Siz ərazisindəsiniz
Vətən qulluqçularına böyük qayğı ilə
Müharibə veteranları təqvim ayı ərzində balanslarına birinci dəfə yüklənən məbləğ müqabilində əlavə olaraq eyni miqdarda vəsait əldə edirlər.
Kampaniya fakturasız xətt abunəçiləri üçün keçərlidir.
Kampaniya 02.04.2015 tarixindən keçirilir.
Qoşulmaq üçün şəxsiyyət vəsiqəniz və veteran olduğunuzu təsdiq edən sənədlə Müştəri Xidmətləri və ya Azercell Ekspres ofislərimizə yaxınlaşın.
Kampaniyadan yararlanmaq üçün müharibə veteranları onların statusunu təsdiqləyən və Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlər Sosial Müdafiə Fondu və ya Dövlət Sərhəd Xidməti tərəfindən verilən rəsmi sənədləri Azercell-ə təqdim etməlidirlər.
Bu sənədlər şəxsiyyət vəsiqəsi ilə birlikdə istənilən Azercell Eksklüziv ofislərindən birinə təqdim etmək olar.
Kampaniyadan çıxmaq üçün 1010-a boş SMS göndərilməli və daha sonra cavab mesajında alınan kod yenidən 1010-a göndərilməlidir.
1010 nömrəsinə göndərilən bütün SMS-lər pulsuzdur.
Müraciət üçün xanaları doldur
Sizinlə ən qısa zamanda əlaqə saxlayacağıq!
Ən çox axtarılanlar
Heç bir nəticə tapılmadı: ""
Abunəlik uğurla tamamlanmışdır