get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Siz ərazisindəsiniz

arrow-back Xüsusi təkliflər

"Hədiyyə Çarxı" kampaniyası

Hər həftə sürpriz bir hədiyyə!

images

Ümumi məlumat

  1. “Hədiyyə Çarxı” kampaniyasının müddəti: 1 Mart 2021 - 1 Iyun 2021.
  2. Kampaniya həftəsi hər cümə günü başlayır və növbəti həftənin cümə axşamı 23:59-a qədər davam edir. Bu müddət ərzində müştərilər istənilən gün və istənilən zaman kampaniyadan yararlana bilərlər.
  3. Abunəçilər bir kampaniya həftəsi ərzində yalnız bir hədiyyə qazana bilərlər.
  4. Bütün fərdi fakturasız və fakturalı xətt abunəçiləri kampaniyada iştirak edə bilər (data tarifli nömrələr xaric).
  5. Kampaniyaya qoşulmaq üçün müştərilər şəxsi məlumatlarını daxil etməlidirlər (adı, soyadı, doğum tarixi və cinsi). Məlumatlar Azercell-in təqdim etdiyi məhsul və xidmətlərin keyfiyyətinin artırılması üçün istifadə oluna bilər.
  6. Yeni Azercell abunəçiləri, daşınmış nömrələr (fakturalı xəttdən fakturasıza, fakturasızdan fakturalıya, digər operatorlardan Azercell-ə) və ya bərpa edilmiş nömrələr aktivləşdirildikdən sonra gələn yeni kampaniya həftəsinə qatılmaq imkanı qazanırlar.
  7. Hədiyyə qazanmaq üçün nömrənin xətti ikitərəfli aktiv olmalıdır. Xətti birtərəfli və ya ikitərəfli bağlı olan nömrələr hədiyyə qazanmaq üçün nömrələrini aktivləşdirməlidirlər.
  8. Rabitə xətti birtərəfli və ya ikitərəfli bağlı olan nömrələr kampaniyada cari həftənin abunəçi seqmenti (müştəri qrupları) müəyyən edilməmişdən öncə aktivləşdirilərsə, cari həftədən, yox əgər abunəçi seqmenti müəyyən ediləndən sonra aktivləşdirilərsə, növbəti kampaniya həftəsindən etibarən iştirak edə bilər.
  9. Hədiyyələr 24 saat ərzində aktivləşir. Hədiyyə aktivləşdikdən sonra SMS xəbərdarlıq göndəriləcək.
  10. “Hədiyyə Çarxı” kampaniyası çərçivəsində təqdim olunan bütün bonusların istifadə prioriteti, digər bütün ödənişli xidmət və kampaniyalardan üstündür. İstisnalar: 1, 3 və 6 saatlıq limitsiz internet paketləri, Təhsil internet paketi, eləcə də 8959 SMS paketi. SberZvuk bonusun istifadə prioriteti 1, 3 və 6 saatlıq limitsiz internet paketlərindən üstündür.
  11. Kampaniyada qazanılan bonuslar “Mobil ödəmə”, “Paycell”, “Rominq”, “Simkredit”, “Mobil maliyyə” xidmətləri və qısa nömrələr üçün istifadə oluna bilməz.
  12. Kampaniya çərçivəsində təqdim olunan bonusların istifadə müddəti bitdikdə, qalıq bonus sıfırlanır.

Qoşulma qaydası:

Kabinetim mobil tətbiqinə qoşul və ya veb-səhifəsinə daxil ol.

Kampaniyada iştirak pulsuzdur.

Əlavə məlumat

Bütün fərdi Azercell müştəriləri (data tarifli nömrələr xaric) kampaniyaya qoşula bilər. Əgər sizin 1-dən çox nömrəniz varsa, hər biri ilə qoşula bilərsiniz. Hədiyyə qazanmaq üçün nömrələrin xətti aktiv statusda olmalıdır.

Kampaniyaya qoşulmaq üçün Azercell Kabinetim tətbiqini yükləyə və ya Kabinetim veb-səhifəsinə daxil ola bilərsiniz. Kampaniyaya qatılmaq üçün “İndi qazan” bannerinin üzərinə basmalısınız. Sonra şəxsi məlumatlarınızı daxil edərək “Təsdiqlə və başla” düyməsini sıxmalısınız ki, “Hədiyyə Çarxı” kampaniyasına keçid ala biləsiniz. Kampaniya səhifəsi açıldıqdan sonra,  sadəcə “Başla” düyməsinə basmaqla  Azercell-dən hədiyyə qazanacaqsınız. Hər həftə eyni üsulla kampaniyaya qatıla bilərsiniz.

Ola bilsin ki, siz korporativ və ya data tarifli müştərisiniz. Əgər xeyr, o zaman AppStore/PlayMarket-dən tətbiqi yeniləməlisiniz.

Xeyr, ödənişsizdir. Bu kampaniya sadəcə Azercell-li olduğunuz üçün bir təşəkkürdür.

Hədiyyələrə şəbəkədaxili dəqiqələr, şəbəkədaxili SMS-lər, internet, sosial şəbəkələr üçün internet və Azercell+ xidmətləri daxildir. 

Hədiyyələr abunəçinin istifadə etdiyi nömrənin gətirdiyi gəliri, internetdən istifadəni, danışıq dəqiqələrdən istifadəni, müddəti, telefon növü və həmin nömrənin ümumi aktivliyini hesablayan statistik modelə görə müəyyənləşdirilir və bölüşdürülür. 

Hədiyyə aktivləşdirilən kimi sizə bildiriş SMS-i göndəriləcək. SMS bildirişini aldıqdan sonra hədiyyənizi istifadə edə bilərsiniz.

Bütün bonusların balansını Kabinetim veb və ya tətbiqi vasitəsilə yoxlamaq mümkündür. Hədiyyə internet paketlərin balansını əlavə olaraq *100#yes yığmaqla və ya 2525-ə boş SMS göndərməklə də öyrənmək olar.

USSD və 2525-ə göndərilən sorğu ödənişsizdir.

Sizin İnternet hədiyyə balansınız və ya onun istifadə müddəti bitdikdə bu barədə SMS bildiriş alacaqsınız. Danışıq dəqiqələri və SMS hədiyyə paketləri üçün bu növ SMS bildiriş nəzərdə tutulmayıb.

Hədiyyə balansını başqa nömrəyə köçürmək və başqa vaxta saxlamaq mümkün deyil.