20 ₼ | 9204 | 0.02 ₼ |
0.50 ₼ | 9200 | 0.05 ₼ |
1 ₼ | 9202 | 0.10 ₼ |
2 ₼ | 2206 | 0.20 ₼ |
5 ₼ | 2208 | 0.50 ₼ |
Paycell məlumatlarını yoxlamaq üçün pay göndərilən tarixi yazıb SMS vasitəsilə 9201-ə göndərmək lazımdır. 9201 nömrəsinə göndərilən hər bir SMS üçün xidmət haqqı 0.02 AZN təşkil edir. Bu SMS vasitəsilə abunəçi son 90 gün ərzində Paycell-dən istifadə haqqında məlumatlarını öyrənə bilər.
Fakturalı xəttə malik fərdi müştərilər yalnız hesab balansları qalıq ödənişlər, açıq invoyslar, hədiyyə məbləği və birləşdirilmiş xidmət haqqlarının ümumi cəmini ötdükdə 2-5 AZN arası hədiyyə Paycell krediti göndərə bilərlər.
Əgər 0.50 və ya 1 AZN məbləğində Paycell krediti balansının istifadə müddəti 5 gün və ya daha qısa müddət ərzində bitəcək bir abunəçiyə göndərilərsə, balansın istifadə müddəti 5 günə qədər uzadılır.
Əgər qeyd olunan məbləğdə Paycell krediti balansının istifadə müddəti 5 gündən daha çox müddət ərzində bitəcək bir abunəçiyə göndərilərsə, balansın istifadə müddəti uzadılmır.
Əgər 0.20 AZN məbləğində Paycell krediti balansının istifadə müddəti 1 gün və ya daha qısa müddət ərzində bitəcək bir abunəçiyə göndərilərsə, balansın istifadə müddəti 1 günədək uzadılır.
Əgər qeyd olunan məbləğdə Paycell krediti balansının istifadə müddəti 1 gündən daha çox müddət ərzində bitəcək bir abunəçiyə göndərilərsə, balansın istifadə müddəti uzadılmır.
Müraciət üçün xanaları doldur
Sizinlə ən qısa zamanda əlaqə saxlayacağıq!
Ən çox axtarılanlar
Heç bir nəticə tapılmadı: ""
Abunəlik uğurla tamamlanmışdır