Abunə olmaq üçün şəxsiyyət vəsiqəsi, iş yerindən arayış və ya təşkilatın etibarlı xidmət vəsiqəsi ilə Azercell Ekspress və ya Azercell Müştəri Xidmətləri ofisinə yaxınlaşmaq kifayətdir.
* Hesablanma intervalı: zəng üçün – 60 saniyə, İnternet üçün – 51 KB.
Şəbəkədaxili danışıq paketlərində abunə olmaq üçün müvafiq açar söz ("500" və ya "1500") 8770 -ə göndərilməlidir.
Paket ilk dəfə sifariş edildikdə, 24 saatdan sonra aktiv olunur.
Balansla bağlı bütün məlumatlar üçün “INFO”, danışıq paketlərinə abunəliyi dayandırmaq üçün “STOP MIN” yazıb SMS vasitəsilə 8770-ə göndərmək kifayətdir.
8770 nömrəsinə göndərilən hər bir SMS üçün xidmət haqqı 0.012 AZN təşkil edir.
8770 qısa nömrəsinə göndərilən sorğular 24 saat ərzində icra olunur. Paketdən isə yalnız təsdiq mesajı gəldikdən sonra istifadə etmək olar. Təqdim olunan paketlər hər fakturalama dövründə yenilənir.
Bəli, bütün dövlət işçiləri “Dövlətcell” tarifində maksimum 4 nömrə qeydiyyatdan keçirə bilərlər. Pulsuz veriləcək nömrələrin sayı cari aktiv nömrələrin istifadəsindən asılıdır.
Hər bir SMS üçün xidmət haqqı 0.05 AZN təşkil edir.
*12.02.2019-cu il tarixindən etibarən “Bizimkilər”, “Hər yerə”, “Biznes 200”, “Ailə Tarif”, “Dövlətcell”, “SOCAR” və “Mediacell” fakturasız xətt tarif planlarına göndərilən SMS-lərin hər biri 0.05 AZN-dən hesablanacaq. “Hədsiz” və “Hədsiz zəng” tarif paketlərindən göndərilən hər bir SMS də 0.05 AZN-dən hesablanacaq.
Pulsuz zənglər yalnız şəbəkədaxili istifadə üçün nəzərdə tutulmuşdur. Həmçinin, pulsuz zənglər qısa nömrələrə zənglər, yönləndirilmiş zənglər xidməti, “Bizklub” zəngləri və ya rominq nömrələri üçün istifadə oluna bilməz. Belə zənglər üçün xidmət haqqı əsas balansdan çıxılır.
Tarifin qeyd olunan qiymətləri xüsusi kodlu (* ilə yığılan) nömrələrə edilən zəngləri əhatə etmir.
Ətraflı məlumatı bu linkdən əldə edə bilərsiniz.