get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Ümumi məlumat

Xüsusi “10 GB=12AZN” və ya “30GB=20 AZN” internet tarifinə qoşul və PULSUZ DATA nömrə əldə et!

12.03.2020-ci il tarixindən etibarən “Xüsusi 10 GB=12AZN” və “Xüsusi 30GB=20 AZN” kampaniyalarına yeni Data Sim abunəçilərinin qoşulması artıq mümkün deyil. İnternet tarif paketlərinə artıq abunə olmuş abunəçilər eyni data və bonuslardan əvvəl olduğu kimi istifadə etməyə davam edəcəklər. Üstəlik, onlar digər internet paketlərə qoşulma və bir daha yenidən həmin paketlərə geri dönmə imkanına malik olacaqlar.

Abunə

İnternet paketinə qoşulmaq üçün sadəcə Azercell Ekspress, Azercell Müştəri Xidmətləri və ya rəsmi diler ofislərinə şəxsiyyət vəsiqəsi ilə müraciət etmək lazımdır.

Əlavə məlumat

Tarif paketinin istifadə müddəti 30 gündür. Bütün data bonuslar hər ayın sonunda bitir və növbəti aya keçmir.

Bonus İnternet paketi bitdikdə, abunəçi yeni internet paketi əldə etmək üçün internet.azercell.com saytına yönləndiriləcək. İstifadəçi yeni paket sifariş etmədiyi təqdirdə, internetdən istifadə1MB=0.05 tarifi ilə hesablanacaq.

Azercell müştərilərin rahatlığı üçün data paketini avtomatik olaraq aktivləşdirir.

İnternet paketindən istifadəni dayandırmaq üçün stop month yazıb 2525-ə göndərmək lazımdır. 2525-ə göndərilən SMS-in qiyməti 0.01 AZN təşkil edir.

İstifadəçi tarifdən imtina etdikdə istifadə edilməyən trafik qalığı sıfırlanır.