get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Siz ərazisindəsiniz

arrow-back Xüsusi təkliflər

Azercell tətbiqləri “Umico”-da!

images

Umico istifadəçilərinə şad xəbər!

“Azercell Telekom” MMC-nin rəqəmsal xidmətlərindən artıq Umico tətbiqində də faydalana bilərsiniz.

Bunun üçün tətbiqdə “Ana səhifə”yə keçid edərək “Keşbəkli xidmətlər” bölməsinə daxil olun.

Umico üzərindən yararlana biləcəyiniz Azercell tətbiqləri barədə məlumatı aşağıdakı səhifələrdən əldə edə bilərsiniz:

BluTV

Bookmate

IVI

NNTV

SberZvuk

Qeydlər

Azercell-in rəqəmsal xidmətlərindən (BluTV, Bookmate, NNTV, IVI, SberZvuk) 01.07.2021-ci il tarixindən etibarən Umico mobil tətbiqi vasitəsi ilə faydalanmaq mümkündür.

Tətbiqə qeydiyyat üçün mobil nömrənin olması kifayət edir. Hər bir istifadəçi öz mobil nömrəsi ilə qeydiyyatdan keçməlidir.

Umico tətbiqi ilə Azercell-in rəqəmsal xidmətlərindən yalnız Azercell abunəçiləri yararlana bilərlər.

Abunəçi Umico tətbiqində Azercell nömrəsi ilə qeydiyyatdan keçmədiyi halda, mobil nömrəsini əlavə etməklə rəqəmsal xidmətlərdən yararlana bilər.

Abunəçilər yalnız Umico tətbiqi üzərindən Azercell-in rəqəmsal xidmətlərini aktivləşdirə bilərlər. İstənilən xidmətin deaktiv edilməsi SMS\USSD kanallar və Kabinetim mobil tətbiqi vasitəsi ilə mümkündür.

Umico tətbiqində Azercell-in aşağıda qeyd olunan tətbiqlərindən yararlanmaq mümkündür:

  • IVI – günlük\aylıq paketlər;
  • BluTV – günlük\həftəlik\aylıq paketlər;
  • Bookmate - günlük\həftəlik\aylıq paketlər;
  • NNTV - günlük\aylıq paketlər (yalnız 200+);
  • SberZvuk - günlük\həftəlik\aylıq paketlər.

Tətbiqdən istifadə üçün xidmət haqqı mobil nömrənin balansından tutulur.

Umico tətbiqi üzərindən aktivləşdirilən rəqəmsal xidmətlər avtomatik yenilənir.

Azercell-in istənilən rəqəmsal xidmətini ”Umico”-da aktivləşdirən istifadəçiyə SMS bildiriş göndərilir.

Azercell-in rəqəmsal xidmətlərini aktivləşdirmək üçün abunəçi Umico tətbiqində “Ana səhifə”yə keçid edib “Keşbəkli xidmətlər” bölməsinə daxil olmalıdır.

Umico tətbiqində yenilənmə mərhələli şəkildə həyata keçiriləcək.

Rəqəmsal xidmətlər barədə ətraflı məlumatı “Tez-tez verilən suallar” bölməsindən əldə etmək olar.