get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Qeyd:

15.04.2022-ci il tarixindən etibarən, “Aylıq 60MB” paketinə yeni qoşulmalar dayandırıb. Həmin paketə 15.04.2022-ci il tarixinə kimi qoşulan abunəçilər, müvafiq paketi deaktiv etmədikləri təqdirdə istifadəyə davam edə biləcəklər.

Paket məlumatları

İnternet data

  • Paketə daxil olan Internet data həcmi 60 MB
~1 saat

Sosial şəbəkələr

~3 saat

Mesajlaşma

~3 saat

Web

Qiymət

  • Fakturasız və fakturalı abunəçilər üçün 1

İstifadə müddəti

  • İnternet paketin istifadə müddəti 15 gün

Sənə uyğun tarif təklifimiz

GəncOL

Gəncliyin dadını çıxar!

  • icon
750 MB

İnternet

75 dəq.

Tarifdaxili

750 MB

Azercell tətbiqləri

Yazışma

Qoşulmaq üçün "G2" yazıb 7575-ə göndər

Daha ətraflı
3 GB

İnternet

300 dəq.

Tarifdaxili

3 GB

Azercell tətbiqləri

Yazışma

Qoşulmaq üçün "G6" yazıb 7575-ə göndər

Daha ətraflı
6 GB

İnternet

600 dəq.

Tarifdaxili

6 GB

Azercell tətbiqləri

Yazışma

Qoşulmaq üçün "G9" yazıb 7575-ə göndər

Daha ətraflı

*Qeyd: Yuxarıda qeyd edilən internetdən istifadə saatları simvolik məna daşıyır və yalnız göstərilən fəaliyyətin 1-i üçün istifadə edilə bilər.

Əlavə məlumat

Aylıq internet paketini deaktiv etmək üçün fakturasız və fakturalı xətt abunəçiləri stop ay və ya 0 yazıb 2525-ə SMS göndərməli və ya *100*0#YES kodunu yığmalıdırlar. Bu halda, paket dərhal ləğv olunur. Aylıq paketə abunə ləğv edildikdə qalıq internet tam sıfırlanır və internetdən istifadə cari tarif planına müvafiq hesablanır.

İnternetə giriş tarif paketinin qüvvədəolma müddətinin və ya faktura dövrünün sonunda deaktiv ediləcəkdir. Yeni internet paketini aktivləşdirmək üçün abunəçi internet.azercell.com səhifəsinə yönləndiriləcək. Bu xidmətin əsas üstünlüyü odur ki, internet balansını tam istifadə etdikdən sonra yenilənmə avtomatik olaraq baş verir. Belə hallarda abunəçi mobil internetdən istifadəyə davam etmək üçün yükləmə səhifəsinə yönləndirilir.

Bu səhifəyə keçdikdən sonra abunəçi təqdim edilən 3 seçim imkanından faydalana bilər:

  1. Mövcud internet paketini yeniləmək;
  2. Daha böyük həcmdə internet paketini sifariş etmək;
  3. İnternetdən paketsiz istifadə etmək (1MB=0.05 AZN tarifi ilə).

İnternet paketi olmadıqda internetdən istifadə GəncSim və Azercellim abunəçiləri üçün 1MB=0.20 AZN, digər abunəçilər üçün isə 1 MB=0.40 AZN tarifi ilə hesablanır.

50GB-lıq internet paketi daxilində təqdim olunan trafik bitdikdə abunəçi növbəti yenilənməyə qədər internetdən pulsuz yararlana bilər və internetin maksimal sürəti isə 128 kbit/s təşkil edəcək.

Abunəçilər eyni gündə bir neçə internet paketini sifariş etməkdə sərbəstdirlər. 

Abunəçi cari internet paketinin həcmindən daha az həcmli internet paketini sifariş etmək istədikdə mövcud paketdəki internet trafikinin ən azı 95%-ni istifadə etməlidir.

03.04.2019-cu il tarixindən etibarən mövcud internet paketindən daha böyük həcmli internet paketinin sifariş edilməsinə heç bir məhdudiyyət qoyulmur.

