get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back İnternet

Təhsil paketi

images

Ümumi məlumat

“Azercell”in eksklüziv olaraq təqdim etdiyi “Təhsil” internet paketi ilə şagird, tələbə və əlbəttə ki, müəllimlər ictimai izolyasiya məhdudiyyətlərinə baxmayaraq, dərslərini rahatlıqla davam etdirə biləcəklər.

Rəqəmsal həllər üzrə dünya lideri olan “Microsoft” şirkətinin “Teams” tətbiqi istifadəçilərə zaman və məkandan asılı olmayaraq videokonfranslara paket üzrə qeyd olunan müddətdə qoşulma imkanı verir. Lakin “Microsoft Teams” adi videozəng tətbiqi deyil. “Teams”in bir sıra innovativ xüsusiyyətləri dərs prosesini asan və effektiv edir. Həmçinin, tətbiqi hal-hazırda aktual olan bütün əməliyyat platformalarında istifadə edə bilərsiniz: iOS, Android, Windows, MacOS və istənilən veb-brauzerdə.

“Azercell”in təqdim etdiyi “Təhsil” internet paketini günlük və aylıq paket formasında əldə etmək mümkündür.

Qoşulma

Ətraflı məlumat

”Təhsil” internet paketinin digər, əsas internet paketləri ilə birgə istifadəsi tövsiyə edilir. İnternet paketlərimiz barədə ətraflı məlumat üçün buraya daxil olun: link

“Microsoft Teams” tətbiqini bu linklərdən yükləyə bilərsiniz:

Android

iOS

Windows/MacOS

Veb-brauzer

 

Əlavə məlumat

Həm fakturalı, həm də fakturasız istifadəçilər üçün nəzərdə tutulmuşdur

Təhsil internet paketi” çərçivəsində internetin sürəti 2 mbit/saniyədir. Balansınızı yoxlamaq üçün “balans” yazıb 2525-ə göndərin (*100#YES yığın) və ya “Kabinetim”ə daxil olun.

İstifadəçinin balansında saatlıq, həftəsonu və ya gecə paketi olduqda, üstünlük həmin paketlərə veriləcəkdir.
“Təhsil" internet paketi yalnız “Microsoft Teams” tətbiqi və “Microsoft Teams”in veb-brauzerdə istifadəsi üçün nəzərdə tutulub. "Microsoft Teams" daxilində abunəçilər audio və video zənglərdən, eləcə də yazışmadan yararlana bilərlər (faylların göndərilməsi paketə daxil deyildir). “Microsoft Teams” burada qeyd edilən platformalarda istifadə edilə bilər: Android, iOS, Windows/MacOS, Veb-brauzer.
“Təhsil” internet paketini dayandırmaq üçün “Stop tehsil” yazıb, 2525 nömrəsinə göndərmək kifayət edir.
Bu paket digər internet paketlərinin üzərinə əlavə olaraq əldə edilə bilər. Günlük və aylıq istifadə müddətinə müvafiq hər iki paket avtomatik olaraq yenilənir. Günlük – 24 saatdan sonra, aylıq – 30 gündən sonra.

“Xoş gəldin” kampaniyası çərçivəsində balansa əlavə edilən 3 AZN məbləğ ilə “Təhsil” internet paketi sifariş edilə bilməz.