get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Siz ərazisindəsiniz

arrow-back İnternet

İnternet ayarlarını (9595) necə quraşdıra bilərəm?

İnternet ayarlarını (9595) necə quraşdıra bilərəm?

İnternet ayarları 9595 vasitəsilə və ya telefon menyusu üzərindən quraşdırıla bilər.

Avtomatik telefon konfiqurasiyaları üçün:

  • Avtomatik telefon konfiqurasiyalarını almaq üçün 9595-ə boş SMS göndərmək lazımdır (bu nömrəyə göndərilən hər SMS-in qiyməti 0.01 AZN-dir).
  • Ekranda görünən ayarlar cihazın yaddaşında saxlanılmalıdır.
  • Yeni ayarları quraşdırmaq və internetə girişi bərpa etmək üçün telefonu söndürüb yenidən yandırmaq lazımdır.

İnternet ayarlarını menyu üzərindən də quraşdırmaq olar. Cihazın növündən asılı olaraq ayarlar aşağıdakı qaydada quraşdırılmalıdır:

Android telefonları üçün:

Ayarlar:

> Digər ayarlar (Digər şəbəkələr, Daha çox)

> Mobil şəbəkələr

> Giriş Nöqtəsinin Adları

> Yeni APN

> Ad: “Azercell Internet”, APN: “Internet” yazılmalıdır

 ‘Yadda Saxla’ düyməsinə basılmalıdır.

Android planşetləri üçün:

Ayarlar:

> Daha çox parametrlər

> Mobil şəbəkələr

> Giriş Nöqtəsinin Adları

> Yeni APN yaradılmalıdır

Ad: Azercell internet

APN: internet

APN növü: default, hipri/default supl/default

Konfiqurasiyalar cihazın yaddaşında saxlanıldıqdan sonra Azercell interneti və Mobil şəbəkələr aktiv edilməlidir.

iOS cihazları üçün:

Ayarlar:

> Mobil şəbəkə

> Mobil məlumatlar şəbəkəsi

> Apn: “Internet” yazılmalıdır

Cihaz yenidən söndürülüb yandırılmalıdır.

Xiaomi telefonları üçün:

Ayarlar:

> Sim kart və Mobil şəbəkələr

> Sim kart ayarları

> Azercell

> Giriş Nöqtəsinin Adları

> Yeni APN-də, ad sahəsində “Azercell”  və APN sahəsində “Internet” yazılmalıdır

Azercell SİM Kartının hansı bölmədə olduğu yoxlanılmalıdır. Daha sonra Sim İdarəedicisi > Məlumat xidmət şəbəkəsi bölümünə daxil olub, nömrənin yerləşdiyi SIM kart seçilməlidir.

Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.