get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Xüsusi təkliflər

“Uşaqlar üçün smart-saat” kampaniyası!

images

Azercell olaraq “Uşaqlar üçün smart-saat” kampaniyasına start veririk!

18 noyabrdan etibarən Azercell övladlarınızla daima əlaqədə qalmağınızı təmin edən sərfəli “Uşaqlar üçün smart-saat” kampaniyasını təqdim edir! Ayda cəmi 15.90 AZN ödəməklə siz “Canyon Sunny KW-48” smart-saatını aylıq 1GB internet və ölkədaxili zənglər üçün 100 dəqiqə ilə birlikdə əldə edəcəksiniz. İlkin ödənişsiz, 12 ay ərzində hissəli ödəniş edərək, uşağınıza həm azadlıq, həm də təhlükəsizlik bəxş edin.

Təklif:

Model Kredit təklifi (12 aylıq)
Canyon Sunny KW-48 Hər ay 1GB internet və ölkədaxili zənglər üçün 100 dəqiqə ayda cəmi 15.90 AZN
Qeyd: SIM-kart ayrıca əldə olunmalıdır.

“Canyon Sunny KW-48” sadəcə smart-saat deyil – uşağınıza gününü planlaşdırmağa, öyrənməyə və əylənməyə kömək edən kiçik bir rəqəmsal dostdur.

  • Aydın video zənglər ilə istədiyiniz zaman uşağınızı görə və danışa bilərsiniz;
  • GPS izləmə sayəsində övladınızın harada olduğunu bilirsiniz və təhlükəsizliyindən əmin olursunuz;
  • Saatın təqdim etdiyi oyunlar, musiqi və ya audio-kitablar övladınızın boş vaxtını daha maraqlı və faydalı edir.

Uşağınızın rahatlığı üçün dizayn edilmiş “Canyon Sunny KW-48” yumşaq, hipoallergen kəmərə malikdir və suya davamlıdır. Uzunömürlü batareya sayəsində uşaq gün boyu əlaqədə qala bilir – istər məktəbdə, istər parkda, istərsə də dostları ilə oynayarkən.

Cihazın parametrləri:

Model Canyon Sunny KW-48
Şəbəkə 4G VoLTE
SIM-kart növü Nano-SIM
GPS Var
Kamera Var
Yaddaş 512 MB
Batareya 750 mAs (gözləmə rejimində: 5 günədək; aktiv istifadə rejimində: 2 günədək)
Davamlılıq IP67 standartına əsasən suya, toza davamlılıq və şokdan qorunma
Rəng seçimi Mavi, bənövşəyi, sarı
Zəmanət müddəti 2 il

Əlavə məlumat

Smart-saatdan 4 yaş və yuxarı uşaqlar böyüklərin nəzarəti altında istifadə edə bilərlər. Cihaz 4 yaşdan kiçik uşaqlar üçün nəzərdə tutulmayıb.

Cihaz aşağıdakı Azercell satış və xidmət mərkəzlərindən əldə edə bilərsiniz:

Mərkəz

Ünvan

Fəvvarələr MX

Bakı ş., Fəvvarələr Meydanı, Z. Tağıyev küç., 26A.

Statistika MX

Bakı ş., Bəsti Bağırova küç., 2 (Dövlət Statistika Komitəsinin yaxınlığı)

8 KM Eksklüziv

Bakı ş., 8 KM qəs., Q. Qarayev küç., 81 (İcra Hakimiyyətinin yaxınlığı)

8 MKR Eksklüziv

Bakı ş., Binəqədi r-nu, 8 mkr., Cəfər Xəndan küç., 13

Əhmədli Eksklüziv        

Bakı ş., Xətai r-nu, Əhmədli qəs., Məhəmməd Hadi küç., 41 L

Nərimanov Eksklüziv

Bakı ş., Nərimanov r-nu, Ağa Nemətulla küç., 204

Sumqayıt Eksklüziv

Sumqayıt ş., Azərbaycan pr., 12

Əvvəlcə SIM-kartı smart-saata daxil edin (bunun üçün cihazın söndürüldüyündən əmin olun). SIM-kart aktiv olmalı, 4G və mobil məlumatların ötürülməsi qoşulu vəziyyətdə olmalıdır. Sonra smart-saatı işə salın.

