get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Xüsusi təkliflər

Samsung ilə birlikdə kampaniya!

images

Ümumi məlumat

Hissəli ödəniş imkanı ilə Samsung Galaxy A17 üçün yeni kampaniyamızı təqdim edirik! Ayda cəmi 49.90 AZN ödəməklə Samsung Galaxy A17 smartfonunu aylıq 12 GB internet və ölkədaxili 1200 danışıq dəqiqəsi ilə birlikdə əldə edə bilərsən. 

İlkin ödənişsiz, komissiyasız və 12 ay ərzində hissəli ödəniş imkanı ilə yeni smartfonuna elə indi sahib ol!

Təklif

Model Kredit təklifi (12 aylıq)
Samsung Galaxy A17 (6+128GB) Hər ay 12GB internet və ölkədaxili zənglər üçün 1200 dəqiqə ayda cəmi 49.90 AZN

Cihazın parametrləri

Samsung Galaxy A17 gündəlik həyatını daha rahat, məhsuldar və rəngarəng edən etibarlı köməkçindir.

  • Görüntünün optik sabitləşdirməsi (OIS) texnologiyasına malik kamera ilə hərəkətdə olarkən belə daha aydın və keyfiyyətli foto və videolar çək;
  • Corning® Gorilla® Glass Victus+ qoruyucu şüşəsi sayəsində smartfonun cızıqlara və zərbələrə qarşı daha dayanıqlı olacaq;
  • 6 Android əməliyyat sistemi yenilənməsi və 6 il təhlükəsizlik yeniləmələri ilə cihazın uzun müddət müasir və etibarlı qalacaq.
  • Bundan əlavə, güclü batareyası və geniş ekranı sayəsində sevdiyin məzmunu izləmək, sosial şəbəkələrdən istifadə etmək və gündəlik işlərini rahatlıqla yerinə yetirmək daha da zövqlü olacaq.

Göstərici Samsung Galaxy A17
Əməliyyat sistemi Android 15, One UI 7 (sonrakı versiyalara yenilənəcək)
Prosessor MediaTek Helio G99 (6 nm)
Operativ yaddaş 6GB
İstifadəçi yaddaşı 128GB
Yaddaş kartı Dəstəkləyir
Ekran və onun yenilənmə tezliyi 6.7” Super AMOLED, 90 Hs-dək
Əsas kamera 50 MP geniş + 5MP ultra-geniş + 2MP makro
Ön kamera 13 MP
Batareya və şarj sürəti 5000 mAh (tipik), 25 Vt sürətli şarj dəstəyi
Simli bağlantı növü USB Type-C
Simsiz bağlantı növü Bluetooth, NFC, Wi-Fi
Qulaqlıq üçün giriş USB Type-C
Təhlükəsizlik Barmaq izi skaneri
Sudan və tozdan qorunma Var (IP54 standartı üzrə)
Şəbəkə texnologiyası 2G, 3G, 4G LTE
SIM kart sayı 2
SIM kart növü Nano

Əlavə məlumat

Kampaniyada iştirak etmək üçün abunəçilər uyğunluq meyarları üzrə yoxlamadan uğurla keçməlidirlər. Qoşulmaq üçün istənilən Azercell satış və xidmət mərkəzinə müraciət etmək kifayətdir.

Cihazlar birgə təqdim olunan tarif haqqında məlumatı 650 qısa nömrəsinə boş SMS göndərməklə istənilən zaman yoxlamaq mümkündür.

Fakturalı xətdən Fakturasız xəttə və yaxud Fakturasız xətdən Fakturalı xəttə keçid, həmçinin nömrənin başqa ada rəsmiləşdirilməsi əməliyyatı və tarif paketinin dəyişdirilməsi yalnız kredit ödənişi tam başa çatdıqdan sonra mümkündür.

12 aylıq hissəli ödəniş müddəti başa çatdıqdan sonra yalnız istifadə etdiyin tarifin (Alfa Plan 12GB) standart aylıq abunə haqqını ödəyəcəksən. Həmçinin, kredit müddəti bitdikdən sonra istədiyin digər tarifə keçə və ya fakturalı xəttini fakturasız xəttə dəyişə bilərsən.

Hissəli ödəniş vaxtında həyata keçirilmədikdə, müqavilənin şərtlərinə uyğun olaraq müvafiq tədbirlər tətbiq oluna bilər. Ətraflı məlumat üçün müştəri xidmətləri ilə əlaqə saxlaya və ya müqavilə şərtləri ilə tanış ola bilərsən.
Xeyr, kampaniya çərçivəsində cihazı əldə etmək üçün ilkin ödəniş və əlavə komissiya haqqı tətbiq edilmir.
Bəli, hissəli ödənişi müddət bitmədən tam şəkildə həyata keçirmək mümkündür. Ətraflı məlumat üçün müştəri xidmətləri ilə əlaqə saxlaya və ya müqavilə şərtləri ilə tanış ola bilərsən.
49.90 AZN məbləğində aylıq ödənişə smartfon (Samsung Galaxy A17 6+128GB) üzrə ödəniş, həmçinin Alfa Plan 12GB tarif paketinin endirimli abunə haqqı daxildir. Tarif paketinə aylıq 12GB internet və ölkədaxili 1200 danışıq dəqiqəsi daxildir.
Aylıq ödənişlər fakturalı xətt nömrənin balansından avtomatik olaraq tutulur. Ödəniş tarixində balansında kifayət qədər vəsaitin olduğundan əmin ol.
Abunəçi qalıq borc məbləğini vaxtından əvvəl tam şəkildə ödəmək hüququna malikdir. Vaxtından əvvəl ödənişin şərtləri müqavilə ilə tənzimlənir. Qalıq borc tam şəkildə vaxtından əvvəl ödənildikdə tarif üzrə endirim dayandırılacaq və abunəçi tarifin tam dəyərini ödəyəcək.
Mövcud “Alfa” tarifində olan abunəçi kampaniyaya qoşulduqda qoşulma dərhal həyata keçiriləcək. Lakin tarif üzrə ikiqat ödənişin yaranmaması üçün yeni tarif üzrə ödəniş yalnız növbəti faktura dövründən etibarən hesablanacaq.
Back Onlayn dəstək
Full view