Heç bir ödəniş etmədən 90 günlük abunədən yararlan.
1 abunə ilə 3 xidmətdən faydalan. 90 günlük pulsuz sınaq müddəti ilə daha çox qənaət et.
Milyonlarla treklər, pleylistlər və podkastlar, filmlər və seriallar, elektron və audio kitablar səni gözləyir.
Azərbaycan dilində təklif edilən eksklüziv məzmun.
Treklər, podkastlar və pleylistlər.
Yüksək keyfiyyətli və reklamsız film və seriallar.
Müxtəlif janrlarda elektron və audio kitablar.
"My Vibe" - tərcihlərinə əsaslanan sonsuz musiqi axınına qulaq as, eksklüziv podkastlar və audiokitab kolleksiyası ilə yenilikləri kəşf et.
Əla keyfiyyətdə və reklamsız, dublyaj edilmiş və ya orijinal dildə minlərlə film və seriallar. "Kinopoisk"i Android və ya iOS əsaslı mobil tətbiqdə, Yandex Stansiya və ya Yandex Modulu vasitəsilə, Android TV, Apple TV, Sony PlayStation 4 və PlayStation 5 konsollarında, həmçinin brauzerdə izləmək olar.
17-dən çox dildə təqdim edilən elektron və audiokitabları oxu və dinlə.
Yandex Plus-a birbaşa veb-saytda və ya “Azercell Kabinetim” vasitəsilə abunə ol. Sənə uyğun olan üsulu seç.
“Yandex Plus” abunəsinə “Yandex Music”, “Kinopoisk” və “Bookmate” xidmətləri daxildir.
“Yandex Plus”-a qoşulub və aylıq 3.99 AZN (ƏDV daxil) ödəməklə “Yandex Music”-də limitsiz olaraq musiqi dinləmək, “Kinopoisk”-də film, serial və verilişləri yüksək keyfiyyətdə izləmək, “Bookmate”-də 17 müxtəlif dildə kitab oxumaq mümkündür.
“Yandex Music” bütün istifadəçilər üçün özəl tövsiyələri olan musiqi, eləcə də podkastların axtarış və dinləmə xidmətidir.
“Kinopoisk” – film və serialları izləmək, populyar videoların reytinqlərini və onlar barədə maraqlı faktları öyrənmək, filmləri qiymətləndirmək, rəy yazmaq üçün ən böyük film xidmətlərindən biridir.
“Bookmate” böyük kitabxana, abunəçilərə geniş imkanlar bəxş edən elektron və audiokitab xidməti, bütün kataloqa tam giriş imkanı verən xidmətdir.
“Yandex Plus”-a aşağıdakı üsullarla abunə olmaq olar:
Qeyd: Aylıq xidmət haqqı 3.99 AZN (ƏDV daxil) təşkil edir. Abunəçi bu xidmətə qoşulmaqla “Abunə Şərtləri”in qəbul etmiş olur.
“Azercell Kabinetim”, müvafiq aktivasiya kodları və ya azercell.com saytı vasitəsilə “Yandex Plus” xidmətinə abunə olduqdan sonra, mütləq olaraq abunənin aktiv edildiyi nömrə ilə Yandex ID yaradılmalıdır.
"Kabinetim" vasitəsi ilə abunə əldə edildikdə, növbəti addım Yandex ID yaradılmasıdır. “Plus-u aktivləşdir” seçimi edərək müvafiq səhifədə qeydiyyatdan keçmək mütləqdir.
SMS, USSD kod və ya azercell.com vasitəsilə abunə olduqda, abunə aktivləşdikdən dərhal sonra SMS vasitəsilə göndərilən linkə daxil olmaq lazımdır. “Azercell Kabinetim” tətbiqində “Tətbiqlər” səhifəsində ““Yandex Plus”-u aktivləşdir” seçimi et və tələb olunan addımları keçməklə Yandex ID yarat.
Əgər abunə əldə etdikdən sonra hər hansı bir səbəbdən “Plus-u aktivləşdir” seçimini edib Yandex ID yaradılmadıqda, istənilən zaman “Azercell Kabinetim” tətbiqinə daxil olaraq “Tətbiqlər” bölməsində Yandex ID yaratmaq mümkündür. Bu halda aktiv abunələr arasında “Yandex Plus” altında “aktiv edilməyib” qeydi olacaq.
“Yandex Plus” abunəsini əldə etdikdən və Yandex ID yaratdıqdan sonra hər üç tətbiqə (“Yandex Music”, “Kinopoisk”, “Bookmate”) məhz yaradılan Yandex ID ilə daxil olmaq olar.
Hazırda mövcud olan "Yandex ID"-ni göstərərək, mövcud kanallar vasitəsilə abunəni aktivləşdirmək olar.
“Yandex Plus” şəxsi hesabında cari abunənin yenilənməsini söndürə və qeyd edilən vasitələrlə “Yandex Plus” xidmətini mobil nömrənə qoşa bilərsən.
Pulsuz abunə müddətindən öncə istifadə edilməsindən asılı olmayaraq, 90 gün pulsuz istifadə müddəti bütün Azercell nömrələrinə şamil edilir.
Qeyd: hər bir Azercell nömrəsi üçün pulsuz müddətdən 1 dəfə istifadə şansı təqdim edilir.
Xidmət haqqı balansdan müəyyən müddət üzrə avtomatik çıxılır. Aylıq “Yandex Plus” abunəsi üçün xidmət haqqı hər 30 gündən bir balansdan çıxılır.
“Yandex Plus”-a daxil olan xidmətlər (“Yandex Music”, “Kinopoisk”, “Bookmate”) yalnız smart (ağıllı) cihazlarda çalışır. Onlara smartfon, Smart TV, noutbuk, planşet daxildir.
“Yandex Plus” xidmətinə abunəni aşağıdakı üsullarla dayandırmaq olar:
Xidmət smart cihazdan silindikdə deaktiv edilmir və abunə haqqı avtomatik olaraq hər 30 gündən bir balansdan çıxılır.
“Yandex Plus”-a daxil olan xidmətlər internet əsaslı mobil tətbiqlərdir. Nömrədə internet paketi aktiv olduğu halda və ya Wi-Fi şəbəkəyə qoşulmaqla tətbiqdən istifadə etmək olar.
“Yandex Music”, “Kinopoisk” və “Bookmate” xidmətlərini internet olmadan da istifadə etmək olar. “Yandex Music”-da istənilən musiqini, “Kinopoisk”-də film və serialları, “Bookmate”-də istənilən elektron və audiokitabları telefona yükləyib oflayn şəkildə dinləyə, izləyə, oxuya bilərsən.
İnternet paketi bitdikdə, kontenti onlayn şəkildə dinlədikdə, izlədikdə və ya oxuduqda hər 1MB üçün xidmət haqqı müvafiq tarif planında göstərildiyi kimi hesablanacaq.
Yandex Plus tətbiqinə abunə olarkən aşağıda qeyd olunan qaydaları və məxfiliklə bağlı razılaşmanı qəbul etmiş olursunuz: