get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

“Əsgərcell” ilə xidmətinizdəyik!

images

 

 

Əsgərcell haqqında

“Əsgərcell” Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Azercell olaraq tərəfimizdən həyata keçirilən və hərbi xidmətə çağırılan şəxslər üçün nəzərdə tutulmuş xüsusi təklifdir. Bu təklif əsgərlərin xidmət müddəti ərzində ailələri və yaxınları ilə rahatlıqla əlaqədə qalmasına və ən vacib anlarda bir zəng qədər yaxın olmasına imkan yaradır.

Paketə smart-funksiyaları olmayan xüsusi mobil telefon, yeni Azercell nömrəsi və ilkin balans daxildir. Təhlükəsizlik tələblərinə uyğun olaraq cihazda internet və digər əlavə funksiyalar deaktiv edilib, yalnız səsli zəng xidmətindən istifadə mümkündür.

Əsgər əvvəlcədən təsdiqlənmiş 5 nömrəni seçərək müəyyən edilmiş vaxtlarda ailə üzvləri və yaxınları ilə əlaqə saxlaya bilər. Beləliklə, xidmət dövründə ən dəyərli bağlardan biri – doğmalarla ünsiyyət – daha əlçatan olur.

 

Əsgərcell-in üstünlükləri

  • Xidmət müddəti ərzində ailə və yaxınlarla etibarlı əlaqə imkanı
  • Sadə və rahatlıqla istifadə olunan mobil telefon
  • Təhlükəsizlik tələblərinə tam uyğun rabitə həlli
  • Xüsusi olaraq hərbi xidmət şəraiti üçün hazırlanmış təklif
  • Əsgərlərə və onların ailələrinə əlavə rahatlıq və mənəvi dəstək

 

Qoşulma şərtləri

Əsgər hərbi hissələrdə xüsusi ayrılmış ərazidə fəaliyyət göstərən müvəqqəti satış məntəqəsinə yaxınlaşaraq şəxsiyyət vəsiqəsinin surətini təqdim etməklə təklifə qoşula bilər.

Təklifə daxildir:

  • Smart-funksiyaları olmayan mobil telefon
  • Yeni Azercell nömrəsi
  • İlkin balans – 1 AZN

Təklifin dəyəri: 88 AZN

Tarif haqqında məlumat:

  • Şəbəkədaxili zənglər (1 dəq.) 0.03 AZN
  • Şəbəkəxarici zənglər (1 dəq.) 0.04 AZN
  • Mesajlar Bağlıdır
  • İnternet Bağlıdır
  • Nömrə və tarifdən istifadə müddəti 18 ay

İş saatları (Qeyri-iş saatlarında xidmət göstərilmir.)

  • Bazar ertəsi – Cümə (18:00 – 21:00)
  • Şənbə  (15:00 – 22:00)
  • Bazar (10:00 – 21:00)

18 ay ərzində balansın artırılıb-artırılmamasından asılı olmayaraq xətt açıq qalacaq.

Təsdiq edilmiş siyahıda yalnız 5 nömrəyə, eləcə də təcili hallar üçün nömrəyə zəng etmək mümkündür.

 

Cihaz haqqında məlumat

“Əsgərcell” paketinə daxil olan cihaz sadə, istifadəsi asan olan mobil telefondur (smart-funksiyaları olmayan) və əsas rabitə ehtiyacları üçün nəzərdə tutulub. Telefon yalnız zənglər üçündür və uzunömürlü batareyaya malikdir. Telefon əvvəlcədən məhdudlaşdırılmış istifadəyə müvafiq tənzimlənib və yalnız müəyyən olunmuş vaxtlarda təsdiqlənmiş nömrələrə zəng etmək xidmətini təmin edir. İnternet və əlavə tətbiqlərin quraşdırılması dəstəklənmir.

Cihaz haqqında məlumat

Texniki detallar

Model A-CELL Z1
Şəbəkə 4G
Ölçülər 121.5 x 50 mm
Çəki 93 q
SIM kart yuvaları 1
SIM kart ölçüsü Nano SIM
Ekran 1.8" QQVGA
Əməliyyat sistemi S30+
Prosessor UNISOC T107
Operativ yaddaş 48MB
İstifadəçi yaddaşı 128MB
Yaddaş kartı dəstəyi Yoxdur
Kamera Yoxdur
Qulaqlıq üçün çıxış Var
Bluetooth® Yoxdur
GPS Yoxdur
USB interfeys Micro USB
Batareya tutumu 1,450 mAh
Qutuya daxildir Batareya, Şarj cihazı, İstifadəçi təlimatı

Əlavə məlumat:

Əsgərcell təklifi 1 iyul 2026-cı il tarixindən etibarən qoşulma üçün əlçatan olacaq.
Hər bir əsgər təklifdən cəmi 1 dəfə yararlana bilər.
Nömrəni digər cihazda istifadə etmək olar.
Cihazda digər nömrədən istifadə mümkün deyil.
1.5 ildən sonra cihazdan istifadə mümkün deyil, çünki cihazda digər nömrə çalışmır.
Etibarlılıq müddəti bitdikdən sonra nömrədən istifadə mümkün deyil.
Balansı bank kartları və ya xüsusi terminallar (eManat, MilliÖn və s.) vasitəsilə artırmaq mümkündür.