get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Xüsusi təkliflər

"Sərbəst6" tarif paketi

Ünsiyyətdə sərbəst ol!

images

“Sərbəst6” tarifi ilə ünsiyyətdə sərbəst ol!

Azercell yeni fakturasız xətt abunəçiləri üçün “Sərbəst6” tarifini təqdim edir.

Qoşulma

Tarifə Azercell-in rəsmi satış və xidmət mərkəzlərində yeni nömrə əldə etməklə qoşulmaq olar.

Tarif Qiymət İnternet Danışıq Yazışma
Sərbəst6 6 AZN 600 MB 120 dəq. ölkədaxili zənglər Whatsapp, Facebook Messenger

Əlavə məlumat

“Sərbəst6” tarifinə yalnız yeni fakturasız xətt abunəçiləri qoşula bilər.

Tarif Azercell-in rəsmi satış və xidmət mərkəzlərində yeni nömrə aldıqda aktivləşdirilə bilər.

“Sərbəst6” tarifinin istifadə müddəti 30 gündür və bu müddətin sonunda balansda kifayət qədər vəsait olarsa, tarif avtomatik olaraq yenilənir. Nömrə aktiv olduğu zaman, lakin balansda yetərincə məbləğ olmadıqda, sistem balansda kifayət qədər vəsait olana qədər tarifi yeniləməyə çalışacaqdır.

Bütün “Sərbəst6” tarif paketləri çərçivəsində WhatsApp və Facebook Messenger tətbiqlərində mətn yazışmaları üçün 1GB həcmində trafik təqdim olunur. Tətbiqlərdə yazışma üçün təqdim olunan trafik bitdikdə, istifadəçi balansdakı digər internet resurslarından istifadə edə bilər. Əgər balansda digər internet resursları mövcud deyilsə, o zaman pulsuz yazışma imkanı olmayacaq.

“Sərbəst6” tarifinə keçid zamanı balansdan müvafiq abunə haqqı çıxılır və tarif bonusları hesablanır. Bonusların istifadə müddəti 30 gündür. Tarifin istifadə müddəti bitdikdə isə mövcud bonuslar növbəti aya keçmir.

Paketi yeniləmək üçün 7575 qısa nömrəsinə Serbest6 açar sözünü göndərmək və ya *750*4*66#YES yığmaq lazımdır.

Paket bir ay ərzində, lakin 24 saat müddətində gündə bir dəfədən çox olmayaraq yenilənə bilər.

2112 qısa nömrəsinə boş SMS göndərərək tarif bonusları haqqında məlumat əldə etmək olar.

Göndərilən SMS-in qiyməti 0.02 AZN təşkil edir.

“Sərbəst6” tarifi çərçivəsində təqdim olunan bonuslar bitdikdən sonra paketdən istifadə müddəti hələ də bitməyibsə, ölkədaxili zəngin 1 dəqiqəsinin qiyməti 0.08 AZN təşkil edəcək.

Abunəçinin balansında aylıq abunə üçün kifayət qədər vəsait olmadığı təqdirdə (və digər internet paketi olmadıqda) xidmətlər üçün ödəniş aşağıdakı qaydada hesablanır:

  • 1MB = 0.05 AZN
  • şəbəkədaxili zəngin 1 dəqiqəsi: 0.08 AZN
  • şəbəkəxarici zəngin 1 dəqiqəsi: 0.08 AZN.

"Sərbəst6" tarifinin abunəçiləri gecə və həftə sonları istənilən aylıq, gündəlik, saatlıq və məhdudiyyətsiz paketlərdən istifadə edə bilərlər. Tarif dəyişikliyi zamanı mövcud internet paketi və paket daxilindəki bütün internet resurslar aktiv olaraq qalır.

Tarif çərçivəsində paketdaxili internet bonusları bitdikdə abunəçi xüsusi keçid səhifəsinə yönləndirilir. O, burada internet paketini aktivləşdirə və ya internet paketsiz istifadəni seçə bilər.

1 MB=0.05 AZN. İnternetin hesablanma intervalı 51KB təşkil edir.

“Sərbəst6” tarifi abunəçiləri əlavə internet paketlərindən istifadə edərsə, 50GB-lıq internet paketi istisna olmaqla, bütün digər hallarda internetin istifadəsində üstünlük bu internet paketlərə verilir.

Zənglər üçün hesablama intervalı 60 saniyə təşkil edir.

“Sərbəst6” tarifindən başqa bir tarifə keçdikdə cari paketin bonusları sıfırlanır.

Tarifdaxili bonus dəqiqələr rominq, beynəlxalq zənglər, xüsusi kodlu (* ilə yığılmış) və qısa nömrələr üçün istifadə edilə bilməz.

Həmçinin abunəçi “Zəngimi ödə” xidməti çərçivəsində zəng qəbul edərsə, müvafiq vəsait tarif daxilində təqdim edilmiş dəqiqələrin hesabından deyil, balansdan silinəcək.

7575 nömrəsinə göndərilən hər bir sorğu üçün balansdan 0.01 AZN tutulur.

1 SMS = 0.05 AZN

"Sərbəst6" tarifinə uğurla qoşulduqdan və ya tarifin yenilənməsindən dərhal sonra bonuslar balansa köçürülür. Tarif çərçivəsində təqdim edilən internet bonusları, dəqiqələr fərqli vaxtlarda yenilənə bilər.

Tarif daxilində yazışmalara sərf olunan internet trafiki üçün prioritet ilk öncə mesajlaşmaya görə təqdim edilən trafikə, daha sonra isə tarifin əsas trafikinə verilir. Əsas paketin resursları bitdikdə və aktiv digər internet paketi olmadıqda abunəçi linkləri olan xüsusi bir səhifəyə yönləndirilir.