Azercell-in 30 illik yubileyini qeyd etmək üçün “30 il səninlə” adlı stimullaşdırıcı lotereyaya start veririk!
Şəhərin mərkəzində mənzil, Toyota Corolla Cross avtomobilləri və iPhone 17 Pro smartfonlarının da daxil olduğu möhtəşəm hədiyyələrdən birinin sahibi ola bilərsiniz.
Siz də lotereyaya qoşulun, qazanmaq şansını qaçırmayın!
Azercell tətbiqində "Lotereya" bölməsinə daxil olub " Lotereyaya qoşul" düyməsinə klikləməklə və ya 3035 qısa nömrəsinə START yazıb göndərməklə lotereyaya qoşula bilərsiniz. Lotereyaya qoşulmaq ödənişsizdir.
Fakturasız xətt üzrə şansların qazanılması və Azercell tətbiqində Lotereya bölümü 19 Oktyabr tarixindən etibarən aktiv olacaq.
| Qiymət | Lotereya şansı | Şəbəkədaxili dəqiqə | İstifadə müddəti |
|---|
| Şans paketi 3 | 1 AZN | 3 | 10 dəqiqə | 1 gün |
| Şans paketi 10 | 3 AZN | 10 | 30 dəqiqə | 3 gün |
| Şans paketi 25 | 5 AZN | 25 | 50 dəqiqə | 5 gün |
| Şans paketi 60 | 10 AZN | 60 | 100 dəqiqə | 7 gün |
| Şans paketi 150 | 20 AZN | 150 | 200 dəqiqə | 7 gün |
| Şans paketi 250 | 30 AZN | 250 | 400 dəqiqə | 10 gün |
| Şans paketi 500 | 50 AZN | 500 | 1000 dəqiqə | 15 gün |
| Şans paketi 1200 | 100 AZN | 1200 | 2000 dəqiqə | 20 gün |
| Paketin adı | USSD kod ilə aktiv etmə | Qısa nömrə ilə aktiv etmə |
|---|
| Şans paketi 3 | *245*3#yes | "3" yaz 2425-ə göndər |
| Şans paketi 10 | *245*10#yes | "10" yaz 2425-ə göndər |
| Şans paketi 25 | *245*25#yes | "25" yaz 2425-ə göndər |
| Şans paketi 60 | *245*60#yes | "60" yaz 2425-ə göndər |
| Şans paketi 150 | *245*150#yes | "150" yaz 2425-ə göndər |
| Şans paketi 250 | *245*250#yes | "250" yaz 2425-ə göndər |
| Şans paketi 500 | *245*500#yes | "500" yaz 2425-ə göndər |
| Şans paketi 1200 | *245*1200#yes | "1200" yaz 2425-ə göndər |
4.Həftəlik tapşırıqları tamamlayın və 5 qat şans qazanın. Həftəlik tapşırıqlar ilə tanış olmaq üçün Azercell tətbiqinə keçid edə bilərsiniz.
Nə qədər çox şans toplasanız, lotereyadakı iştirak şanslarınız və hədiyyə qazanmaq fürsətiniz o qədər artır.
Müvafiq məhsul və xidmətlərdən əldə edilən şansların balansda görünməsi 1 günədək vaxt apara bilər.
Cari şans balansını hər zaman Azercell tətbiqinin lotereya səhifəsindən yoxlamaq mümkündür.
Hər şans tirajda əlavə iştirak fürsəti deməkdir. Nə qədər çox şans varsa, qazanmaq ehtimalı da bir o qədər yüksəkdir.
Gündəlik şanslar hər gün, həftəlik şanslar isə hər həftə sıfırlanır. Bu şanslar müvafiq olaraq günlük və həftəlik tirajlarda iştirak edir. Hər gündəlik və ya həftəlik tirajdan sonra tirajda istifadə olunan şanslar silinir, lakin uduş əldə etməyən bütün şanslar Meqa hədiyyə - mənzil tirajında iştirak üçün aktiv olaraq qalır.
Qaliblər canlı yayımda elan ediləcək və bizim rəsmi kommunikasiya kanallarımız vasitəsilə məlumatlandırılacaqlar.
Yalnız müvafiq əməliyyatlar nəticəsində qazanılmış şanslar nəzərə alınır. Şansların mövcud olması hədiyyə qazanmağa zəmanət vermir. Qaliblər təsadüfi seçim üsulu ilə müəyyən edilir. Nə qədər çox şans varsa, tirajda bir o qədər çox iştirak imkanı və buna görə də hədiyyə qazanmaq fürsəti yüksək olur. Hədiyyəni rəsmi olaraq yalnız 18 yaşlı və ya daha yuxarı yaşda olan nömrə sahibi əldə edə bilər. Lotereyaya qoşulan abunəçilər nömrədə addan-ada keçirilmə prosesi edərsə, fakturasız xəttdən fakturalı xəttə və ya fakturalı xəttdən fakturasız xəttə keçid edərsə lotereyada iştirak dayandırılır və şanslar sıfırlanır.
Lotereyanın şərtləri və qaydaları haqqında ətraflı: [STİMULLAŞDIRICI LOTEREYADA İŞTİRAK ŞƏRTLƏRİ | Azercell]
Əgər lotereya üçün qeydiyyatdan keçə bilmirsinizsə, aşağıdakıları yoxlayın:
1) İstehlakçı seqmentində fakturalı və ya fakturasız xətt abunəçisi olduğunuza əmin olun;
2) Lotereyada iştirakı məhdudlaşdırılan tarif və nömrələrin sahibi olmadığınızı yoxlayın;
3) Nömrənin aktiv statusda olduğuna əmin olun - nömrə aktiv olmadıqda lotereyaya qoşulmaq mümkün deyil.