“Alfa Plan” tarifinə ilk qoşulduqda birdəfəlik 50% endirim təqdim olunur.
"Alfa Plan" tarifini 650 qısa nömrəsinə müvafiq açar sözləri göndərməklə aktivləşdirmək mümkündür:
650 nömrəsinə göndərilən 1 SMS-in qiyməti 0.02 AZN təşkil edir.
İstənilən "Alfa Plan" tarif paketini müvafiq USSD kodu yığmaqla və ya "Azercell" tətbiqində də aktivləşdirmək mümkündür:
"Alfa Plan" tarif paketinə qoşulduqda abunə haqqı balansdan silinir, bonuslar isə balansa əlavə olunur.
“Alfa Plan” tarifi çərçivəsində təqdim olunan bonuslar tükənibsə, lakin paketin istifadə müddəti hələ bitməyibsə, xidmətin qiyməti aşağıdakı şəkildə hesablanır:
Prioritet əvvəlcə sosial media üçün nəzərdə tutulan trafikə, daha sonra isə tarifin əsas paketinə verilir. Əsas paketin resursları tükəndikdən sonra və aktiv internet paketi olmadıqda abunəçi keçidləri olan xüsusi səhifəyə yönləndirilir.
Tarifin istifadə müddəti (bonuslar daxil olmaqla) müvafiq faktura dövrünə əsasən hesablanır:
• 1-ci faktura dövrü üçün — hər ayın 5-dən növbəti ayın 5-dək;
• 2-ci faktura dövrü üçün — hər ayın 25-dən növbəti ayın 25-dək.
Faktura dövrünün son saatlarında növbəti fakturalama prosesinə hazırlıq məqsədilə texniki işlərə başlanılır.
Fakturalama günü (hər ayın 4-ü və ya 24-ü) təxminən saat 23:00-dan etibarən istifadə olunan xidmətlər artıq növbəti fakturada əks olunur.
Fakturalama prosesi zamanı aylıq abunə haqqı ödənildikdən sonra təqdim olunan dəqiqə və internet trafiki növbəti faktura dövrünə aid edilir.
Tarif dəyişikliyi zamanı, əgər növbəti faktura dövründən etibarən nömrədə bonus dəqiqə və internet trafiki mövcud deyilsə, fakturalama prosesi ərzində saat 23:59:59-dək istifadə olunan xidmətlərin haqqı əvvəlki (cari) tarif üzrə təqdim edilən bonuslardan çıxılır. Fakturalama prosesi başa çatdıqdan sonra isə hesablanma nömrədə aktiv olan yeni tarif paketinə əsasən aparılır.