get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Azercell 5G

“Son 20 il ərzində mobil telefonların sağlamlığa potensial riskləri ilə bağlı çoxlu sayda araşdırmalar aparılıb. Bugünkü gün üçün mobil telefon istifadəsinin insan sağlamlığına heç bir mənfi təsiri aşkar edilməyib.”

Azercell 5G
5G nədir?
Tədqiqat: 5G mobil şəbəkələri və sağlamlıq

5G nədir?

5G və yaxud, beşinci nəsil mobil rabitəsi 2019-cu ildə geniş istifadəyə verilmiş son simsiz mobil rabitə texnologiyasıdır. Ümumilikdə 5G mobil şəbəkənin işləmə mexanizmini daha da mükəmməlləşdirməyi və müxtəlif növ yeni tətbiqi sahələrin genişlənməsini nəzərədə tutur.

5G ondan öncəki texnologiyaların başlıca fərqi nədən ibarətdir?

5G telekommunikasiya standartlarının inkişafınının nəticəsidir. Daha yüksək göstəricilər əldə etmək üçün 5G şəbəkəsi 3.5 GHz və daha artıq tezlik spektrində istifadə ediləcək.  Daha yüksək tezliklər mobil şəbəkələr üçün nisbətən yeni olsa da, artıq uzun müddətdir ki, hərbi texnologiyalar sahəsində tətbiq edilir: məsələn, iki nöqtə arasında simsiz ötürmələrdə rabitənin yaradılması.

Bu yüksək tezliklərdə 5G şəbəkələri daha çox baza stansiyaları və qoşulmuş obyektlərdən istifadə edəcək. Bundan əlavə, 5G şəbəkələrində siqnalın daha istiqamətli yayılmasını təmin edəcək siqnallardan istifadə ediləcək ki, bu isə əvvəlki texnologiyalardan daha effektivdir. 

Təsir səviyyələri

Hazırda təxminən 3.5 GHz tezliyində çalışan 5G infrastrukturlarının təsir səviyyəsi mövcud radio-baza stansiyalarının təsir səviyyəsi ilə eynidir. 5G texnologiyasının təsir səviyyəsi insanların və onların istifadə etdikləri cihazların yerləşməsindən asılıdır. Nəzərə alsaq ki, 5G texnologiyası hazırda öz inkişafının ilkin mərhələsindədir, radiotezlik zolaqlarının təsir səviyyəsində istənilən dəyişiklik araşdırılmaqda davam edir.

Təsir səviyyələri

5G şəbəkəsinin sağlamlıq üçün potensial riskləri nədən ibarətdir?

Bu günə qədər aparılan çoxsaylı tədqiqatlardan sonra demək olar ki, simsiz rabitə texnologiyalarının təsiri və sağlamlıq arasında heç bir əlaqə aşkar edilməyib. Sağlamlıqla bağlı nəticələr bütün radiotezlik spektrində aparılmış tədqiqatlara əsaslanır. Lakin məhz 5G şəbəkəsində istifadə edilən tezliklər üzərində indiyə qədər yalnız bir neçə araşdırma aparılıb.       

Elektromaqnit sahələrinin insan sağlamlığına başlıca təsir mexanizmi bədən toxumalarının qızmasıdır. Müasir texnologiyalarda istifadə edilən radiotezliklərin təsir səviyyəsi insan bədəninin temperaturunun yalnız cüzi səviyyədə yüksəlməsinə səbəb ola bilər.   

Daha aşağı tezlikli elektromaqnit sahələri ilə müqayisədə 5G şəbəkəsində istifadə edilən millimetrlik dalğalar insan orqanizminə daha az təsir edir və bədənin yalnız səthində (dəri və göz) məhdudlaşır. Nəzərə alsaq ki, bu dalğaların ümumi təsir səviyyəsi beynəlxalq normalardan çox aşağıdır, onların insan sağlamlığına mənfi nəticəsi ehtimal olunmur.

Elektromaqnit sahələri ilə bağlı beynəlxalq tövsiyələr hansılardır?

