get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Siz ərazisindəsiniz

arrow-back Fərdi

4-cü nəsil mobil şəbəkə

images-phone

4G, LTE nədir?

4G — ingilis dilində 4th generation, yəni, 4-cü nəsil deməkdir və bu texnologiya məlumatların mobil xətt istifadəçilərinə 100 mbit/san, sabit xətt istifadəçilərinə isə 1 gbit/san sürətlə ötürülməsinə imkan verir.

4G-in dünyada ən yayılmış texnologiyası LTE sayılır və buna görə də hər iki söz bu məzmunda sinonim sayılır.

4G-in hansı üstünlükləri var?

  • Daha yüksək sürət
  • Daha stabil şəbəkə
  • Faylların, videoların daha tez yüklənməsi və ötürülməsi
  • Kəsintisiz səsli zənglər
  • Daha yüksək keyfiyyətli video izləmə
  • Fasiləsiz onlayn oyunlar və bir çox digər üstünlüklər

4G şəbəkəsindən istifadə 3G ilə müqayisədə daha bahadır?

Xeyr. Azercell abunəçiləri 4G sürətindən istifadə etmək üçün əlavə heç bir ödəniş etməli deyil. 4G daha bahalı və ya ucuz deyil, sadəcə daha sürətlidir.

4G-dən kim istifadə edə bilər?

4G-nin üstünlüklərindən istifadə etmək üçün 4G-ni dəstəkləyən mobil telefonun və yeni nəsil LTE texnologiyasını dəstəkləyən USİM sim kartının olması əsas şərtdir.

SİM kartınızın 4G dəstəkləməsini yoxlamaq üçün 4G yazıb 2525-ə göndərməyiniz kifayətdir.

Əgər SİM kartınız 4G-ni dəstəkləmirsə, bu nömrəni və şəxsiyyət vəsiqənizi sizə ən yaxın Azercell müştəri xidmətləri mərkəzinə təqdim edərək nömrənizin 4G dəstəkləyən dublikatını əldə edə bilərsiniz.

Telefonum və nömrəm 4G-ni dəstəkləyir və hazırda Azercell-in 4G əhatə dairəsinə daxil olan yerdə yaşayıram, lakin 4G-dən istifadə edə bilmirəm. Nə etməliyəm?

Əgər mobil telefonunuzda 4G avtomatik olaraq aktiv olunmayıbsa, əməliyyat sistemindən asılı olaraq telefonunuzda aşağıdakı qaydada 4G rejimini aktiv etmək mümkündür:

iOS:

Menyu → Ayarlar → Hücresel → Seçenekler → Ses ve veri → 4G (LTE) 

Settings → Сellular → Cellular Data Options → Voice & Data → 4G (LTE)

Настройки → Сотовая связь → Параметры данных → Голос и данные → Выбрать 4G (LTE)

Android:

Aşağıda qeyd olunan qaydada telefonda 4G rejimini aktiv edə bilərsiniz:

Menyu → Ayarlar → Əlavə/Digər şəbəkələr/Digər → Mobil şəbəkələr → Şəbəkə rejimi → LTE (və ya GSM/WCDMA/LTE avtomatik bağlantı)  

Azercell-in 4G şəbəkəsinə qoşulmaqla hansı internet sürəti əldə olunur?

4G (LTE) şəbəkəsini seçən abunəçinin ortalama olaraq download üçün 31 Mb/s sürət əldə edə biləcək, upload üçün isə 25 Mb/s-ə qədər İnternet sürəti təmin edilir. 4G ideal şəraitdə download : 300 Mb/s, upload üçün isə 200 Mb/s.