get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Siz ərazisindəsiniz

arrow-back Zənglərin idarə edilməsi

Xəbər Ver

Telefon söndürüldükdə və ya şəbəkə əhatə dairəsi xaricində olduqda buraxılmış zənglər barədə bildiriş al

images-phone

Ümumi məlumat

İndi siz Buraxılmış Zəng xidmətinin daha geniş imkanları olan Xəbər Ver xidmətindən istifadə edə bilərsiniz.

Bu xidmət vasitəsilə siz telefonunuz söndürüldükdə və ya əhatə dairəsi xaricində olduqda, gələn bütün buraxılmış zənglərin kim tərəfindən və nə vaxt edildiyi haqda məlumat almaqla yanaşı, həmçinin sizə zəng etmiş abunəçilər sizin şəbəkəyə qayıtdığınız barədə avtomatik SMS bildirişi alacaqlar.

Qiymətlər

  • Buraxılmış Zəng pulsuz
  • Buraxılmış Zəng + Xəbər Ver 0.10

Xidmətin aktivləşdirilməsi

Buraxılmış Zəng xidmətini aktivləşdirmək üçün zəngləri 6080-ə yönləndirmək və ya telefonda **62*6080#YES yığılmalıdır.

Buraxılmış Zəng+ Xəbər Ver xidmətini aktivləşdirmək üçün( hər iki xidməti aktiv edir) START yazıb 6080-ə göndərmək və ya telefonda *608*1#YES yığılmalıdır. (SMS pulsuzdur)

 

Xidmət haqqı

Xəbər Ver xidmətinə görə aylıq sadəcə olaraq 0.10 AZN tutulur.

Buraxılmış Zəng üçün xidmət haqqı pulsuzdur.

1 SMS-də 1 buraxılmış zəng haqqında məlumat verilir.

Buraxılmış zənglər barədə məlumat sistemdə 7 gün saxlanılır və telefon aktiv edildiyi zaman çatdırılır. Telefon 7 gün ərzində aktiv edilmədiyi təqdirdə məlumat sistemdən silinir.

Əlavə məlumat

Xəbər Ver, siqnalların zəif qəbul edildiyi ərazilərdə olan hər bir istifadəçi üçün faydalı ola bilər. Bu xidmət həmçinin ölkəni müvəqqəti olaraq tərk edən, bununla belə rominq xidmətindən istifadə etməyən abunəçilər üçün unikal fürsət yaradır.

Xəbər Ver xidmətinin işləmə prinsipi aşağıdakı kimidir:

Xəbər Ver xidməti aktiv olan nömrəyə (B abunəçisinə) əhatə dairəsi xaricində və ya telefon sönülü olduğu zaman zəng edilir. Şəbəkə xaricində olan abunəçi (B abunəçi) şəbəkəyə qayıtdıqda ona Buraxılmış Zəng (6080) xidmətindən mesaj gəlir. Zəng edən abunəçi isə (A abunəçi) “B abunəçisinin nömrəsi şəbəkəyə qayıtdı. Ona yenidən zəng edə bilərsiniz.” mesajı alır.

Bu xidmətlər arasında oxşarlıq var, lakin onlar eyni deyildir. Buraxılmış Zəng sadəcə abunəçiləri şəbəkəyə qayıtdıqda buraxılmış zənglər barədə məlumatlandırır. Xəbər Ver xidməti əhatə dairəsi xaricində və ya telefonu sönülü olduqda abunəçiyə edilən buraxılmış zənglər barədə o şəbəkəyə qayıtdıqda məlumat (SMS bildiriş) verir.

Xəbər Ver xidmətini deaktiv etmək üçün STOP yazıb 6080-ə göndər və ya telefonda *608*0#YES yığ. Xidmət pulsuzdur.

Xidmətə abunəliyi dayandırmaq üçün telefonunda ##002#YES və ya ##62#YES yığ. Zənglərin yönləndirilməsi telefondan da leğv edilə bilər.