“Premium” tarifinə istənilən fiziki şəxs statusuna malik olan Fakturalı xətt abunəçiləri qoşula bilər.
“Premium” tarifinə ilk qoşulduqda birdəfəlik 50% endirim təqdim olunur.
Nömrənin “Premium” tarif paketinə qoşulması vaxtından asılı olmayaraq, bonuslar gecə 00:00-dan sonra təqdim edilir və bu barədə müvafiq SMS-bildiriş göndərilir. “Premium” tarif paketinə qoşulmaq üçün sorğu göndərildikdə fakturalama gününə 5 gündən az müddət qalırsa, paketə qoşulmaq imkanı və paketdaxili bonuslar hamısı birlikdə növbəti fakturalama günündən sonra gecə saat 00:00-da təqdim edilir. Fakturalama gününə 5 gündən çox müddət qaldığı təqdirdə, paketə qoşulmaq imkanı və paketdaxili baonuslar qoşulan günü gecə saat 00:00-da təqdim olunur
Abunəçilər " Premium " tarifini aktivləşdirmək üçün 650 qısa nömrəsinə müvafiq açar sözləri göndərə bilərlər:
650 nömrəsinə göndərilən 1 SMS-in qiyməti 0.02 AZN-dir.
İstənilən "Premium" tarif paketini müvafiq USSD kodu yığmaqla və ya "Azercell" tətbiqində də aktivləşdirmək mümkündür:
"Premium" tarif paketinə qoşulduqda abunə haqqı balansdan silinir, bonuslar isə balansa əlavə olunur.
“Premium” tarifinin istifadə müddəti 1 faktura dövrü təşkil edir. İstifadə olunmamış dəqiqə, internet və tətbiqlər üçün trafik növbəti aya keçmir.
Tarif bonusları haqqında məlumatı 650 qısa nömrəsinə boş SMS göndərməklə istənilən zaman yoxlamaq mümkündür.
“Premium” tarifi çərçivəsində WhatsApp və Facebook Messenger tətbiqlərində yazışma üçün 1GB-dək trafik təqdim edilir. Mesajlaşma üçün təqdim olunan trafik bitdikdə istifadəçi balansında mövcud olan digər internet resurslarından istifadə edə biləcək. Əgər balansda başqa internet resursları yoxdursa, pulsuz yazışmaq mümkün olmayacaq.
“Premium” tarifi çərçivəsində təqdim olunan bonuslar tükənibsə, lakin paketin istifadə müddəti hələ bitməyibsə, xidmət qiyməti aşağıdakı kimi olacaq:
İstifadədə üstünlük 55GB istisna olmaqla, qalan bütün hallarda internet paketlərinə veriləcək.
Zəngin hesablanma intervalı 60 saniyədir.
“Premium” tarif paketindən digərinə keçid zamanı mövcud paketin bonusları ləğv edilir.
Tarifdaxili bonus dəqiqələri rouminq, beynəlxalq zənglər, xüsusi kodlu (* ilə yığılan) və qısa nömrələr üçün istifadə edilə bilməz. Həmçinin “Zəngimi ödə” xidməti çərçivəsində abunəçinin telefonuna zəng olunarsa, müvafiq vəsait tarif daxilində təqdim edilən dəqiqələrdən deyil, balansdan çıxarılacaq.
650 nömrəsinə göndərilən hər sorğu üçün balansdan 0.02 AZN silinir.
1 SMS-in qiyməti 0.05 AZN təşkil edir.
“Premium” tarifi haqqında ətraflı məlumat almaq üçün “P” yazıb 7575 və ya 650 nömrəsinə göndərmək lazımdır.
Prioritet əvvəlcə yazışma üçün nəzərdə tutulan trafikə, daha sonra isə tarifin əsas paketinə verilir. Əsas paketin resursları tükəndikdən sonra və aktiv internet paketi olmadıqda abunəçi keçidləri olan xüsusi səhifəyə yönləndirilir.
Əvvəlcə rouminq internet paketinin trafikinə, daha sonra isə tarifin “Premium” rouminq paketinə prioritet verilir.
Tarifin istifadə müddəti (bonuslardan istifadə də daxil olmaqla) müvafiq faktura dövrünə uyğun olaraq (1-ci faktura dövrü istifadəçiləri üçün: hər ayın 5-dən növbəti ayın 5-nə kimi; 2-ci faktura dövrü istifadəçiləri üçün isə hər ayın 25-dən növbəti ayın 25-nə kimi) hesablanır. Faktura dövrünün başa çatdığı dövrdə (günün son saatları) növbəti fakturalama prosesinin başlanılması üçün zəruri texniki işlərin həyata keçirilməsinə start verilir. Fakturalama günü isə (fakturalama dövründən asılı olaraq hər ayın 4-ü və ya hər ayın 24-ü) fakturalama prosesi başladıqdan sonra (təqribən saat 23:00-dan) xidmətlərdən istifadə öz əksini növbəti fakturada tapır. Fakturalama prosesi ərzində aylıq abunə haqqı ödənilməklə təqdim edilmiş dəqiqə, internet trafik növbəti fakturaya aid edilir.
Tarif dəyişikliyi ilə əlaqədar olaraq növbəti faktura dövründən etibarən nömrəyə bonus kimi təqdim edilən dəqiqə və internet trafiki mövcud olmasa, fakturalama prosesi ərzində saat 23:59:59-dək həyata keçirilən xidmətlərə görə xidmət haqqı əvvəlki (cari) tarif çərçivəsində təqdim edilən bonuslardan çıxılır, fakturalama prosesi bitdikdən sonra isə nömrədə aktiv edilmiş yeni tarif paketinə əsasən hesablanır.
Ətraflı məlumatı bu linkdən əldə edə bilərsiniz. (LINK to be redirected to Postpaid Tariffs main page)