Elektromaqnit sahələrinin təsiri ilə bağlı iki beynəlxalq təşkilat öz tövsiyələrini təqdim edib. Hazırda bir çox ölkələr öz fəaliyyətinfə aşağıdakı qurumlar tərəfindən tövsiyə edilən qaydalara əsaslanır: Qeyri-ionlaşdırıcı şüalanmadan qorunma üzrə Beynəlxalq Komissiya və Elektrotexnika və Radioleketronika üzrə Mühəndislər İnstitutu nəzdində Elektromaqnit Təhlükəsizliyi üzrə Beynəlxalq Komitə. Həmin qaydalar mobil texnologiyalara aid deyil. Onlar 5G tezlikləri də daxil olmaqla, 300 GHz-ə qədər tezlikləri əhatə edir.

Elektromaqnit sahələri ilə bağlı beynəlxalq tövsiyələr hansılardır?

ÜST nə edir?

ÜST (Ümumdünya Səhiyyə Təşkilatı) 5G də daxil olmaqla, bütün tezlik diapazonunu əhatə edərək radiotezliklərin insan sağlamlığına təsir riskinin qiymətləndirilməsini aparır. 

ÜST 5G şəbəkəsinin fəaliyyətə başlaması və ictimai səhiyyə ilə bağlı daha çox məlumatın üzə çıxması ilə sağlamlığa potensial təhlükələr üzrə elmi araşdırmaları nəzərdən keçirir. 

ÜST 1996-cı ildə Beynəlxalq Elektromaqnit Sahələri (EMF) ilə bağlı layihə təsis edib. Layihə çərçivəsində 0-300 GHz diapazonunda elektrik və maqnit sahələrinin sağlamlığa təsiri araşdırılır və EMF şüalanmadan qorunma üzrə dünya ölkələrinin hökumətlərilə məsləhətləşmələr keçirir.  

ÜST sağlamlıqla bağlı mümkün uzunmüddətli təsirlərinin araşdırılması istiqamətində mobil rabitənin bütün aspektləri üzrə tədqiqatların davam etdirilməsinə dəstək olur. Təşkilat müvafiq tədqiqat prioritetlərini təyin edərək onların təbliğatına şərait yaradır. Qurum, həmçinin, ictimaiyyət üçün məlumat xarakterli materialların hazırlanmasını təmin edir və səhiyyə ilə mobil rabitə sahəsində məsələlərin daha rahat anlaşılması istiqamətində alimlər, hökumətlər və ictimaiyyət arasında dialoqun yaradılmasında vasitəçilik edir.  

5G radiodalğalarının insana təsiri: əsas suallara cavab

Radiodalğalar və sağlamlıq

Mobil rabitə şəbəkələrində qoşulmuş cihazlar radiodalğalar adlanan elektromaqnit radiotezlik dalğaları vasitəsilə baza stansiyaları ilə əlaqə yaradır. 1990-cı illərdə mobil rabitə texnologiyalarının genişlənməsi ilə cəmiyyətdə mobil telefonlar və baza stansiyalarından yayılan radiodalğaların sağlamlığa mənfi təsiri ilə bağlı müəyyən narahatlıq yarandı. 

Məsələyə aydınlıq gətirmək üçün səhiyyə üzrə xüsusi ekspert qrupları, ictimai təşkilatlar və Ümumdünya Səhiyyə Təşkilatı mövcud elmi tədqiqatları hərtərəfli şəkildə araşdıraraq ictimai açıqlama ilə çıxış etdi.  Əldə edilən faktlara əsasən qeyd etmək olar ki, beynəlxalq tələblərə cavab verən radio baza stansiyaları və mobil telefonlar insan sağlamlığına heç bir mənfi təsir göstərmir.