Mobil cihazınıza “Canyon Life” tətbiqini Google Play və ya App Store-dan yükləyin və tətbiqdəki təlimatları izləyərək hesabınızı yaradın. Tətbiqin istifadəsi üçün Android 8.0 və daha yeni versiyalar (Google Mobil Xidmətlərinin dəstəklənməlidir) və ya iOS 14.0 və ya daha yeni versiyalar tələb olunur.

Smart-saatı hesabınıza bağlamaq üçün “Device” bölməsinə keçid edin və “GSM devices – Add GSM device” düyməsinə klikləyin. Sonra “Physical SIM card” seçimini edin və smart-saatın menyusunda yerləşən QR kodu skan edin (əsas ekranı sola sürüşdürün və “Device” – “Register code” nişanlarına klikləyin).

Cihaz tətbiqə əlavə edildikdən sonra onun bütün funksiyalarından istifadə etmək mümkün olacaq.

Əlavə məlumat üçün İstifadəçi Təlimatını buradan yükləyə bilərsiniz.

Mobil tətbiqə qoşulmadan yalnız qeyd olunan funksiyalardan istifadə etmək mümkündür: daxil olan/çıxan zənglər, kamera və fotoalbom, musiqi pleyeri, saniyəölçən və oyunlar.
Smartfon yalnız valideyn tərəfindən saatın funksiyalarına nəzarət və idarə olunması üçün tələb olunur.
Kreditlə alış zamanı, xüsusi “Kids Watch” tarifli cihazı ayda sadəcə 15.90 AZN ödəməklə əldə edə bilərsiniz. Tarifə 1 GB internet və ölkədaxili zənglər üçün 100 dəqiqə daxildir. Kredit müddəti 12 aydır. Kredit bitdikdən sonra ayda yalnız 6 AZN ödəməklə tarifi istifadə etməyə davam edə bilərsiniz. Tarif hər faktura dövründə avtomatik yenilənir.
Cihaz kredit şərtləri ilə əldə edildikdə tarifin deaktiv edilməsi və ya dəyişdirilməsi yalnız borcun tam ödənilməsindən sonra mümkündür.
Tarif rouminqdə aktiv deyil.
Smart-saatda istifadə olunan mobil nömrəni Azercell tətbiqində yeni profil olaraq əlavə etmək mümkündür. Tətbiqi yükləmək üçün *110# kodunu yığmağınız kifayətdir.
  • Şəbəkə bağlantısı;
  • GPS vasitəsilə izləmə və təhlükəsiz zona bildirişləri – uşağın yerini izləmək və seçilmiş təhlükəsiz zonanı tərk etdikdə bildiriş göndərilir;
  • Valideyn nəzarəti və “səssiz zəng” imkanı;
  • SOS düyməsi – uzun basıldıqda avtomatik olaraq valideyn nömrəsinə zəng edir;
  • IP67 standartına uyğun suya, toza və zərbəyə davamlılıq;
  • 512 MB daxili yaddaş və audio pleyer – musiqi və audio-kitablara qulaq asmaq imkanı;
  • Kamera - xatirələri fotoşəkil kimi yadda saxlamaq imkanı;
  • Daxili oyunlar – səfər zamanı və asudə vaxt üçün əyləncə;
  • Enerji səmərəliliyi – uzunömürlü batareya (2 günədək) və “Energy Save” rejimi;
  • Hipoallergen kəmər;
  • 2 il rəsmi zəmanət;
  • Digər funksiyalar: addımölçən, saniyəölçən, zəngli saat və s.

“Mixtech” – “Canyon” smart-saatlarının rəsmi servis təminatçısıdır.

Ünvan: Bakı ş., Nəcəfqulu Rəfiyev küç., 11A (Qazaxıstan səfirliyi ilə üzbəüz)

Əlaqə: (+994) 55 233 53 03; (+994) 77 233 53 03

İş saatları:

B.e–Cümə: 09:00–18:00

Şənbə: 09:00–13:00

Bazar: Bağlıdır

Zəmanət hadisəsi zamanı düzgün doldurulmuş zəmanət talonu cihazla birlikdə təqdim edilməlidir.

Smart-saat 20-dən çox dili, o cümlədən türk, ingilis və rus dillərini dəstəkləyir. Dili “Settings” menyusundan seçə bilərsiniz. “Canyon Life” tətbiqi isə 30-dan çox dili, o cümlədən Azərbaycan, türk, ingilis və rus dillərini dəstəkləyir. Dil seçimi üçün “Settings” – “General” – “Regional Settings” menyusuna keçid edin.