get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Siz ərazisindəsiniz

BOSNİYA VƏ HERSEQOVİNA

Bosniya və Herseqovina

Mövcud operatorlar

icon pdf

Əlavə məlumat

Rominqi aktivləşdirmək üçün:

  • Fakturalı xətt abunəçiləri START yazıb SMS vasitəsilə 8808-ə göndərə bilər. 8808 nömrəsinə göndərilən hər bir SMS üçün xidmət haqqı 0.01 AZN təşkil edir.
  • Fakturasız xətt abunəçiləri *135*1#YES kodunu yığa bilər.

QR kod ilə qoşulma:

Xidməti aktivləşdirmək üçün aşağıdakı QR kodu Kabinetim tətbiqi vasitəsilə (Android və ya IOS ) skan etmək lazımdır:

Səfər ediləcək ölkənin adını səhifənin başlığında yerləşən axtarış bölməsinə yazmaqla tariflərlə bağlı məlumat əldə etmək olar.

Fakturalı xətt abunəçilərinin rominqdə cari borcu barədə məlumat onlara xidməti göstərən xarici operatordan daxil olduğuna görə hesablarında gecikmə ilə əks oluna bilər.

Xaricə səfər zamanı balansı artırmaq üçün Azercell-in müvafiq xidmətlərindən yararlanmaq olar:

Onlayn ödəmə
Ödəniş kartları

  • Səyahət ediləcək ölkənin telekom operatorunun Azercell ilə əməkdaşlıq edib-etmədiyini yoxlamaq lazımdır.
  • Fakturalı xətt abunəçiləri hesabınlarında əlavə heç bir qalıq borcun olmadığından əmin olmalıdırlar. Bunun üçün 650 nömrəsinə zəng etmək və ya boş SMS göndərmək kifayət edir. 650 nömrəsinə göndərilən hər bir SMS üçün xidmət haqqı 0.02 AZN təşkil edir.
  • Bəzi xarici telekom operatorları 4G/LTE şəbəkəsini dəstəkləmir. Xaricdə olarkən şəbəkəyə qoşulmaqda çətinlik yaranarsa 4G xidmətini deaktiv etmək və əvəzinə 3G-ni aktivləşdirmək lazımdır.
  • Bir çox cihazlar abunəçinin iştirakı olmadan məlumat ötürülməsi xidmətini müstəqil istifadə edə bilir. Məlumat xidməti və ya rominq funksiyaları aktiv olduğu zaman cihaz daim internet trafikini dəstəkləyir, yəni “müstəqil” şəkildə internetə qoşulur. Yaranacaq əlavə xərclərin qarşısını almaq üçün cihazın seçənəkləri yoxlanılmalı və ehtiyac olduğu təqdirdə “by request” (tələbə görə) rejimindən istifadə edilməlidir.
  • Abunəçi rominqdə olan zaman nömrənin xətti limiti aşdığına görə birtərəfli bağlı olarsa, *650#YES vasitəsi ilə balans haqqında məlumat öyrənmək olar.

Rominq rejimində olarkən nömrələrin yığılma qaydası eyni qalır.

Gələn zənglər:

  • Yerli mobil telefondan: Çıxış kodu + Azərbaycanın ölkə kodu + Azercell-in kodu + Nömrə
  • Yerli sabit telefondan: Çıxış kodu + Azərbaycanın ölkə kodu+ Azercell-in kodu + Nömrə
  • Rominq-da olan Azercell nömrəsindən: Çıxış kodu + Azərbaycanın ölkə kodu + Azercell-in kodu + Nömrə

Azərbaycandan mobil telefondan:

  • Azercell nömrəsindən: (050, 051) + Nömrə XXXXXXX
  • Digər mobil operator nömrəsindən: GSM: Çıxış kodu + Azercell-in kodu + XXXXXXX

Azərbaycandan sabit telefondan:

  • Çıxış kodu "0" + Azercell-in kodu "50/51" + XXXXXXX

Gedən zənglər:

Yerli mobil telefon: Rominqdə olan abunəçi şəbəkəsini tutmuş operatorun abonentlərinə zəng etdikdə birbaşa nömrəni və ya Çıxış kodu + Operatorun kodu + Nömrə yığıla bilər.

  • Rominqdə olduğu ölkənin digər operatorlarına doğru isə: Çıxış kodu + Operatorun kodu + Nömrə
  • Yerli sabit telefona: Çıxış kodu + Şəhərin kodu + Nömrə
  • Azərbaycana mobil telefona (Azercell üçün): Çıxış kodu + Olkə kodu + Azercell-in kodu + Nömrə
  • Rominqdə olan Azercell nömrəsinə: Çıxış kodu + Azərbaycanın ölkə kodu + Azercell-in kodu + Nömrə
  • Azərbaycana sabit telefona (Bakı üçün): Çıxış kodu + Ölkə kodu + Şəhər kodu + Nömrə
  • Xarici nömrəyə (nömrə Azərbaycanda rominqdə olan zaman): Çıxış kodu + Ölkə kodu + Şəhər kodu + Nömrə

Fakturalı xətt abunəçiləri üçün:

(+99450) 656 50 00 (Zəngin ilk 45 dəqiqəsi pulsuzdur. Pulsuz danışıq müddətindən sonra hər 1 dəqiqəyə görə ödəniş 0.70 AZN ilə hesablanır. Danışıq intervalı 1 saniyə təşkil edir).

Fakturasız xətt abunəçiləri üçün:

(+99450) 200 21 11 (Zəngin ilk 45 dəqiqəsi pulsuzdur. Pulsuz danışıq müddətindən sonra hər 1 dəqiqəyə görə ödəniş 0.70 AZN ilə hesablanır. Danışıq intervalı 1 saniyə təşkil edir).

Rominqi deaktiv etmək üçün:

  • Fakturalı xətt abunəçiləri STOP yazıb SMS vasitəsilə 8808-ə göndərə bilər. 8808 nömrəsinə göndərilən hər 1 SMS-in qiyməti 0.01 AZN təşkil edir.
  • Fakturasız xətt abunəçiləri *135*0#YES kodunu yığa bilər.