Məsələn, 1996-ci ildən başlayaraq Azercell şirkətinin əsas tərəfdaşı olan Ericsson şirkəti elektromaqnit dalğalarının insan sağlamlığına təsirini araşdırmaq məqsədilə əsasən Mobile & Wireless Forum (MWF) şirkəti tərəfindən aparılan 100-dən artıq müstəqil tədqiqatın keçirilməsinə dəstək oldu. Elmi obyektivliyin və şəffaflığın təmin olunması məqsədilə bütün nəticələr ictimaiyyətə açıq olan elmi ədəbiyyatda dərc olundu. 2018-ci ildə MWF şirkəti elektromaqnit sahələrinin sağlamlığa təsiri barədə 1996-cı ildən bəri toplanan məlumat və göstəricilər əsasında apardığı araşdırmanın nəticələrini dərc etdi:
MWF 20 years of research

  • “Avropa Şurası səviyyəsində tövsiyə edilən elektromaqnit sahələri üçün təhlükəsizlik baxımından yol verilən ciddi məhdudiyyətlər hal-hazırda 5G şəbəkəsi üçün istifadə edilən bütün tezlik diapazonlarına da aid edilir”— Avrokomissiya.
  • “Mövcud mülahizələrə əks olaraq 5G şəbəkəsi tərəfindən istifadə edilən radiodalğaların sağlamlığa təsir göstərməsi faktı aşkar edilməyib” — ARPANSA(Аvstraliya).
  • “Kanada ərazisində mövcud olan məhdudiyyətlər, həmçinin 5G cihazları və antenna qurğuları tərəfindən istifadə ediləcək tezlik diapazonlarına da aid edilir” -  Kanada hökuməti.
  • “ICNIRP tövsiyələri 300 GHz-ə qədər olan tezliklərə tətbiq olunan və daha erkən istifadə edilən texnologiyalara aid edildiyi kimi, 5G baza stansiyalarının şüalarına da aid edilir”— İngiltərənin İctimai Səhiyyə Xidməti.
  • “Bu gün üçün əlimizdə olan bilgilərə əsasən 5G texnologiyasının sağlamlığa mənfi təsiri barədə narahat olmağa heç bir əsas yoxdur”. — DSA(Norveç).
  • “5G mobil şəbəkələrinin radiasiya təhlükəsizliyi ilə bağlı tələblər öncəki nəsil şəbəkələrin (2G,3G,4G) radiasiya təhlükəsizliyi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş tələblərinə uyğundur”— STUK(Finlandiya).
  • “Elektromaqnit radiotezlik zolaqları barədə hazırda mövcud olan məlumatlara arxalanaraq alimlər 5G texnologiyaları və müvafiq tezliklər tərəfindən sağlamlıq üçün heç bir təhlükə görmür”.— İsveçin ictimai səhiyyə agentliyi.
  • “Hazırda mövcud olan elmi sübutlara əsasən insan sağlamlığı və ətraf mühit üçün mənfi təsirin olması ehtimalı çox azdır” — Yeni Zelandiya hökuməti.
  • “ICNIRP tərəfindən tövsiyə edilən səviyyələrdən aşağı təsir səviyyəsində hazırda əhalinin sağlamlığı üçün heç bir mənfi nəticənin olması aşkar edilməyib. Buna uyğun olaraq da, gələcəkdə 5G şəbəkəsindən istifadənin əhali sağlamlığına mənfi təsir göstərəcəyi gözlənilmir”— İrlandiyanın Ətraf Mühitin qorunması üzrə agentliyi.

5G avadanlığı (bura həm mobil cihazlar, həm də baza stansiyaları aid edilir) daha öncə istifadə edilən şəbəkələrdə mövcud olan qurğuların təhlükəsizlik standartlarına uyğundur.

Yeni tətbiq və istifadə ssenarilərinin tələblərinə cavab vermək üçün 5G şəbəkələri öz imkanlarına görə öncəki nəsil mobil rabitə texnologiyalarını əhəmiyyətli dərəcədə üstələyəcək. Bu imkanlar arasında məlumatların son dərəcə yüksək ötürmə sürətini, çox aşağı səviyyədə ləngiməni, çox yüksək davamlılıq qabiliyyətini, yüksək enerji effektivliyini və bir məkanda daha çox cihazlara xidmət göstərmək qabiliyyətini misal göstərmək olar.

5G şəbəkələrində rabitə üçün radiodalğalardan istifadə edilir.

