Siz ərazisindəsiniz
SMS göndərmək üçün yığım qaydası
Azercell-dən daxil olan sistem mesajlarının dil seçimi üçün aşağıdakı açar sözünü +994509103300 nömrəsinə göndərin (1 SMS – 5 qəpik):
Açar sözü
Açar sözü
Açar sözü
Dil | Açar sözü |
---|---|
azərbaycan | az |
ingilis | eng |
rus | rus |
Gün ərzində Veb SMS vasitəsilə 100 mesaj göndərmək mümkündür.
Bunlardan 10 SMS pulsuz şəbəkədaxili, qalan və ya bütün SMS-lər isə ölkə daxilində ödənişli göndərilə bilər.
Xidmətdən istifadə etmək üçün veb səhifəmizin Onlayn Xidmətlər bölümündə qeydiyyatdan keçin.
Veb SMS göndərən şəxsin nömrəsindən daxil olur və həmin nömrəyə birbaşa cavab mesajı göndərmək mümkündür.
1 ödənişli Veb SMS-in qiyməti istifadə olunan tarifə uyğun, standart SMS-in qiyməti ilə eynidir.
Qeyd: Mesaj mətni yalnız latın əlifbası ilə yazılmalıdır.
Əgər təcili bir məlumat çatdırmaq lazımdırsa, mesajınızın əvvəlində *flash# yazın. Bu halda SMS bilavasitə göndərdiyiniz şəxsin mobil telefonunun ekranında görünəcək.
Misal: *flash# mənə zəng et!
Tez SMS-in qiyməti istifadə olunan tarifə uyğun standart SMS-in qiyməti ilə eynidir.
Qeyd: Tez SMS telefonun yaddaşında qalmır.
Danışan SMS xidməti vasitəsilə şəbəkədaxili səsli mesajlar göndərin. Nömrənin əvvəlində * işarəsini yığın (* operator kodu və nömrə) və demək istədiklərinizi səsləndirin.
Göndərilən Danışan SMS telefonunuza zənglə daxil olur, telefonun ekranında 6996 və SMS göndərən şəxsin nömrəsi göstərilir. Zəng cavabsız qaldıqda, telefona daxil olan Danışan SMS barədə bildiriş gəlir.
Dinlənilməyən mesajları 30 gün, dinlənilmiş mesajları isə 72 saat ərzində təkrar 6996-ya zəng edərək dinləyə bilərsiniz.
Yaddaşda saxlanılmış mesajları isə 6997-yə zəng edərək dinləyə bilərsiniz.
Müraciət üçün xanaları doldur
Sizinlə ən qısa zamanda əlaqə saxlayacağıq!
Ən çox axtarılanlar
Abunəlik uğurla tamamlanmışdır