Nömrədə aylıq internet paketə abunəlik aktiv olduğu halda, paralel olaraq həftəsonu, günlük və saat paketləri aktiv edilərsə, aylıq internet paketinə abunəlik ləğv edilmir.

Abunəçinin hesabında kifayət qədər vəsait olduğu təqdirdə istifadə müddətinin sonunda sistem eyni internet paketini avtomatik olaraq yeniləyir.

İnternet paketinin yenilənməsi zamanı fakturasız xətt abunəçisinin balansında kifayət qədər vəsait olmadıqda sistem 90 gün ərzində paketi yenidən avtomatik olaraq yeniləməyə çalışacaq.

Fakturalı xətt abunəçilərinin xəttinə daxil olan və çıxan zənglər qadağan edildikdən sonra sistem 90 gün ərzində xətti yoxlayır. Əgər xətt bu müddətin sonunadək aktivləşdirilməyibsə, abunə avtomatik olaraq ləğv edilir.

Cari balans statusu haqqında ətraflı məlumat əldə etmək üçün 2525-ə boş SMS göndərmək və yaxud *100#YES yığmaq lazımdır.

Bu xidmət fakturasız xətt abunəçiləri üçün pulsuzdur. Fakturalı xətt abunəçiləri üçün isə xidmət haqqı 0.01 AZN təşkil edir.

İnternet paketi sorğu qəbul edildikdən dərhal sonra aktivləşdirilir. Bu qayda həm fakturasız, həm də fakturalı xətt abunəçiləri üçün keçərlidir.

İnternet paketindən istifadə etməmişdən öncə onun aktivləşdirildiyini təsdiq edən SMS-bildiriş göndəriləcək. Bundan sonra internet paketdən rahatlıqla istifafə etmək olar.

Bütün internet paketlərinin istifadə müddəti günün/ayın sonunda bitir (internet paketə müvafiq olaraq) və növbəti günə/aya keçirilə bilməz.

Mobil internetdən rominq zamanı rahatlıqla istifadə etmək mümkündür. İnternetdən istifadə üçün xidmət haqqı isə rominq tariflərinə müvafiq hesablanacaq.

Cari faktura dövründə bir internet paketini sifariş edən fakturalı xətt abunəçiləri üçün abunə haqqı növbəti faktura dövründə hesablanır. Əgər faktura dövrü 30 gündən çox olarsa, növbəti qaimə özündə həm cari, həm də növbəti ayların internet paketləri üçün ödənişləri əks etdirə bilər.

Aylıq data paketlərindən istifadə zamanı internetin sürətinə limit qoyulmur və abunəçi şəbəkənin ən maksimal sürətindən faydalana bilir.

Bu kampaniya 27.02.2019-cu il tarixində bitmişdir.

08.02.2016-cı il tarixindən etibarən “Samsung”, “Galaxy Tab” və “Huawei” kampaniyaları çərçivəsində təqdim edilən internet bonusları digər paketlər daxilində  olan bonuslardan əvvəl istifadə edilir. Bu qayda aşağıda qeyd olunan internet paketlərindən yararlanan bütün fakturasız və fakturalı xətt abunəçilərinə şamil edilir:

  • 50MB / 500MB / 1GB / 5GB / 10GB-lıq internet paketləri
  • Gündəlik 500MB-lıq internet paketləri
  • 10GB = 10 AZN promo-aksiyası
  • “GəncOL” tarifi

İnternet paketin müvafiq istifadə müddəti bitmədən trafik həcmi tam istifadə edilərsə, internetə giriş dayandırılacaq.
Bu zaman istifadəçi yeni internet paketini sifariş etmək üçün www.azercell.com saytına yönləndiriləcək.

“Data Card” və “Galaxy Tab” kampaniyaları bitdikdən sonra aylıq internet paketlərinin şərtləri tətbiq olunacaq.

Abunəçinin balansında 50GB-lıq aylıq internet paketi aktivdirsə, “Sərfəli 10GB” və “Sərfəli 30GB” aylıq internet paketlərindən istifadə mümkün olmayacaq.