Bundan öncəki mobil rabitə şəbəkələrində olduğu kimi, 5G üzərində işləyən cihazlar da baza stansiyaları ilə siqnalların mübadiləsi üsulu, yəni elektromaqnit radiotezlik zolaqları vasitəsilə  çalışacaq.

5G şəbəkələri mobil rabitənin yeni texnologiyalarından və yeni tezlik diapazonlarından istifadə edəcək. 

5G şəbəkəsinin quraşdırılması  üçün 4G (LTE) texnologiyasından istifadə ediləcək, bununla yanaşı, 5G  tələblərinə cavab verən yeni texnologiyalar da tətbiq olunacaq. Mobil şəbəkələrinin tutumunu artırmaq və yüksək ötürmə sürətini təmin etmək məqsədilə  5G üçün əlavə tezliklər istifadə ediləcək. Bu zaman 6 GHz-dən aşağı tezliklərdən və daha yüksək – 100 GHz-ə qədər çatan diapazonlardan istifadə olunacaq.

5G avadanlığı üzərində səmərəliliyin artırılması məqsədilə “beamforming” texnologiyasından istifadə ediləcək.

Effektivliyin artırılması məqsədilə həm baza stansiyalarında, həm də 5G cihazlarında çoxlu sayda antenalardan istifadə ediləcək. Baza stansiyaları üzərində çoxlu sayda kiçik ölçülü antenaların quraşdırılması qəbuledici cihazda maksimal siqnal həddini təmin edəcək. Bu isə radiodalğaların istiqamətli şəkildə ötürülməsinə imkan yaradacaq. Bu cür texnologiya “beamforming” və ya  “Massive MIMO” adlanır. Bu texnologiyanın sayəsində radiodalğanın ötürmə gücü aşağı səviyyədə qalır, buna görə də dalğaların paylanma təsiri əvvəlki nəsil şəbəkələrinin səviyyəsindən yüksək olmur. Eyni zamanda, bu texnologiya iş effektivliyini də əhəmiyyətli dərəcədə artırılmış olur.

Təsir səviyyəsi beynəlxalq təhlükəsizlik normalarında yol verilən həddən aşağı olacaq.

5G radio-avadanlığının ötürdüyü radiosiqnal gücü əvvəlki nəsil şəbəkələrində istifadə edilən səviyyələrlə eyni, və ya onlardan aşağı olacaqdır. 5G cihazları radiodalğalarla bağlı mövcud normalara uyğun tərtib olunacaq. 5G baza stansiyaları yaşayış binaları və ictimai iaşə obyektlərindən elə məsafədə quraşdırılacaq ki, təsir səviyyəsi icazə verilən normalardan qat-qat aşağı olsun.  

Mövcud şəbəkələrdə də olduğu kimi, baza stansiyasının antenasının bilavasitə yaxınlığında təsir səviyyəsi yol verilmiş həddə çata bilər. Buna görə də antenaların quraşdırıldığı məkana kənar şəxslərin daxil olmasına qadağa qoyulur.  Məhdudlaşdırılma zonası “indoor” (bina daxili) antenaları üçün bir neçə sm, dirək və bina damlarında qurulan antenalar üçün isə bir neçə metr təşkil edə bilər.  Antenadan uzaqlaşdıqca radiodalğaların intensivliyi kəskin şəkildə azalır. Bu zaman insanların daim toplaşdığı sahələrdə isə dalğaların paylanma səviyyələri yol verilən maksimal həddən qat-qat aşağı olur.

Yol verilən təsir səviyyələri müstəqil təşkilatlar tərəfindən təyin edilir.

Radiodalğaların maksimal təsir həddi uzun illər aparılan araşdırmalar əsasında müstəqil ekspert təşkilatlar tərəfindən təyin edilir. Həmin məhdudiyyətlər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tövsiyə edilən həddən xeyli aşağı olur. 5G avadanlığı: həm mobil cihazlar, həm də radio baza stansiyaları əvvəlki şəbəkələrin təhlükəsizlik standartlarına uyğun gələcək.